Böyük Britaniyanın “British Petroleum” (BP) şirkəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrik müraciəti şirkətin rəsmi tviter səhifəsində paylaşılıb. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edir, sevinc, sülh və əmin-amanlıq arzu edirik”, – təbrikdə deyilir.
Read More »Fransa səfiri Azərbaycan xalqını tərbik edib
Fransanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Yeni il bayramı münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, diplomatik nümayəndəlik bayram münasibətilə tviterdə videoçarx paylaşıb. Videoda səfirliyin əməkdaşları, həmçinin səfir Zakaria Qross çıxış edib, təbriklərini çatdırıblar. “Əziz dostlar, sizə dinc və xoşbəxt 2022-ci il arzu edirəm. Fransa regionda sülh və rifahın qurulmasında sizin yanınızda olacaq”, – diplomat bildirib. Yeni 2022-ci iliniz Mübarək ! …
Read More »Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə rəsmi instaqram səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək!” https://www.instagram.com/p/CYIyw8bqPt_/?utm_source=ig_web_copy_link
Read More »Ceyhun Bayramov Azərbaycan xalqını təbrik edib
arici işlər naziri Ceyhun Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə özünün tviterdəki səhifəsində bildirib. “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Yaşasın müstəqil, firavan, güclü Azərbaycan …
Read More »Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan xalqını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, səfir təbrik mətnini tviterdə paylaşıb. “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü səmimi qəlbdən təbrik edir yeni ilin xoşbəxt arzularla sülh və əmin-amanlıq gətirməsini diləyirik”, – səfir qeyd edib.
Read More »Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı rəsmi tviter səhifəsində Şuşanın fotosunun fonunda hazırlanan təbrik paylaşımı edib. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək!”, – paylaşımda bildirilib.
Read More »Azərbaycanda 5 günlük bayram tətili başlayıb
Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 5 günlük tətil başlayıb. Boyukmillet.com xəbər verir ki, tətil günləri 2021-ci ilin dekabr ayının 31-i, 2022-ci ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edir. Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramı günləridir. Yanvar ayının 1 və …
Read More »Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Bu gün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Boyukmillet.com xəbər verir ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü dünyanın onlarla ölkəsində yaşayan azərbaycanlılar bayram kimi qeyd edir. …
Read More »Rusiya Azərbaycanlıları İttifaqının 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbriki
Əziz dostllar! Ümumdünya Azərbaycan Mədəniyyət Fondu və Rusiya Azərbaycanlıları İttifaqının Koordinasiya Şurası və Şuraya daxil olan təşkilatlar adından Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edir, Sizə can sağlığı, sağlam ömür və işlərinizdə uğurlar diləyirik. Yola salmaqda olduğumuz 2021-ci il il ölkəmizin tarixində və xalqımızın taleyində çox uğurlu hadisələrlə yadda qalacaqdır. Artıq dünyanın harasında …
Read More »DNEPRDƏ MÖHTƏŞƏM HƏMRƏYLİK TƏDBİRİ KEÇİRİLİB
Boyukmillet.com xəbər verir ki, Dnepr Azərbaycanlıları bir araya toplaşaraq, Dunya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramını qeyd ediblər.Dnepr Azərbaycanlıları adından Konqres sədri Nəcəf Əhmədov çıxış edərək tədbir iştirakçılarını və bütövlükdə Azərbaycan xalqını təbrik edib. Nəcəf müəllim deyib ki, tədbirə Ukraynanın bir çox şəhərlərində yaşayan soydaşlarımız qonaq gəliblər. O bildirib ki, Azərbaycan xalqının həmrəylik bayramını təbrik etmək üçün digər xalqların …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar