Çərşənbə axşamı , 7 Aprel 2026

autor

65 yaşdan yuxarı şəxslərin peyvəndlənəcəyi tarix açıqlandı

Fevralın 1-dən 65 yaşdan yuxarı olan şəxslərin vaksinasiyasına başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Read More »

Nazirlik: Azərbaycan 4 milyon doza Sinovax vaksini alacaq

“Dünyada istifadə olunan vaksinlərin hamısının effektivliyi 70-95 faiz arasındadır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində çıxış.edərkən deyib. “2 milyon doza Sinovax vaksini Azərbaycana gətiriləcək. Sifariş olunmiş 4 milyon vaksin əvvəlcə Türkiyəyə gətiriləcək. Yoxlanıldıqdan sonra bir neçə partiya ilə Azərbaycana gətiriləcək”, – o deyib.

Read More »

Səhiyyə Nazirliyi: Pandemiya ilə mübarizədə uğur üçün əhalinin 60 faizində immunitet formalaşmalıdır

Pandemiyanın davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə üsulları tətbiq edilsə də, güclü mübarizə üsulları hələ hazır deyil. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. “Dünyanın və ölkənin pandemiyada uğur qazanması üçün əhalinin təxminən 60 faizində virusa qarşı immunitet formalaşmalıdır. Bu göstəricilərin …

Read More »

Azərbaycanda vaksinasiya yanvarın 18-də başlayacaq

Yanvarın 18-dən Azərbaycanda vaksinasiya prosesinə başlanılacaq. Boyukmillet.com xəbər verir ki, peyvənd ilk növbədə risk qrupuna aid şəxslərə vurulacaq. COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır: 1-ci mərhələ – Səhiyyə işçiləri; 65 yaşdan yuxarı şəxslər; Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət; 2-ci mərhələ – Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, …

Read More »

Ermənilərin Şuşada basdırdıqları raketlər, mərmilər və minalar aşkarlandı

2021-ci il 04-13 yanvar tarixlərində Azərbaycan Minatəmizləmə Agentliyinin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə düşmən işğalından azad olunmuş Şuşa şəhərində xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib. Agentlikdən verilən məlumata görə, birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 ədəd raket, 16 ədəd minaatan mərmisi, 15 ədəd əl qumbarası, 1 ədəd zenit top mərmisi, 48 ədəd partladıcı, …

Read More »

Beynəlxalq və ölkədaxili uçuşlara bileti olan şəxslərin hərəkət qaydası açıqlanıb

Yanvarın 18-dən 25-dək beynəlxalq və ölkə daxili uçuşlara icazə veriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı qərarında bildirilir. Qeyd olunub ki, yanvarın 18-i saat 00:00-dan yanvarın 25-dək saat 00:00-dək beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, …

Read More »

Bərbərxana və gözəllik salonları açılır

Yanvarın 25-i saat 00:00-dan etibarən bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlərə (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət) icazə verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı qərarırda bildirilir.

Read More »

Karantin rejimində yas yerlərində iştirakla bağlı yeni qərar açıqlanıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı yeni qərarında yas yerlərində iştirakla bağlı məsələ də öz əksini tapıb. Boyukmillet.com xəbər verir ki, yeni qərarda yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr …

Read More »

Azərbaycanda “SMS” icazə ləğv olunur

Azərbaycanda “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib. Qərara əsasən, 2020-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı …

Read More »