Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq “Fairmont Baku” hotelində istirahət edən İsmayıl Babayevlə bağlı qərar çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb. Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti Modern.az-a faktı təsdiqləyib. Qeyd edək ki, ötən gün 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş İsmayıl Babayev “Fairmont Baku” hotelində …
Read More »Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib
İyulun 4-də Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr edilmiş beynəlxalq videokonfrans keçirilib. Dövlət Komitəsinin sədri Fuad Muradovun və Milli Məclisin üzvü, akademik Rafael Hüseynovun moderatorluğu ilə təşkil edilən virtual tədbirdə xaricdə və ölkəmizdə yaşayan tanınmış elm, mədəniyyət xadimləri, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan evlərinin, həftəsonu Azərbaycan məktəblərinin rəhbərləri, diaspor nümayəndələri iştirak edib. Tədbir dünyada …
Read More »Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında iştirak ediblər
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verib. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni …
Read More »Deputatın dəstəyi ilə Neftçalada şəhidlərin xatirəsi əbədiləşdirilir – FOTOLAR
Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğurunda mübarizədə Neftçala rayonu fəal iştirak edib. Həmçinin 1990-cı ilin yanvarında sovet ordusunun yeridildiyi bölgələrimizdən biri də Neftçala rayonu olub. Ötən illər ərzində Neftçala rayonu 200 şəhid verib. Şəhidlərin ruhunu hər zaman əziz tutan Neftçala sakinləri həm pandemiya, həm su qıtlığından irəli gələn bu çətin günlərdə belə, şəhidlərinin xatirəsini unutmurlar. Boyukmillet.com xəbər verir ki, Neftçala …
Read More »DTX Xarici İşlər Nazirliyində həbs etdiyi şəxslərin adlarını AÇIQLADI – ŞOK VİDEO yayıldı
Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət …
Read More »Saatlıda nələr baş verir? – Deputat həyəcan təbili çaldı
Saatlının deputatı Əziz Ələkbərlinin Boyukmillet.com-la söhbətindən… – Əziz müəllim, iyulun 3-də Saatlı rayonunun bir neçə kəndinin sakinləri su problemindən əziyyət çəkdikləri üçün etiraz aksiyası keçirdilər. Sakinlər su problemlərinin həll olunmasını tələb etdilər. Saatlı rayonunun deputatı kimi, deyə bilərsinizmi nələr baş verir? – Əslində, bu aksiya gözlənilən idi. Saatlı rayonu və qonşu rayonlar elə bir geoloji ərazidə yerləşir ki, bu ərazilərdə yeraltı çaylar …
Read More »Əliməmməd Nuriyev: Operativ Qərargah QHT-lərə yanaşmanı dəyişməlidir
Hesab edirəm ki, Operativ Qərargah Vətandaş Cəmiyyəti Təşkilatlarına yanaşmanı dəyişməlidir. Bu fikirləri QHT.az-a açıqlamsında Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirib. “Əgər bütün sektorlara münasibət müəyyən edilibsə, Vətəndaş Cəmiyyətinin yalnız bir qisminə yox, bütövlükdə tam olaraq karantin rejiminin xüsusiyyətləri nəzərə alınmaqla QHT-lərin Pandemiya dövründə fəaliyyətinə imkan yaradılmalıdır. Əks halda İctimai nəzarət, ictimai qınaq, vətəndaş cavabdehliyi və həyata …
Read More »“Yeni rəhbərlikdən yeni yanaşma gözləyirdim, təəssüf ki…” – Fəzail Ağamalı KİVDF-ni yenə tənqid etdi (MÜSAHİBƏ)
Milli Məclisin (MM) İntizam komissiyasının sədr müavini, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı etikxeber.az saytının suallarını cavablandırıb. Boyukmillet.com həmin müsahibəni təqdim edir: – Fəzail bəy, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) dünən ölkədə fəaliyyət göstərən 18 qəzetə maliyyə yardımı ayırdı. Dərhal da bu məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Bunu təqdir edənlərlə yanaşı, bir çoxları tərəfindən ciddi tənqidlərə məruz …
Read More »Məşhur iş adamının medianı təhqir edən oğlu saxlanıldı
“Fairmont Baku” otelində Medianı təhqir edən gənc saxlanılıb. Bu barədə jurnalist Mahir Məmmədli məlumat verib. M.Məmmədli yazıb: “Bu gün “Fairmont Baku” otelində karantin rejimini pozanlar arasında olan şəxslərdən biri sosial şəbəkədə paylaşım edərək jurnalistləri onun istirahətini pozmaqda ittiham etmişdi. O, video çəkərək media nümayənələrini “işverən” adlandırmışdı. Daha sonra Daxili İşlər Nazirliyinin həmin oteldə saxladıqları şəxslər arasında həmin şəxsin olmaması sosial …
Read More »İsmayıllıya icazələri olmadan istirahətə gələnlər cərimələndi
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə növbəti reyd keçirilib. Boyukmillet.com xəbər verir ki, reyd zamanı yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələri saxlanılıb, planşetlə sürücü və sərnişinlər yoxlanılıb. Yoxlama zamanı icazələri olmadan və yaxud iş üçün icazəsi olub, istirahət məqsədilə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar