Çərşənbə , 8 Aprel 2026

autor

Azərbaycanda 25 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 25 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 318 sifariş qəbul edilib, bunun 40-ı elektron qaydada həyata keçirilib. Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və onlayn şəkildə qatılmaq imkanı hərraclarda iştirak prosedurunu daha da sadələşdirib. Bu isə, hərrac iştirakçılarının sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir. Budəfəki …

Read More »

Naxçıvanda filiz yataqları və yeraltı su ehtiyatları yenidən qiymətləndirilir

Naxçıvan Muxtar Respublikasında filiz yataqlarının və yeraltı su ehtiyatlarının təftişi və monitorinqilərinin yenindən qiymətləndirilməsi aparılır. Boyukmillet.com xəbər verir ki, bu məqsədlə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Naxçıvana səfər ediblər. Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev qiymətləndirmə əsasında görüləcək işlərlə bağlı bildirib ki, muxtar respublika ərazisində …

Read More »

Belarus Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini dəstəkləyir

“Belarus Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində beynəlxalq əməkdaşlığı gücləndirmək səylərini tam dəstəkləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib. Çıxışı zamanı Belarusun sammitdəki nümayəndə heyətinin rəhbəri görüş iştirakçılarına Belarusun COVID-19 pandemiyasına qarşı mübarizə təcrübəsi barədə də məlumat verib. Qeyd olunub …

Read More »

Ceyhun Bayramov Timor Leste Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Timor Leste Demokratik Respublikasının Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri, Prezident ofisinin beynəlxalq əlaqələr idarəsinin rəhbəri Dionisio Babo Soares ilə görüşüb. Görüş zamanı Azərbaycan və Timor Leste arasında münasibətlərin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində inkişafı perspektivləri müzakirə mövzusu olub. …

Read More »

Hindistan pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatının təşəbbüslərini dəstəkləyir

“Hindistan pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatının təşəbbüslərini dəstəkləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin katibi Şridharan Madhusudhanan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib. Onun sözlərinə görə, pandemiya son illərdə dünyanın əsas çağırışına çevrilib: “Bir çox Afrika ölkələrinin, o cümlədən Qoşulmama Hərəkatının üzvlərinin əhalisinin 50 %-nə peyvənd …

Read More »

Maldiv XİN rəsmisi: “Azərbaycana Afrika və inkişaf etməkdə olan ölkələrə maliyyə yardımına görə təşəkkür edirik”

“Azərbaycana Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək üçün 1 milyon ABŞ dolları maliyyə ayırdığına görə təşəkkür edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Maldiv Xarici İşlər Nazirliyinin xarici əlaqələr katibi Əhməd Lətif Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib. “Maldiv adaları pandemiyanın mənfi nəticələrini hiss etsə …

Read More »

İşğaldan azad olunmuş ərazilərdə Gürcüstan şirkətlərinin iştirakı müzakirə olunub

Tbilisidə keçirilən “Caspian Energy Investment Forum 2023” tədbirində Azərbaycanla Gürcüstan arasında potensial əməkdaşlıq imkanları, işğaldan azad olunmuş ərazilərdə Gürcüstan şirkətlərinin iştirakı müzakirə olunub. Bu barədə “Report”a Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib. Forumda birgə investisiyaların yatırılması üzrə yeni təkliflər irəli sürülüb. Hər iki ölkənin səfirlikləri tərəfindən dəstək göstərilən forumda dövlət qurumlarının, Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların 200-dən çox …

Read More »

Qazaxıstan XİN rəsmisi: “Azərbaycan Qoşulmama Hərəkatına sədrliyin öhdəsindən yaxşı gəlib”

“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyin öhdəsindən yaxşı gəlib”. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Kanat Tumış Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda baş tutan Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib. O, sammitin təşkilinə görə Azərbaycana təşəkkür edib. Nazir müavini vurğulayıb ki, pandemiyanın mənfi nəticələrini aradan qaldırmaq üçün ölkələr inklüziv …

Read More »

İƏT Qarabağda mədəni və dini irsə ziyan vurulmasını pisləyib

“30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın ərazilərində mədəni və dini irsə vurulmuş ziyanla bağlı məsələ BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 52-ci sessiyasının yüksək səviyyəli iclasında qaldırılıb”. Boyukmillet.com xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha deyib. O, Əfqanıstanda baş verən hadisələri, Cammu və Kəşmir problemini, Rohinca müsəlman icmasının vəziyyətini və …

Read More »

Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Bakıda psixoloji reablitasiya tədbiri keçirilib 

Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərərçəkən və Azərbaycana təxliyə olunan şəxslər üçün Bakıda “Birlikdən doğan güc” adlı tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, Peşəkar Psixologiya Mərkəzi və Müasir Psixologiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi zəlzələdən zərərçəkmiş, psixoloji travma almış insanlara dəstək göstərmək olub. Tədbirdə zəlzələdən sonra ölkəmizə təxliyə olunan Azərbaycan və Türkiyə vətəndaşları iştirak ediblər. Peşəkar Psixologiya Mərkəzinin …

Read More »