İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki döyüşlər davam etməkdədir. Ermənistan tərəfinin başlatdığı təxribata cavab olaraq, Azərbaycan Ordusu düşmənin darmadağın edilməsi istiqamətində konkret addımlar atır. Görülən tədbirlər nəticəsində çoxsaylı canlı qüvvə və hərbi texnika itirən düşmən artıq itkilərini etiraf etməyə başlayıb. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr …
Read More »YAP-da nə baş verir? – “ADDY” sədrinin 5 min “paket”i, üsyankarlıq, işə sərxoş halda gələn rayon təşkilat sədrləri…
Yeni Azərbaycan Partiyasındakı böhran hər gün daha da dərinləşir, özünü “köhnə qvardiya”nın üzvü hesab edən şəxslər hazırda ağır psixoloji sarsıntılar keçirirlər. Hesab edirlər ki, YAP-ın qurulmasında və təşkilatlanmasında onların böyük əməyi var, ömürlərinin böyük hissəsini partiyada keçiriblər, ona görə də onlara kimsə toxunmamalıdır və ölkədə bütün sahələr üzrə aparılan islahatlar hakim partiyadakı bu şəxslərin toxunulmazlığına kölgə salmamalıdır. Azsiyasət.com-a daxil olan məlumata …
Read More »Naxçıvanda yüksək bal toplayan məzunlarla görüş olub
Boyukmillet.com xəbər verir ki, sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, eləcə də tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik etmiş, müəllimlərə təşəkkürünü bildirərək demişdir: Müasir dünyamızda elm və təhsil hər bir ölkənin …
Read More »Həşim Səhrablı yazır: Sonra da deyirlər ki, Vətən anadır…
Uşaqlıqdan həmişə nağıllarla böyüdük. Bəzilərini həvəslə dinlədik, bəzilərini isə məcbur olduğumuz üçün. Ancaq bu nağıllar arasında ən yadda qalanlar vətən mövzusundadır. Hamısında Vətəni ana kimi simvollaşdırmışlar. Türk adət və mədəniyyətini bilənlər ananın hər uşaq üçün Tanrı qədər ilahi olduğunu yaxşı bilirlər. Vətən və torpaq da belədir. Qarabağ Azərbaycan torpağı, türk vətənidir.Təxminən 30 ildir işğal altında olan bu torpaq, istər işğal …
Read More »Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılır
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı işlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, tədbirlər çərçivəsində sentyabrın 12-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas …
Read More »Hikmət Hacıyevdən Livan ermənilərinin Şuşaya köçürülməsinə MÜNASİBƏT
“Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir. Dünən sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət …
Read More »Siyavuş Novruzov iclas keçirəcək
Sentyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyasının ilk iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, iclasın gündəliyinə 2 məsələ daxil edilib. Bunlar Regional məsələlər komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat və komitənin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsidir. Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovdur.
Read More »Binəqədi koronavirus yoluxmasına görə liderdir – səbəb…
Adil Qeybulla: “…insan sıxlığı xəstəliyin yayılmasına səbəb olur” Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,3 faizi həmin rayonun payına düşür. Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Ümumi yoluxma hallarının 56,2 faizi …
Read More »Valideynlərin nəzərinə-Məktəbə gül və şar aparmaq olmaz
“Dərs ili başlananda şagirdlərin müəllimlərə gül dəstəsi aparmasına ehtiyac yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin “Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında bildirib.O, qeyd edib ki, müəllimlərə gül dəstəsinin aparılması ilə bağlı məsələ əslində qanunla tənzimlənmir. Lakin bununla bağlı valideynlərə müraciət olunub: …
Read More »Naxçıvanda şahmat müəllimlərinə sertifikatlar təqdim olunub
Sentyabrın 11-də Naxçıvan Şahmat Mərkəzində sertifikasiya imtahanlarında uğurlu nəticə əldə edən müəllimlərə sertifikatların təqdimatı olub.Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək şahmatın inkişafının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən daim diqqətdə saxlanıldığını deyib. Məhz bunun nəticəsidir ki, şəhər və rayonlarda şahmat məktəbləri tikilib istifadəyə verilib. Son illər Şahmat Federasiyasının muxtar respublikanın Təhsil …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar