Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Attestatsız şəxsin məktəb direktorunun müavini təyin edilməsilə bağlı araşdırma aparılır

Bakıda attestatsız şəxsin məktəb direktorunun müavini vəzifəsinə təyin edilməsilə bağlı araşdırma aparılır.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, Bakı şəhəri R. Əliyev adına 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Yusifova İsmət Qədir qızı 01.09.2004-cü ildə işə qəbul edilib:

“2004-cü ildə 3 nömrəli tam orta məktəb Binəqədi Rayon Təhsil Şöbəsinin tabeliyində olub. 2006-cı ildə Bakı şəhərində rayon təhsil şöbələri ləğv edilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb. Həmin məsələ ilə bağlı araşdırma aparılıb. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət olunub”.

Qeyd edək ki, məktəbin direktorun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) İsmət Yusifovanın orta təhsili olmadan, attestatsız işə götürülməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Check Also

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri …