Bu gün ölkəmizi gözləyən çox ciddi təhlükələrdən biri də müəyyən qrupların sosial şəbəkələr üzərindən Azərbaycan dövlətinə qarşı etimadsızlıq yaratmaq cəhdidir. Bir neçə gün əvvəl polislə bağlı yaranmış vəziyyətdə biz bunun şahidi olduq. Dövlətin addımları ilə bu təxribatın qarşısı alındı, polis üzr istədi və digər addımlar atıldı. Bunu deputat Fazil Mustafa deyib. F.Mustafa bildirib ki, indi isə Dağıstan sərhədində baş verənlərdən …
Read More »2 həftəlik sərt karantinlə bağlı yardım veriləcək? – Nazirdən AÇIQLAMA
“Pandemiya nəticəsində iqtisadi fəallıq zəifləyib”. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, 2 həftəlik sərt karantin rejimi ilə bağlı da bəzi müzakirələr gedir, bu məsələyə baxılır, müvafiq qərarlar qəbul olunacaq: “2021-ci ilin dövlət büdcəsinin layihəsinin hazırlanması prosesi artıq başlayıb. Kifayət qədər səmərəli büdcə var. Mövcud şəraitə baxmayaraq, biz büdcəni vaxtında hazırlayıb çatdırmaq …
Read More »“Şəhidlərin şərəf və ləyaqətinin qorunması ilə bağlı Cinayət Məcəlləsinə xüsusi maddə əlavə edilməlidir” – Adil Əliyev
Bizi narahat edən bir məqam ondan ibarətdir ki, vətənpərvərlik duyğularından uzaqlaşmış bəzi şəxslər sosial şəbəkələrdə, KİV-lərdə şəhidlərimizlə bağlı xoşagəlməz ifadələr işlədirlər. Boyukmillet.com bildirir ki, bunu Milli Məclisin vitse spikeri Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib. A.Əliyev bildirib ki, ölkə başçısının və birinci Vitse-prezidentin şəhid ailələrinə daim qayğısı var:“Şəhidlərimiz, qazilərimiz insan üçün ən uca nemət olan canlarında üçrəngli bayrağın daim …
Read More »Deputat: “Elm və təhsil müəssisələri ƏDV-dən azad olunsun”
Azərbaycanda elm və təhsil müəssisələrinin Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunması təklif olunub. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Erkin Qədirli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Deputat təklif edib ki, elm və təhsil müəssisələri ƏDV-dən azad olunsun.
Read More »Paşinyan, Babayan, Sefilyan – silah qaçaqmalçıları bir arada – ŞƏRH
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağdakı erməni vətəndaşları ilə işbirliyini zahirən adi sayırlar. Bu əməkdaşlıqda cinayət elementi görmürlər. Ancaq Azərbaycan torpaqlarının işğalı və bu hadisəyə göz yummaq ən böyük cinayətdir. Deməli, bu günlərdə Paşinyanın cani dotlarından biri Samvel Babayan Qarabağdakı erməni icması tərəfindən vəzifəyə təyin edilib. O, 1965-ci il martın 5-də Azərbaycanın hazırda işğal altında olan Xankəndi şəhərində anadan olub. Sonradan …
Read More »Azərbaycan klublarının avrokuboklardakı rəqibləri bu tarixlərdə bəlli olacaq
UEFA Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) 2020/2021 mövsümünün təsnifat və qrup mərhələsinin püşkatma mərasiminin vaxtları bəlli olub. Boyukmillet.com xəbər verir ki, ÇL-də I seçmə mərhələnin püşkü avqustun 9-da atılacaq. Həmin gün Azərbaycan çempionu “Qarabağ”ın qitənin bir nömrəli klub turnirində rəqibi bəlli olacaq. Avqustun 10-da isə Avropa Liqasında I seçmə mərhələnin püşkü atılacaq, nəticədə “Neftçi”, “Keşlə” və “Sumqayıt” rəqibləri müəyyənləşəcək. ÇL …
Read More »DMX əcnəbilərə müraciət etdi
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti 1 avqust 2020-ci il tarixinədək bitəcək olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib. Boyukmillet.com xəbər verir ki, ölkədə olma müddəti avqustun 1-dək bitəcək əcnəbilərin müraciətləri DMX tərəfindən qəbul edilmiş hesab olunub və bu şəxslərin müvəqqəti olma müddətləri 30-60 gün uzadılıb. Qeyd olunub ki, bu, dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 1 avqust …
Read More »Ermənilər snayper tüfənglərindən istifadə edərək atəşkəs rejimini 22 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Bu barədə Boyukmillet.com Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli kəndi yaxınlığında, həmçinin Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə …
Read More »Gürcüstan Azərbaycan məhsullarının idxalını azaldıb
Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 241,7 mln. ABŞ dolları dəyərində məhsul idxal edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxalı 9,4% azalıb. Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi idxalında 8,1% payla qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub.
Read More »Bəhram Bağırzadənin son durumu açıqlanıb
“Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti kritik stabil ağır olaraq qalır. Müəyyən laborator və renginoloji göstəricilərdə cüzi yaxşılaşma qeyd edilir”. Bunu “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib. Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar