İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum faktı ilə bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: 27 yanvar 2023-cü il səhər saatlarında Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı basqın edilib. Hücum zamanı səfirliyin mühafizə xidmətinin rəisi həlak olmuş, iki nəfər isə yaralanmışdır. İSBAM olaraq bəyan edirik ki, baş vermiş silahlı hücum terror aktıdır. Namərdcəsinə …
Read More »Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib
Qərbi Azərbaycan İcması ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə bu gün edilmiş silahlı hücumu şiddətlə qınayır. “Silahlı hücum nəticəsində şəhid olmuş Azərbaycan Respublikasının hərbi qulluqçusu, əslən Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndindən olan baş leytenant Orxan Əsgərovun ailəsinə, yaxınlarına və xidmət yoldaşlarına dərin hüznlə baş sağlığı verir və yaralananlara şəfa diləyirik. Elçilərin toxunulmazlığına dair islam ehkamlarına və beynəlxalq normalarına hörmətsizliyin və …
Read More »Rumıniya XİN: “Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir”
“Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxslər məsuliyyətə cəlb edilməlidir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi tviterdə bəyanat yayıb. “Rumıniya hücumdan dərin təəssüf hissi keçirir və bu hərəkəti qəti şəkildə pisləyir. Azərbaycana başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”, – bəyanatda deyilir.
Read More »Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycana başsağlığı verib
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hücumunu sərt şəkildə qınayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ersin Tatar tviter hesabında paylaşım edib. Paylaşımda deyilir: “Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu qınayır, hücum nəticəsində həlak olan mühafizə rəisinə Allahdan rəhmət, yaralananlara tezliklə sağalmalarını arzulayıram. Kədəriniz kədərimizdir. Şimali Kipr Türk Respublikası daim Can Azərbaycan …
Read More »BMT Baş Assambleyasının Prezidenti Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını pisləyib
BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Ksaba Korosi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktını qətiyyətlə pisləyib. Bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak “Report”un yerli bürosuna açıqlamasında deyib. “BMT Baş Assambleyasının Prezidenti Ksaba Korosi bu hücumu qətiyyətlə pisləyir. O, həlak olanın ailəsinə və yaxınlarına başsağlığı verir və yaralanan iki nəfərə tezliklə şəfa diləyir. Hazırda istintaqın davam etməsindən şadıq”. Qeyd …
Read More »Əbdülfəttah Əs-Sisi: “Misirlə Azərbaycanın beynəlxalq ticarətdə əməkdaşlığı yüksək potensiala malikdir”
“Misirlə Azərbaycanın beynəlxalq ticarətdə əməkdaşlığı çox yüksək potensiala malikdir” Boyukmillet.com xəbər verir ki, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi bunu Bakıda Azərbaycanın iş adamları ilə görüşündə deyib. “Biz müxtəlif sahələrə investisiya yatırmağa böyük önəm veririk və Misir şirkətlərini Azərbaycanda müxtəlif layihələrə yatırım etməyə çağırırıq. Ölkələrimiz arasındakı potensial imkanları reallaşdırmağa çalışmalıyıq. Eyni zamanda, Azərbaycan şirkətlərinin Misirdə əczaçılıq, energetika, metallurgiya və digər …
Read More »Mikayıl Cabbarov: “Azərbaycan-Misir əlaqələri qarşılıqlı hörmət, dostluq və faydalı əməkdaşlıq əsasında inkişaf edir”
Azərbaycan ilə Misir arasında siyasi-iqtisadi əlaqələr qarşılıqlı hörmət, dostluq və faydalı əməkdaşlıq əsasında inkişaf edir. Boyukmillet.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov yanvarın 27-də Bakıda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycanın iş adamları ilə görüşündə deyib. Mikayıl Cabbarov əminliklə bildirib ki, bugünkü tədbir iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək. Nazir hazırda dünyada yaşanan iqtisadi böhran …
Read More »Misir Prezidenti Azərbaycanın İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara nail olduğunu bildirib
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Misirin sadiq dostu, bu il 100 illik yubileyi qeyd ediləcək Ümummilli Lider Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük uğurlara nail olduğunu vurğulayıb. Boyukmillet.com xəbər verir ki, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi bunu Bakıda Azərbaycanın iş adamları ilə görüşündə deyib. Misir Prezidenti deyib ki, ölkələrimizin beynəlxalq ticarətdə əməkdaşlığı çox yüksək …
Read More »Misir Prezidenti Bakıda Azərbaycanın iş adamları ilə görüşüb
Yanvarın 27-də Bakıda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycanın iş adamları ilə görüşü olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Misir Prezidenti Əbdülfəttah Əs-Sisi görüşdə çıxış ediblər. İqtisadiyyat naziri Mikayıl Cabbarov əminliklə bildirib ki, bugünkü tədbir iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək. Nazir hazırda dünyada yaşanan iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatının 2022-ci ildə sabit …
Read More »Pakistan XİN: “Qardaş Azərbaycan xalqı ilə həmrəyik”
Pakistan hökuməti və xalqı Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan dərin kədər hissi keçirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XIN) bəyanat yayıb. Pakistan hökuməti həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verib və yaralıların tezliklə sağalması üçün dua edib. Rəsmi bəyanatda daha sonra bildirilir ki, Pakistan bu kədərli anda qardaş Azərbaycan xalqı ilə həmrəydir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar