Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Şəhidlərin yeni siyahısı açıqlanıb: 2 855 nəfər dəfn edilib, 50 nəfər itkindir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2 855 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! …

Read More »

Çavuşoğlu Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlər qurmasının şərtini açıqlayıb

“Türkiyə və Azərbaycan olaraq əgər atəşkəsin daimi olduğunu müşahidə edəriksə, Ermənistan da buna inanarsa, rəsmi Yerevan ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar ata bilərik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib. “Bu addımları Azərbaycan ilə birlikdə koordinasiya edəcəyik. Hazırda çox önəmli bir fürsət yaranıb, bunu qaçırmaq olmaz. Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil müsbət gündəm mövcuddur. Bu müsbət …

Read More »

Prezident Sumqayıtda iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib

Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirlərdə iştirak edib. Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri …

Read More »

Türk-rus birgə layihəsi: 60 illik xəyal gerçəkləşir – Varank

“Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ilk reaktoru 2023-cü ilin sonunda istifadəyə veriləcək və elektrik istehsalına başlayacaq. Boyükmillet.com xəbər verir ki, bunu Türkiyənin Sənaye və texnologiya naziri Mustafa Varank açıqlayıb. Nazir bildirib ki, bu, Türkiyənin 60 illik arzusudur: “Lisenziyanı 1976-cı ildə almışdıq, lakin bu tarixə qədər burada nüvə stansiyası tikə bilməmişdik. Hazırda 10 kvadrat kilometr ərazidə 4 min 800 meqavat gücə sahib …

Read More »

Qeydiyatı Naxçıvanda olan vətəndaşlara Bakıda şəxsiyyət vəsiqəsinin verilməsi uğurla həyata keçirilir

Yanvarın 7-dən etibarən, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhəri ndə, ” Pasport və Qeydiyyat ” idarəsində Naxçıvan qeydiyyatı olan, Bakı şəhəri və respublikanın müxtəlif yerlərində yaşayan vətəndaşların sənədlərinin qəbulu başlayıb. Boyukmillət.com xəbər verir ki, bu günə qədər 1049 nəfərin sənədi qəbul edilmişdir. Onlardan, 481nəfərə şəxsiyyət vəsiqələri verilib. Sənədlərin qəbulu və verilməsi prosesi hal hazırda davam edir. Boyukmillet.com-a …

Read More »

Səfir: “Azərbaycanda Nuru Paşanın, Ərdoğanın və Baxçalının adının əbədiləşdirilməsi çox lazımlıdır”

Azər Xudiyev: “Ölkə rəhbərinin Polad Bülbüloğluna çağırışı tam yerindədir” Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analtiki, səfir Azər Xudiyevin “Demokrat.az” xəbər portalına müsahibəsi: — Azər bəy, bu yaxınlarda ölkə başçısı İlham Əliyev və ailə üzvləri Dağlıq Qarabağa səfəri çərçivəsində Şuşada olub, bir sıra açılışlar və çıxışlar edib. Prezidentin Şuşaya səfəri Ermənistan ictimaiyyətində ciddi çaxnaşma yaradıb. …

Read More »

Müharibədə xəsarət alan hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanılır

Hərbi əməliyyatlar zamanı xəsarət alan hərbi qulluqçuların tibbi-sosial ekspertizası məsələlərinin həlli məqsədilə Nazirlər Kabinetinin Qərarı əsasında aidiyyəti dövlət orqanlarının səlahiyyətli şəxslərindən ibarət olmaqla yaradılmış komissiyanın ilk iclası keçirilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun böyük …

Read More »

Bakı metrosunun “8 noyabr” və digər 2 stansiyasına yeni rəis təyin olunub

“Bakı Metropoliteni” QSC-nin 3 stansiyasına yeni rəis təyin edilib. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı səhmdar cəmiyyətinin Zaur Hüseynov əmr imzalayıb. Əmrə əsasən, Yusif Şabanov metronun “Nizami” stansiyasının rəisi vəzifəsindən azad edilərək inşası yekunlaşmaq üzrə olan “8 Noyabr” stansiyasına rəis təyin edilib. “Nizami” stansiyasına rəhbərlik isə Vüsal Zeynalova həvalə olunub. Bundan başqa, metronun “Xalqlar Dostluğu” stansiyasının vəfat etmiş rəisi İlqar Əliyevin yerinə Arif Həsənli gətirilib. “Bakı Metropoliteni”nin …

Read More »

“Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Milli Hidrometrologiya Departamentindən daxil olan məlumata əsasən yanvarın 19-dan 21-dək ölkə arazisində hava şəraitinin qeyri – sabit keçəcəyi gözlənilir. “Azərişıq” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, gücləndirilmiş iş rejimində çalışan ASC-də əlavə tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. Məsələ ilə əlaqədar “Azərişıq” ASC rəhbərliyinin tapşırığı ilə gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə …

Read More »

Rusiyanın XİN başçısı: “Erməni rəsmilər gərginlik yaradan bəyanatlar verməməlidir”

“Erməni rəsmilərinin Qarabağdakı siyasiləşmiş bəyanatları gərginlik yaradır. Məncə, bundan çəkinmək daha yaxşı olardı”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Biz artıq 44 günlük müharibədən öncə Qarabağdan və ya Qarabağla bağlı verilən bəyanatlara şahid olmuşuq: “Yeni müharibə – yeni ərazilər” (Ermənistan keçmiş müdafiə naziri David Tonoyanın sözlərini nəzərdə tutulur – “Report”). Sözlə material gücə çevrilir. Bu sözlər …

Read More »