Bazar ertəsi , 6 Aprel 2026

autor

Eldar Həsənovla bağlı cinayət işi: sabiq səfirin biznes ortağı deyilən sahibkar da həbs edildi

Azərbaycanın sabiq baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı eks-səfiri Eldar Həsənovun işi üzrə həbslər davam edir. Boyukmillet.com bildirir ki, E.Həsənovla biznes ortağı olduğu bildirilən, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü olmuş sahibkar Bəhruz Əsədbəyli də Baş Prokurorluq tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.  B.Əsədbəyli Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər …

Read More »

Azay Quliyev: “Ordumuz qısa müddətdə qələbə qazanmağa qadirdir”

“Əvvəlki hərbi və siyasi fiaskolardan dərs çıxarmayan Ermənistan hökuməti vəziyyəti yenidən gərginləşdirmək məqsədilə hərbi resurslarını sərhəd zonasında cəmləşdirməyə başlayıb. Paşinyan hökumətinin PKK terrorçularını, Suriya və Livan ermənilərini işğal olunmuş ərazilərimizə yerləşdirməsi vəziyyəti daha da gərginləşdirib. Anlaşılan odur ki, işğalçı ölkə növbəti hərbi təxribata hazırlaşır”.QHT.az xəbər verir ki, bu fikirlər Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevə …

Read More »

Azərbaycan – Gürcüstan münasibətləri bölgədə sabitlik və təhlükəsizliyin qarantıdır

Bu gün Azərbaycanın Cənubi Qafqazda möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır. Ermənistanla müharibə şəraiti bölgədə Gürcüstanın geosiyasi əhəmiyyətini artırmışdır.Müdrik gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var, indiyə qədər bu xalqları qarşı-qarşıya qoymaq, ədavətə sövq etmək kimsəyə müyəssər olmayıb. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu …

Read More »

Samir Adıgözəlli: “Erməni-PKK hərbi birləşmələrinə qarşı Dağlıq Qarabağda əməliyyat qaçılmazdır.”

 Son günlər Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları fonunda daha mühüm mövzulardan biri də Azərbaycanın işğal altında olan ərazilərdə terror qruplarının yerləşdirilməsidir.Xüsusi ilə PKK terrror təşkilatının burada daha çox yer alması diqqət çəkir. Məsələ ilə bağlı İctimai-Siyasi Prosesler Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəllinin Boyukmillet.com-a açıqlamasını təqdim edirik. “İlk öncə onu qeyd edim ki, ermənilərin və mövcud Ermənistan dövlətinin terror …

Read More »

DTX vətəndaşlara müraciət etdi

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərirlər. Bu barədə Boyukmillet.com DTX-nin saytına istinadən xəbər verir.  Qeyd edilən …

Read More »

Mehriban Əliyeva uşaq bağçasının yeni binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 22-də Bakının Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 212 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevaya yeni tikilən bina barədə məlumat verilib. Bildirilib ki, 212 saylı uşaq bağçasının yerləşdiyi bina 1940-cı ildən fəaliyyət göstərib. 2019-cu ilin sonlarından 2020-ci ilin avqustunadək Heydər …

Read More »

Birinci vitse-prezident Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib

Sentyabrın 22-də Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin yeni binası istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib. Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verilib ki, məktəb 1935-ci ildə musiqi cəmiyyətinin nəzdində yaradılıb, 1940-cı ildən 5 nömrəli Uşaq Musiqi Məktəbi kimi, 1988-ci ildən isə …

Read More »

Azərbaycanda 98 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 98 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 39 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1 851 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 …

Read More »

Azərbaycan Ordusunun zirehli texnikaları hərəkətə gətirildi – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər. Müdafiə Nazirliyindən  verilən məlumata görə, ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli texnikaların ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirir. Keçirilən təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin …

Read More »

BMT tribunasından Azərbaycanın dünyaya mesajı – “Bizim bir şərtimiz var”

“Prezident İlham Əliyev çıxışında konkret olaraq dedi ki, sizin 7 şərtiniz var, lakin bizim bir şərtimiz var. Dəfələrlə dediyimiz kimi, o şərt də ondan ibarətdir ki, qeyd-şərtsiz, sözsüz bizim torpaqlar geri qaytarılmalıdır”. Bunu açıqlamasında Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasındakı çıxışını şərh edərkən Milli Məclisin deputatı, professor Rüfət Quliyev deyib. O …

Read More »