İran və ABŞ gələcək mümkün sazişə daxil edilə biləcək bəzi əsas elementlər üzrə ilkin razılığa gəliblər. Boyukmillet.com xəbər verir ki, bunu Britaniyanın “The Telegraph” qəzeti yazıb. Nəşrin məlumatına görə, müzakirə olunan potensial mövzular arasında sanksiyalarla bağlı məsələlər də yer alır. Adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, İran tərəfi iki həftə ərzində müəyyən boşluqları aradan qaldırmaq üçün daha detallı təkliflərlə geri …
Read More »Fransada daşqın nəticəsində 100 min hektardan çox ərazi su altında qalıb
Fransada daşqınlar artıq 33 gündür davam edir, ölkənin cənub-qərbində ümumi sahəsi təxminən 110 min hektar olan ərazi su altında qalıb. Boyukmillet.com bu barədə “France Info” telekanalına istinadən xəbər verir. Məlumata görə, ən çox zərər görən bölgələr Qaronna, Luara və Şaranta çaylarının vadilərində yerləşən şəhərlərdir. İqlim təhlükəsinin ən yüksək – qırmızı səviyyəsi Men‑i‑Luara, eləcə də Jironda və Lo‑i‑Qaronna departamentlərində elan olunub. …
Read More »ABŞ-nin patrul təyyarəsi SEPAH-ın təlim keçirdiyi rayon üzərində kəşfiyyat aparıb
ABŞ Hərbi Dəniz Qüvvələrinin “P-8A Poseidon” patrul və sualtı qayıqlara qarşı təyyarəsi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlimlərinin keçirildiyi Hörmüz boğazı üzərində kəşfiyyat uçuşu həyata keçirib. “Report” un İnterfaks agentliyinə və “Flightradar24” aviasiya resursunun məlumatlarına istinadən xəbərinə görə, təyyarə Bəhreyndəki Şeyx İsa aviabazasından havaya qalxıb. Bir neçə saat davam edən əməliyyat zamanı o, Hörmüz boğazı üzərində uçuşlar həyata keçirərək …
Read More »Vardanyanı biz həbs etməsəydik, İrəvanda Paşinyan həbs edəcəkdi” – Politoloq
Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə qayıdana qədər öz işini davam etdirəcək və bu gün də olmasa sabah onlar mütləq Ermənistana qayıdacaq. Boyukmillet.com xəbər verir ki, politoloq Elxan Şahinoğlu sosial media hesabında Alen Simonyanın sadəcə seçkiöncəsi erməni cəmiyyətinə hesablanmış səmimiyyətdən uzaq açıqlama ilə çıxış etdiyini bildirib. “Simonyan sadəcə bu açıqlama ilə erməni …
Read More »“Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən media redaksiyalarının Baş redaktorları tərəfindən MÜRACİƏT Cənab Prezident! Müraciət müəllifləri olaraq, öncə diqqətinizə çatdırmaq istəyirik ki, rəhbərlik etdiyimiz mətbu orqanların redaksiyaları uzun müddətdir “Azərbaycan” Nəşriyyatında icarəçi tərəf kimi fəaliyyət göstərir. Buna görə, nəşriyyat binasının əsaslı təmirinə daha çox özümüz ehtiyac duymuşuq. Artıq bizə məlumdur ki, verdiyiniz ciddi göstərişlər əsasında …
Read More »Rüfət Səfərov: “Həyatdır, sabah kimin harada olacağını bilmək olmaz”
Fevralın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində 1 il 3 aydır həbsdə olan “Müdafiə Xətti” insan haqları müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun məhkəmə prosesi keçirilib. AzadlıqRadiosu xəbər verir ki, Rüfət Səfərov məhkəməmə prosesində deyib ki, siyasi sifarişlə həbs olunduğuna görə məhkəmədən ədalətli hökm gözləntisi yoxdur. İstədiyi budur ki, ittihamın saxtalığını, cinayət işində yazılanların yalan olduğunu göstərməyə prokuror və hakimlər imkan versin. Yanvarın …
Read More »Tofiq Yaqublunun qızı atası ilə görüş müddətinin azaldılmasından narazıdır
Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi həbsxanada atası ilə görüşdə maneələrlə üzləşdiyini bildirib. Bu barədə Nigar Həzi özünün “Facebook” səhifəsində deyib. O qeyd edib ki, əslində görüş müddəti 3 saat olsa da, 1 saatın sonunda vaxtın bitdiyini deyiblər. Bundan başqa o deyir ki, görüşə körpə uşaqla gəldiyi üçün uşağa yemək gətirsə də, içəri keçirməyə icazə …
Read More »Alen Simonyan: “Sonuncu erməni məhbus qayıdanadək danışıqlar dayanmayacaq”
“Bakıdakı erməni məhbusların ən sonuncusu geri dönənə qədər onların qaytarılması prosesi ilə əlaqədar danışıqlar davam edəcək”. Bu sözləri fevralın 16-da jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Simonyanın sözlərinə görə, Ermənistanın Azərbaycanla həyata keçirdiyi proses mürəkkəb və çətindir, lakin irəliləmək üçün imkan yaradır. “Biz təslim olmamalıyıq. Biz məhz bununla məşğuluq. Hamı geri dönəcək. Bəlkə bu gün deyil, bəlkə sabah deyil, amma nəticədə …
Read More »Ukrayna 200 kvadrat kilometr ərazini azad etdi – Ruslar çaşqınlıq içində
Fevralın əvvəlində Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib ki, cəbhənin bəzi hissələrində döyüş toqquşmalarının dörddə biri Ukrayna bölmələrinin hücum hərəkətləri nəticəsində baş verir. Boyukmillet.com xəbər verir ki, onun sözlərinə görə, bu hücumlar rusları daim hazır vəziyyətdə saxlayır, itkilərə məruz qoyur və onların irəliləməsinin qarşısını alır. “France24″ün xəbərinə görə, ötən həftə, fevralın 11-dən 15-dək Ukrayna ordusu “Starlink” terminallarının bağlanmasından …
Read More »Paşinyanın şəxsi həyatı yenidən GÜNDƏMDƏ: 27 ildən sonra niyə indi – təsadüf, yoxsa siyasi hesab?
Son aylarda Rusiya və Ermənistan mediasında Ermənistanın baş naziri Nikol Paşinyan və uzun illər vətəndaş nikahında yaşadığı həyat yoldaşı Anna Akopyan ətrafında müxtəlif iddialar və şayiələr dolaşır. Xüsusilə Akopyanın məşhur türk aktyoru Can Yamanla münasibətdə olması barədə xəbərlər informasiya məkanında geniş rezonans doğurub. Bu iddiaların bir qismi Ermənistanda qarşıdan gələn parlament seçkiləri fonunda siyasi kampaniya elementi kimi dəyərləndirilir. Belə bir həssas …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar