Cümə axşamı , 9 Aprel 2026

autor

Lionel Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

UEFA Çempionlar Liqasında qrup mərhələsinin III tur oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, bu ada Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin Portuqaliyada “Benfika” ilə matçdakı dəqiq zərbəsi layiq görülüb. 35 yaşlı hücumçu 22-ci dəqiqədə komandasını hesabda önə keçirib. Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. https://youtu.be/mCaUVTLXA4Q (Report)

Read More »

Beynəlxalq koalisiya Ermənistanı Xocalı soyqırımını tanımağa çağırıb

Bu gün BMT İnsan Haqları Şurasının 51-ci sessiyası çərçivəsində “Etiraf və barışıq: sülh və ədalət yolunda vətəndaş cəmiyyəti dialoqunun rolu” adlı seminar keçirilib. Boyukmillet.com xəbər verir ki, BMT-nin Cenevrədəki Ofisində keçirilən tədbiri “Xocalı: Barışıq üçün etiraf et” Koalisiyası təşkil edib. Seminarda əsas məruzəçi kimi çıxış edən “Srebrenitsa Anaları” İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Munira Subaşiç Srebrenitsa və Xocalı soyqırımı …

Read More »

Baş nazir: “Xəzəryanı dövlətlərin enerji əməkdaşlığını artırmaq üçün imkanı var”

Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığı artırmaq üçün böyük imkanları var. Boyukmillet.com Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Rusiyanın paytaxtı Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunda bildirib. O, Xəzərin Azərbaycan sektorunda karbohidrogen hasilatının uğurla həyata keçirildiyini qeyd edərək bu prosesdə Rusiya və İran şirkətlərinin də iştirak etdiyini bildirib. Baş nazir Azərbaycan və Türkmənistan arasında Xəzər dənizindəki …

Read More »

Sabah Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi iclası keçiriləcək

Sabah Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib. Qeyd edək ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan daxildir. (Report)

Read More »

Nazir: “Azərbaycanın mədəni irs abidələri erməni vandalları tərəfindən qəsdən dağıdılıb”

“Azərbaycanın mədəni irs abidələri işğal zamanı erməni vandalları tərəfindən qəsdən dağıdılıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə yol xəritəsinə uyğun olaraq mədəniyyət abidələrinin bərpası istiqamətində işlər davam etdirilir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib. Nazir ölkələrin mədəni irsinin qorunub saxlanmasının vacibliyini vurğulayıb: “Azərbaycan mədəni irsin qorunması ilə bağlı müvafiq sənədlər …

Read More »

Avropa İttifaqı Ukraynaya dəstək üçün hərbi təlim missiyası yaradıb

Avropa İttifaqı Ukrayna üçün rəsmi olaraq hərbi təlim missiyasına başlamaq niyyətindədir. Boyukmillet.com “Ukrinform”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib. O bildirib ki, Rusiyanın təhdid və şantajlarına baxmayaraq, oktyabrın 17-də missiya rəsmi olaraq fəaliyyətə başlaya bilər. Ali nümayəndə Aİ-nin Ukraynaya dəstəyinin davam edəcəyini söyləyib: “Biz Ukrayna ərazilərinin ilhaqını heç …

Read More »

Gələn ay Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşü keçiriləcək

Gələn ay Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü zamanı qeyd edilib. Bildirilib ki, söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi …

Read More »

“OPEC plus” ölkələrinin qərarından sonra neftin qiyməti cüzi artıb

“OPEC plus” ölkələrinin hasilatı gündəlik 2 milyon barel azaltmaqla bağlı qərarından sonra neft qiyməti cüzi artıb. Boyukmillet.com xəbər verir ki, bunu birjaların məlumatları göstərir. “Brent” markalı neftin dekabr fyuçersləri 0,07 % artaraq 1 bareli 93,44 ABŞ dollarına satılıb. WTI markalı neftin noyabr fyuçersləri 0,02 % artaraq 87,79 ABŞ dolları olub. (Report.az)

Read More »

Qarabağdan Abşerona “Yaşıl enerji” ötürüləcək

BP şirkəti Qarabağda istehsal edəcəyi “Yaşıl enerji”ni Abşerona transfer edəcək. Boyukmillet.com xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib. Onun sözlərinə görə, həmin enerjidən burada – şirkətin neft-qaz emalı prosesində istifadə ediləcək: “BP-nin layihələri Abşeron yarımadasındadır. Neft-qaz çıxarma üçün lazım olan elektrik enerjisi artıq neft-qazdan yox, bərpa edilən mənbələrdən alınacaq. Bunun da …

Read More »

Türkiyə Rusiyadan təbii qaz idxalını azaldıb, İran və Azərbaycandan tədarükü artırıb

Türkiyə iyulda Rusiyadan təbii qaz idxalını 37,2 % azaldıb, İran və Azərbaycandan isə tədarükü artırıb. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun hesabatında deyilir. “2022-ci ilin iyulunda Türkiyəyə təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 % azalaraq, təxminən, 3 milyard 411 milyon kubmetr təşkil edib”, – qurum bildirib. Hesabatda göstərilib ki, …

Read More »