Bazar ertəsi , 6 Aprel 2026

autor

“Döyüşlə bağlı verdiyim açıqlamada texniki səhv etdim” – Deputat

Milli Məclisin deputatı Arzu Nağıyevin Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların sayı ilə bağlı verdiyi səhv açıqlama sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Boyukmillet.com xəbər verir ki, deputat rəqəmlərdə yanlışlığa yol verməsiylə bağlı açıqlama yayıb. O bildirib ki, türk media qurumlarından birinə verdiyi məlumatlarda texniki səhv olub, şəhidlərin sayı yanlış bildirilib: “Şəhidlərimizin sayı 11 olub, ötən gün isə daha 1 …

Read More »

DYP: 1 146 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 16.07.2020-ci il saat 00:00-dan 17.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 013 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, …

Read More »

Hikmət Hacıyev Paşinyanın sabiq diplomatik müşaviri ilə debata çıxıb

Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Aljazeera İnternational” kanalında “İnside Story” verilişində Ermənistan baş naziri N.Paşinyanın sabiq diplomatik müşaviri Arsen Xaratyan ilə debata çıxıb. Boyukmillet.com xəbər verir ki, Hikmət Hacıyev Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal etdiyini, işğal olunmuş ərazilərdə qanlı etnik təmizləmə törətdiyini qeyd edərək beynəlxalq hüquqa əsasən Ermənistanın hüquqi məsuliyyət daşıdığını bildirib. …

Read More »

Qoşulmama Hərəkatına üzv ölkələr Ermənistanın təxribatını pisləyib, Azərbaycana dəstək verib

İyulun 16-da Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən hərbi təxribatla bağlı fövqəladə iclası keçirilib. XİN-dən Open.az-a verilən məlumata görə, Azərbaycan tərəfinin təşəbbüsü ilə çağırılan iclasda Xarici İşlər naziri Ceyhun Bayramov və Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT yanında daimi nümayəndələri iştirak edib. Xarici İşlər naziri çıxışında Ermənistan silahlı qüvvələri tərəfindən 12 iyul 2020-ci il tarixindən başlayaraq Azərbaycan-Ermənistan dövlət …

Read More »

Təxribatçıların daha bir neçəsi müəyyənləşdi – FOTO

Milli Məclisin binasına ziyan vuranların daha bir neçəsinin kimliyi polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilib. Boyukmillet.com xəbər verir ki, həmin şəxslər də artıq saxlanılıblar. Onlar İlkin Mikayılov, Tural Quliyev, Pərviz Çobanov, Nicat Muradzadə, Əli Abşlı, Əfqan Rəsulovdur. Xatırladaq ki, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib. Amma yürüşün sonunda bir qrup şəxs ictimai …

Read More »

Müdafiə Nazirliyi: Erməni hərbçiləri pis döyüşdükləri qədər pis də saxtalıqlar yaradırlar

“Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərin ikinci günündəcə Ermənistan müdafiə nazirliyinin hazırkı mətbuat katibini praktiki olaraq arxa planda qoyan sabiq mətbuat katibinin reinkarnasiyası, təxmin etdiyimiz kimi, çoxsaylı saxta məlumatlar və dezinformasiyalar yaratmaq məqsədini güdürdü ki, bu baxımdan İrəvanda sabiq mətbuat katibinə bərabər tutulacaq ikinci bir adam yoxdur. Erməni hərbçiləri pis döyüşdükləri qədər pis də saxtalıqlar yaradırlar”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan …

Read More »

Ermənilərin Dondar Quşçu kəndində törətdikləri ilə bağlı cinayət işi başlandı

Ermənistan Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısında növbəti dəfə acizlik nümayiş etdirməklə toqquşmanın intensivləşməsinə nail olmaq, habelə təcavüzkar siyasətinin nəticələrini möhkəmləndirmək və yeni təcavüz aktları həyata keçirmək məqsədilə mülki əhalının sıx yaşadığı əraziləri atəşə tutmaqla onlara qarşı müxtəlif cinayətlər törətməyə davam edir. Belə ki, iyulun 16-da, saat 06 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Dondar Quşçu kənd sakini Abdullayeva Roza …

Read More »

Şəhid generalın anası oğlu haqda müsahibə verdi – VİDEO

Tovuz istiqamətində gedən döyüşlərlərdə şəhid olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlundan danışıb. Boyukmillet.com xəbər verir ki, Unikal.org-a müsahibə verən ana oğlunun şəhid olmazdan öncə onunla son söhbətləri, eləcə də Prezident İlham Əliyevlə telefon danışığından bəhs edib. Oğlunun hər zaman vətən dərdi çəkdiyini deyən Səmayə Həşimova bildirib ki, Polad Həşimov əsgərlərinə “uşaqlarım” deyərmiş, işə gedərkən onlar üçün hətta diş …

Read More »

Fizuli Məmmədov Xural Tv rəhbəri Əvəz Zeynalı və Reaksiya Tv rəhbəri Zaur Qəriboğlunu məhkəməyə verdi

Tanınmış iş adamı və xeyriyyəçi, Rusiya Azərbaycanlıları İttifaqının və DünyaAzərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov “Xural TV”-nin rəhbəri Əvəz Zeynalını və “Reaksiya TV”-nin rəhbəri Zaur Qəriboğlunu məhkəməyə verib. Əvəz Zeynallının rəhbərik etdiyi “Xural tv”-nin 19 may 2020-ci il tarixli “Siyasət meydanı” buraxılışında partiya rəhbəri Əli Əliyevlə: “Müdafiə Nazirliyini mənə versinlər, 6 aya Şuşanı qaytarım…” başlıqlı müsahibədə verilişin aparıcısı Əvəz Zeynallı …

Read More »

Laçınlı gənclər döyüşə getmək üçün kütləvi şəkildə qeydiyyatdan keçiblər

Laçınlı gənclər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı ilham Əliyevin döyüş əmrini səbirsizliklə gözləyirlər. Boyukmillet.com xəbər verir ki, iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın qarşısı odumuzun şücaəti sayəsində qətiyyətlə alınıb, igid döyüçülərimizin həyata keçirdiyi adekvat xarakterli əks tədbirlər nəticəsində düşmən geri oturdurularaq canlı qüvvəsinə və hərbi texnikasına …

Read More »