Türkiyə-Azərbaycan qardaşlığı daha da güclənərək inkişaf edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Türk dünyası uşaqlarının həmrəyliyi” adlı tədbirində deyib. Səfir bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu sadəcə türk xalqlarının şəxsiyyətlərinin tanıdılmasını deyil, həm də onların adı ilə bağlı tədbirlərdə iştirak edir: “Bu torpaqlar bizim ata torpaqlarımız olduğundan …
Read More »Azərbaycan və Rusiya xarici işlər nazirləri üçtərəfli bəyanatların icrasını müzakirə ediblər
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Nazirlər regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Bölgədəki son inkişafı nəzərdən keçirən tərəflər, o cümlədən 3+3 məsləhətləşmələr mexanizminin Moskvada baş tutan təsis görüşü, habelə Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin Moskvada keçirilən görüşünə dair fikirlərini bölüşüblər. …
Read More »“Vecon Consultıng” illik hesabat açıqladı – 2021-ci ili uğurla başa vurub
Şirkətin illik hesabatında deyilir ki, 2021-ci ildə şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 47,75 faiz artıb. Müvafiq olaraq şirkətin xərcləri 24,11 faiz, mənfəəti isə 32,67 faiz artıb. Boyukmillet.com “Araz media“-a istinadən xəbər verir ki, yola saldığımız ildə “VECON CONSULTING”in işçilərinin sayında da artım olub ki, bu öz növbəsində 20 faiz təşkil edib. Qiymətləndirmə sahəsində təcrübəsi olan, maliyyə təsisatlarında …
Read More »XİN-in binası təmir olunacaq
Xarici İşlər Nazirliyinin (XİN) binası təmir olunacaq. Boyukmillet.com xəbər verir ki, nazirlik bununla bağlı elan etdiyi təkliflər sorğusunun nəticələrini açıqlayıb. Qeyd olunub ki, XİN-in Şıxəli Qurbanov küçəsi 50 ünvanında yerləşən binasında təmir-tikinti işlərinin satın alınması ilə əlaqədar keçirilən təkliflər sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Tender Komissiyasının yekun qərarına əsasən “Pro Build” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin …
Read More »DİM III ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərə müraciət edib
Dövlət İmtahan Mərkəzi 2022-ci ildə ali təhsil müəssisələrinə III ixtisas qrupunda ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərə müraciət edib. Mərkəzdən verilən məlumata görə, ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərlərinin dərslikdə verilməyən, lakin oxunması tövsiyə olunan hissələri ilə aşağıdakı keçidlərdən tanış ola bilərlər. 1. C.Məmmədquluzadə “Anamın kitabı” 2. C.Cabbarlı “Oqtay Eloğlu” 3. İ.Əfəndiyev “Xurşudbanu Natəvan” …
Read More »İnformasiya mənbələrinin hansı hallarda açıqlanmasına dair tələblər məlum olub
Azərbaycanda redaktor və jurnalistlərə informasiyanın mənbəyinin hansı hallarda açıqlamalarına dair tələblər məlum olub. Boyukmillet.com xəbər verir ki, bu, parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Media haqqında” yeni qanun layihəsində əksini tapıb. Məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır: 1. insan həyatının müdafiəsi üçün; 2. ağır və xüsusilə ağır cinayətlərin …
Read More »Milli Məclis dünya azərbaycanlılarına müraciət edib
Azərbaycan Milli Məclisi 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət qəbul edib. Boyukmillet.com xəbər verir ki, müraciətin mətnini Milli Məclisin deputatı Könül Nurullayeva oxuyub. “Xalqımız 30 il ərzində Qarabağın işğaldan azad ediləcəyinin həsrəti ilə yaşayıb. Artıq Qarabağ düşməndən azad edilib. Xalqımızın arzusu gerçəkləşib. Bu zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevlə bərabər, Azərbaycan Ordusu və dünya azərbaycanlıları birləşərək əldə …
Read More »Milli Məclis jurnalist vəsiqəsi veriləcək şəxslərin imtiyazlarını təsdiqləyib
Azərbaycanda jurnalist vəsiqəsi veriləcək şəxslərin imtiyazları müəyyənləşir. Boyukmillet.com xəbər verir ki, bu, parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Media haqqında” yeni qanun layihəsində əksini tapıb. Jurnalist vəsiqəsi verilmiş şəxslərin aşağıdakı imtiyazları var: 1. jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq; 2. …
Read More »Qərbi Azərbaycan İcması 31 dekabr – Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunan tədbir keçirib
Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının, İcmanın Ankara təmsilçiliyinin və Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə “31 dekabr – Dünya azərbaycanlılarının həmrəylik günü”nə həsr olunmuş videoformatlı tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının sədri Namiq Muradov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin adından tədbir iştirakçılarını təbrik edərək, onlara …
Read More »Vladimir Putin Azərbaycan Prezidentini Yeni il münasibətilə təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevə Yeni il münasibətilə təbrik ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Təbrikdə qeyd olunub ki, iki dövlətin başçılarının başa çatmaqda olan ildə Moskva və Soçidə görüşləri Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmliyini tam təsdiqləyib. V.Putin Rusiya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi üçün konstruktiv dialoq və sıx birgə fəaliyyətin davam …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar