Bazar ertəsi , 6 Aprel 2026

autor

Daha 111 obyektdə qaydalar kobud şəkildə pozulub

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir. AQTA-dan Open.az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən 30 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 58 ictimai iaşə obyekti, …

Read More »

Tələbələrin köçürülməsinin vaxtı açıqlandı

“Tələbələrin köçürülməsi iyul-avqust ayında həyata keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, bu onlayn prosesdir və hər hansı problem olmayacaq: “Dəqiq tarix bəlli deyil. Bu barədə məlumat veriləcək”. Qeyd edək ki, tələbələrin köçürülməsi ildə iki dəfə – fevral və iyul aylarında həyata keçirilir.

Read More »

Respublika fənn olimpiadalarının qalibləri müəyyən olunub

Respublika fənn olimpiadalarının qalibləri müəyyən olunub. Boyukmillet.com xəbər verir ki, olimpiadanın nəticələrinə görə, 55 nəfər qızıl, 105 nəfər gümüş, 160 nəfər bürünc olmaqla ümumilikdə 320 nəfər qalib elan edilib. Qaliblər ölkəmizin 42 şəhər və rayonundan olmaqla 158 ümumi təhsil müəssisəni əhatə edir. Onlardan 101 nəfəri qız, 219 nəfəri isə oğlandır. Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş …

Read More »

Xaricdə təhsil alan tələbələrin təhsil haqqı ilə bağlı rəsmi açıqlama

“Sentyabr ayından başlayaraq xaricdə təhsil alan tələbələrin maliyyələşməsi həyata keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili mövzusunda keçirilən onlayn brifinqdə deyib. O qeyd edib ki, bu da yaxın illər ərzində ən yüksək səviyyəli təhsil alan 500-ə yaxın azərbaycanlı tələbələrin maliyyələşməsi deməkdir: “İl ərzində iki …

Read More »

Dünənki toya görə icra nümayəndəsi işdən çıxarıldı

Şəmkirdə kiçik toy məclisi keçirilməyə cəhd edilən kəndin icra nümayəndəsi işdən azad edilib. Boyukmillet.com xəbər verir ki, başçının Xuluf kənd icra nümayəndəsi Həsənov Süleyman Mikayıl oğlu həmin hadisə ilə əlaqədar RİH başçısı yanında Operativ Qərargaha vaxtında məlumat verə bilmədiyinə, zamanında təsirli tədbirlər görüb sakinlər tərəfindən epidemiya əleyhinə rejimin pozulması halının qarşısını ala bilmədiyinə, işində verdiyi nöqsanlara görə Şəmkir Rayon İcra …

Read More »

Murad Dadaşov Xoşqədəmin həyat yoldaşını “Xəzər”ə gətirdi

“Xəzər” televiziyası tamaşaçıya yaxın günlərdə yeni layihə təqdim edəcək. Sözügedən telekanalın rəhbəri Murad Dadaşov türkiyəli müğənni Doğuş ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən Doğuş “Xəzər” kanalında şou xarakterli veriliş aparacaq. Proqramın adı “Doğuş şou” adlanır. Sözügedən veriliş yaxın vaxtlarda start götürəcək. Qeyd edək ki, Doğuş “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” sosial-ictimai proqramın aparıcısı və layihə rəhbəri Xoşqədəm Baxşəliyevanın həyat yoldaşıdır. 

Read More »

Azərbaycanda güzəştli kredit almaq imkanları genişləndirilir

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib. Boyukmillet.com xəbər verir ki, yeni qaydalara əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunur. Bu mexanizmlərdən biri daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış …

Read More »

AzTV-nin əməkdaşı koronavirusdan vəfat etdi

Boyukmillet.com xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı koronavirusa yoluxaraq vəfat edib. Bildirilib ki, qurumun İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nəcəfzadə Samir bir neçə gün əvvəl səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. ““Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi həyatını itirən əməkdaşına Allahdan rəhmət diləyir və …

Read More »

Gömrük Komitəsi “Veysəloğlu” şirkəti haqda protokolu məhkəməyə göndərdi

Dövlət Gömrük Komitəsi “Veysəloğlu” MMC barədə inzibati protokol tərtib edib. Boyukmillet.com xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. İşə hakim Rauf Əhmədovun sədrliyi ilə baxılacaq. 1994-cü ildən topdan satış mərkəzi kimi …

Read More »

BMT: Dünyada cinsə görə ayrıseçkilik səbəbindən “itirilmiş” qızların sayı 140 milyondur

BMT-nin Əhali Fondunun hazırladığı “Dünya Əhalisinin Vəziyyəti” adlı qlobal hesabatın builki sayı işıq üzü görüb. Boyukmillet.com xəbər verir ki, hər il təşkilatın qlobal miqyasda məşğul olduğu bu və ya digər mövzuya həsr edilən hesabatda bu dəfə dünyada qadınların və qızların hüquqlarının pozulması ilə nəticələnən müxtəlif zərərli təcrübələr və onlarla mübarizə mövzuları qabardılıb. Hesabatda qeyd olunur ki, hər il dünyada milyonlarla …

Read More »