Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Turkustan.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 824 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 058 nəfər müalicə olunaraq sağalıb, 497 nəfər vəfat edib, …
Read More »Türkiyənin müdafiə naziri Azərbaycana gəlir
Avqustun 12-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir. Boyukmillet.com bildirir ki, Müdafiə NazirliyindənLent.az -a verilən məlumata görə, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin …
Read More »Sabir Rüstəmxanlı keçmiş hərəkatçıların “Xilas” birliyindən danışdı
Azərbaycanda Milli Demokratik (Xilas) Hərəkatı (MD(X)H) yaradılıb. Yeni qurumu XX əsrin 80-ci illərinin sonlarında baş vermiş Azərbaycan Milli Azadlıq Hərəkatının bir qrup iştirakçısı təsis edib. MD(X)H-nin Təşəbbüs qrupunun üzvləri bunlardır: Aydın Bayram – Milli Azadlıq Hərəkatının iştirakçısı, ictimai xadim. Bəybala Əbil – Milli Azadlıq Hərəkatının iştirakçısı, Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı, ictimai xadim, AXC Ali Məclisinin …
Read More »Karantin rejiminin yumşaldılması pandemiyanın bitməsi demək deyil – MÖVQE ÖZƏL
“Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda hələ ilk günlərdən etibarən dərhal sərhədlər bağlandı, eyni zamanda müvafiq tədbirlər görülməyə başladı və məsələ ilə əlaqədar Operativ Qərargah yaradıldı, müvafiq strukturlar dərhal hərəkətə gətirildi, həmçinin təbliğat-təşviqat işləri aparılmağa başlandı. Cənab prezidentin İlham Əliyevin və vitse-prezident Mehriban xanım Əliyevanın da bir neçə dəfə məsələ ilə əlaqədar Azərbaycan xalqına ünvanlandığı müraciətlər oldu. Prezident İlham Əliyev bildirdi …
Read More »Qibləgahı Savalan dağı olan ELÇİ
Minillərin ardından boylanan keçmişin sahibi, Batının gündoğanı, Qərbin Qoca Şərqə açılan qapısı Azərbaycan məmləkətində onun əzəli sakinləri biz Türklər düşmənlərimizin min bir hiyləsinə tuş gəlib, min bir bəlasına düçar olmağımıza baxmayaraq hələ varıq, hələ ruhumuz yaşayır. Bəlkə hələ min yüz il də Yol gedəcəyik… Halbuki, bizimlə birgə Yer kürəsinə ayaq basmış xalqların çoxu daha bizimlə birgə addımlamırlar. Hər dəfə düşmənlərimiz …
Read More »24 yaşayış məntəqəsində su problemi həll ediləcək
Prezident İlham Əliyev “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamda deyilir: “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti əhalisi 65 122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə …
Read More »İsmayıllıda tarixi abidə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2020-ci il tarixli müvafiq sərəncamı əsasında Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun tikintisinə başlanıb. Yolun Kürdüvan kəndindən keçən hissəsində görülən işlər zamanı eramızdan əvvəl və eramıza aid yüzə yaxın qablar, bəzək nümunələri, pul sikkələri və eləcə də tikili qalıqları tapılıb. Bu barədə “Report”a İsmayıllı Rayon İcra Hakimiyyətindən məlumat verilib. Hadisə yerinə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və Mədəniyyət Nazirliyi …
Read More »Təhsil naziri Türkiyə səfiri ilə görüşüb
Təhsil naziri Emin Əmrullayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb. Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Read More »İki məhkəmə sədri barədə intizam icraatı başlandı
“Məhkəmə Hüquq Şurası tərəfindən indiyədək 60-dan çox məhkəmədə monitorinqlər keçirilib”. Boyukmillet.com xəbər verir ki, bunu Məhkəmə Hüquq Şurasının sektor müdiri Seyfəlpaşa Əliyev deyib. Onun sözlərinə görə aşkar olunan 150-dən çox pozuntu hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb: “İşlərin elektron bölgüsünün həyata keçirilməsi ilə bağlı 20-dək pozuntu aşkarlanıb və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb. Daha ciddi pozuntularla bağlı isə iki məhkəmə sədri barədə intizam icraaatı …
Read More »Mədəniyyət Nazirliyinin sözçüsü işdən çıxdı
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov işdən çıxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İ.Hümbətov özü “Facebook” səhifəsində paylaşım edib. O, paylaşımında 2000-ci ildən müxtəlif vəzifələrdə çalışdığı Mədəniyyət Nazirliyində fəaliyyətini bu gündən etibarən başa vurduğunu qeyd edib: “Bu illər ərzində nazirlik tərəfindən ölkəmizin mədəniyyətinin, incəsənətinin təbliği və tanıdılması, Azərbaycan dövlətinin mədəniyyət siyasətinin həyata keçirilməsi ilə bağlı görülən işlərdə mənə həvalə edilən vəzifə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar