Bazar ertəsi , 6 Aprel 2026

autor

Radikal müxalifət vaxtında onların cameəsinə zülm etmiş Eldar Həsənovu niyə müdafiə edir?

Sabiq Baş prokuror, sonrakı səfir Eldar Həsənovun həbsi ətrafındakı müzakirələr səngimək bilmir. Ən maraqlısı isə budur ki, bu personanın həbsinə maraqlı dairələrin açıq etirazı müşahidə edilir. Azərbaycandakı siyasi münasibətlər sistemindəki real mənzərəyə görə, əslində, Eldar Həsənovun həbsi indi onu açıq müdafiə edənlərin ürəyincə olmalıydı. Çünki Eldar Həsənov bütün şüurlu həyatı boyunca bu hakimiyyətdə təmsil olunub. 1995-2000-ci illərdə Baş prokuror olduğu …

Read More »

Goranboyda gizli işləyən kafe aşkarlanıb

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Yeni Yol kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyekt sahibi Elməddin Əliyev və müştərilər saxlanılaraq RPŞ-yə …

Read More »

Deputat Rusiyanın Ermənistanı silahlandırmasını qınadı

“Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladığı ilk dövrlərdən Rusiya Ermənistana və Qarabağdakı separatçı quldur rejimə müxtəlif formalarda dəstək olub. Rəsmi Moskvanın silah-sursat, canlı qüvvə, siyasi və maliyyə formasında verdiyi bu dəstək Azərbaycan torpaqlarının işğal olunmasında həlledici rol oynayıb. Əks halda Ermənistan Azərbaycan ərazilərini işğal edə və onu 30 il işğal altında saxlaya bilməzdi”.      Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ülvi …

Read More »

Türkiyəli hərbçilər Hərb Tarixi Muzeyini ziyarət etdi

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə keçirilən birgə genişmiqyaslı təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin bir qrupunun istirahət günlərində gəzintisi təşkil olunub.Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Qonaqlar Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edərək orada nümayiş etdirilən eksponatlarla tanış olub və zəngin təəssüratlar əldə …

Read More »

Zurabyan Paşinyanı tənqid etdi: “Nə ingiliscə bilir, nə də Qarabağ haqqında…”

“Erməni Milli Konqresi”nin üzvü Levon Zurabyan Ermənistanın Baş Naziri Nikol Paşinyanın BBC-də yayımlanan “Hard Talk” verilişinə müsahibəsini tənqid edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” xəbər verib.Siyasətçi feysbuk səhifəsində yazır ki, o, Paşinyanın müsahibəsindən çox ağır təəssürat alıb və onun iflasa uğradığını bildirib. Bunun bir neçə səbəbi var – yetəri səviyyədə olmayan ingilis dili, cavabların məzmunu, Baş Nazirin …

Read More »

“Rusiyanın bu hərəkəti Azərbaycanda kəskin etiraz doğurub” – Azay Quliyev

Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən partlayışlar işğalçı Ermənistanın növbəti avantürası üçün bəhanə oldu. Belə ki, Ermənistan hakimiyyəti partlayış nəticəsində zərər çəkmiş Livan ermənilərini beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə Cenevrə Konvensiyasına zidd olaraq Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmağa başlayıb. Ötən illərdə də Ermənistan Suriyada baş verən hərbi əməliyyatlardan sui-istifadə edərək, orada yaşayan ermənilərin bir hissəsini Azərbaycanın işğal …

Read More »

Nikolun rüsvay olduğu müsahibə azərbaycanca – VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan BBC telekanalında yayımlanan “Hardtalk” verilişinin qonağı olub. Boyukmillet.com xəbər ki, verilişdə Paşinyan aparıcı Stiven Sakurun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi suallara cavab verərkən çətin anlar yaşayıb. Müsahibə Azərbaycan sosial şəbəkələrində olduğu kimi, Ermənistanda da müzakirə və tənqid olunub. Paşinyanın sözügedən müsahibəsinin Azərbaycan dilində tərcüməsini təqdim edirik:

Read More »

Döyüş meydanında və beynəlxalq müstəvidə əldə edilən uğurlar Ali Baş Komandanın sarsılmaz qətiyyətinin göstəricisidir

İfrat millətçilik təfəkkürünün məngənəsində qalmış Ermənistanın hərbi-siyasi rəhbərliyinin iyulun 12-15-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində həyata keçirməyə çalışdığı hərbi təxribatın qarşısının uğurla alınması heç şübhəsiz ki, xalqımızın müasir tarixinin şanlı səhifələrindən birini təşkil edir. Çünki bəlkə heç düşmənin də gözləmədiyi halda Azərbaycanın dövlət rəhbərliyinin qətiyyəti və düzgün təşkilatçılığı, ordu rəhbərliyinin səriştəli peşəkarlığı, Azərbaycan əsgər və zabitlərinin şücaəti və fədakarlığı …

Read More »

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Avqustun 15-i saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

Read More »

Qondarma “DQR”in rəhbərinin “Şuşa təxribatı” cavabsız qala bilməz

Azərbaycan Respublikasının 30 ilə yaxındır işğal altında qalan 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin rəhbəri Araik Arutyunyan “prezident” iqamətgahının Şuşaya köçürülə biləcəyini bəyan edib. Bu haqda erməni nəşrləri məlumat yayıb. Qondarma rejimin qanunsuz  “qanunverici orqanı”nın və “hökumət” nümayəndələrinin iştirakı ilə keçirilmiş növbədənkənar iclasında çıxış edən A.Arutyunyan mayın 9-dakı andiçmə mərasimi zamanı qondarma  “parlament”in Şuşa şəhərinə köçürülməsi barədə verdiyi təklifin 2022-ci …

Read More »