Bazar ertəsi , 6 Aprel 2026

autor

Daha bir rayon su böhranı ilə üz-üzə

Azərbaycanın daha bir rayonunda su çatışmazlığı yaşana bilər. Boyukmillet.com xəbər verir ki, Cənub-Muğan kanalının Biləsuvar rayonundan keçən hissəsində suyun azalması sakinlərin ciddi narahatlığına səbəb olub. Kanalda suyun quruması rayonun Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində su çatışmazlığına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, son bir ayda həmin kəndlərə su fasilələrlə verilib. Artıq bir neçə gündür ki, Cənub-Muğan kanalının …

Read More »

AQTA 69 obyektdə pozuntu aşkarladı

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir. AQTA-dan Open.az-a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən 04 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 44 ictimai iaşə obyekti, …

Read More »

Elektron icazə portalında problem yaranıb, sahibkarlar qeydiyyatdan keçə bilmir

Xəbər verdiyimiz kimi, bu gündən etibarən “icaze.e-gov.az” portalından alınan bütün elektron icazələr silinib. Open.az xəbər verir ki, bu “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə tətbiq edilən bir sıra yeniliklərlə bağlıdır. Fəaliyyətinə icazə verilmiş bir sır sahələrdə çalışan insanlar portaldan qeydiyyatdan keçmək istəsələr də problemlə üzləşiblər. Onların iddiasına görə, sistem daxil edilən məlumatları tanımır. “ASAN Xidmət”in 108 çağrı mərkəzindən isə …

Read More »

Bakıda istirahət mərkəzində karantini pozan qadınlar saxlanıldı

Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb. Boyukmillet.com xəbər verir ki , Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ad günü şənliyindən yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq …

Read More »

DYP: Ötən gün 542 avtomobil geri qaytarılıb

Boyukmillet.com Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 04.07.2020-ci il saat 00:00-dan 05.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1422 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, …

Read More »

Türkiyə koronavirusla mübarizədə Azərbaycana yardım göndərib

Türkiyə koronavirus pandemiyasının yayılmasından bu günə qədər yüzə yaxın ölkəyə tibbi ləvazimat köməkliyi göstərib və bu çərçivədə qoruyucu ləvazimat ilə dərman preparatları göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, bu gün Türkiyədən Azərbaycana 30 ədəd ventilyator, 55.000 ədəd kombinezon, 50.000 ədəd N95 maska, 100.000 ədəd cərrahi maska, 5.000 tibbi eynək, 200.000 …

Read More »

İmtahanların nəticələri elan olunub

İştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər: – 9-cu sinif üzrə buraxılış imtahanları;http://eservices.dim.gov.az/2020/netorta/?frm=egov – Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;https://eservices.dim.gov.az/2020/netTEX/?frm=egov – Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə …

Read More »

İranda COVID-19-dan rekord sayda ölüm qeydə alınıb

İranda son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib. Onun sözlərinə görə, son 24 saat ərzində koronavirusdan müalicə alan 163 nəfər vəfat edib, 2 560 yoluxma faktı qeydə alınıb Qeyd olunub ki, hazırkı dövrədək ölkədə 240 438 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan …

Read More »

“Ən yaxşı azərbaycanlı futbolçuları bizə göstərin, oynadaq” – “Beşiktaş”ın prezidenti

“Azərbaycan “Beşiktaş” üçün çox önəmlidir. Ölkənizdə klubumuzu dəstəkləyən qardaşlar var”. Boyukmillet.comun xəbərinə görə, bu sözləri “Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişinə müsahibəsində deyib. Klub prezidenti Bakıda “qara qartallar”ın mağazasının açılması və azərbaycanlı futbolçuların bu kluba transfer olunması ilə bağlı maraqlı təklif irəli sürüb: “Azərbaycanda yaxşı futbolçular var? Əlbəttə, var. Ən yaxşılarını azərbaycanlı qardaşlarımız tapıb, bizə …

Read More »

Keçmiş deputat yas dağıdan icra başçısına “təlxək” dedi: “Başının dəstəsiylə maskasız başqa yasa gəlib, halva yeyib” – VİDEO

“Sizə də elə gəldi ki, Şəmkirdə yas yasağı var, ancaq yerli əhali buna əməl etmir? Mən o icra başçısının elədiyi “artist”liyə bir qədər sonra qayıdacağam, hələliksə onu deyim ki, Şəmkir ölkənin ən imkanlı rayonlarından biri olmasına baxmayaraq, hüzr məclislərində təmtəraqlı ehsan verməkdən ilk imtina etmiş əyalətlərdən biridir”. Boyukmillet.com xəbər verir ki, bunu keçmiş millət vəkili Etibar Hüseynov Şəmkir rayonunun icra başçısı …

Read More »