2004-cü ildə Tarix İnstitutunun rəhbərliyinə gələndə dövlətimizin başçısı tərəfindən qarşımıza bir sıra ciddi məsələlər qoyuldu. Əgər bu gün İrəvan məsələsi ilə bağlı konseptual baxışımız varsa, bu, Azərbaycan Prezidentinin xidmətidir. Eyni zamanda, qarşımıza qoyulan vəzifələr sırasında İrəvan, Qarabağ və Naxçıvanın tarixinin yenidən yazılması, erməni vandalizminin araşdırılması da var idi. Bütün bunların hamısı Azərbaycan Prezidentinin millətimiz və tarix elmi qarşısında konseptual xidmətləridir. …
Read More »Azərbaycan ilə Rusiya arasında uçuşlar bu tarixdən bərpa olunacaq
Rusiya koronavirus pandemiyası fonunda tətbiq edilən məhdudiyyətlər səbəbi ilə dayandırılan beynəlxalq hava rabitəsini ilk olaraq 8 MDB ölkəsi, o cümlədən Azərbaycan ilə iyulun 15-də bərpa edəcək. Rusiya KİV xəbərlərinə görə, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb. Bildirilib ki, bundan sonra avqustun 1-dən etibarən Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin payızdan Gürcüstan və Misirə …
Read More »Fuad Muradovun diaspora uğursuzluğu: gənc kadrın qocaman əməlləri…
Xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi 1993-cü ildə yaradılmışdı. Komitənin əsas vəzifəsi xarici ölkələrdə yaşayan azərbaycanlıların vətənlə əlaqəsini yaratmaq, onların vasitəsilə Azərbaycanı tanıtmaq, torpaqların işğalı ilə bağlı məlumatları beynəlxalq ictimaiyyətə çatdırmaq idi. Asiya.az xəbər verir ki, həmin dövrə qədər Odlar Yurdu, Vətən kimi cəmiyyətlər bu funksiyanı həyata keçirirdilər. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra hakimiyyət belə qərara gəldi ki, …
Read More »Azərbaycan diasporunun rəhbəri koronavirusdan vəfat etdi – Açıqlama + FOTO
Rusiya Azərbaycanlıları İttifaqının Tula vilayəti üzrə nümayəndəsi Məhsud Məmmədov yeni növ koronavirusdan dünyasını dəyişib. Bu barədə “Report”un Rusiya bürosuna təşkilatın vitse-prezidenti Elnur Hüseynov məlumat verib. “Məhsud Məmmədovun rəhmətə getməsi Rusiya Azərbaycanlıları İttifaqı üçün böyük itkidir. O, fəal diaspor sədri olmaqla yanaşı, həm də vətənpərvər, vətənini, millətini düşünən bir insan idi. Onun ölümü bütün diasporumuzu sarsıtdı. Təşkilatın Koordinasiya Şurası adından Məhsud Məmmədovun yaxınlarına …
Read More »Vətəndaş evində Dövlət Himni səsləndirdi, polis belə reaksiya verdi+VİDEO
Karantin rejiminin həftə sonlarında sərtləşdirilməsi paytaxt polisinin yükünü daha da artırıb. Bu azmış kimi sosial mediada polisi qaralama prosesi də müşahidə olunmaqdadır. Vətəndaşlara dəfələrlə və israrla xəbərdarlıq olunmasına, onların öncədən məlumatlandırılmasına baxmayaraq, yenə də xeyli sayda paytaxt sakini karantin rejimini pozmaq təşəbbüsü göstərib. Bununla yanaşı , polislə bağlı maraqlı paylaşımların olduğuna da rast gəlirik. Bakının Qaradağ rayonu ərazisində xidmət aparan …
Read More »Partiya sədri: “Bəlkə də, Sülhəddin Əkbər bu hərəkətini qəhrəmanlıq sayır və tarixə düşmək istəyir”
“AXC-Müsavat hakimiyyəti dönəmində Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsində işləmiş Sülhəddin Əkbərin 4 iyun Gəncə qiyamı münasibətilə “Azadlıq radiosu”na verdiyi müsahibəsini izlədim və belə başa düşdüm ki, bu yoldaş az qala hər kəsi “agent”, “rusun adamı” qismində görür, eləcə də Əbülfəz Elçibəy və Heydər Əliyevin müasir Azərbaycan siyasətindəki önəmli rolunu şübhə altına almağa çalışır”. Newscenter.az xəbər verir ki, belə bir …
Read More »Bakıda binanın damında domino oynayan və kabab bişirən şəxslər cəzalandırılıb – FOTO
Paytaxtın Nizami xüsusi karantin rejim qaydlarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Rüstəm Rüstəmov küçəsi 13 ünvanında yerləşən yataqxananın damında kabab bişirən şəxslər barəsində qanunverciliyə uyğun tədbirlər görülüb. İnzibati …
Read More »Azərbaycanda koronavirusa 314 yoluxma qeydə alınıb
Azərbaycanda 314 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1947, 1954,1956 və 1958-ci il təvəllüdlü dörd nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 7553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4149 nəfər müalicə olunaraq sağalıb, …
Read More »Ukraynalı deputatlar Kiyevdə Azərbaycan diasporunun ofisinə toplaşdı – FOTOLAR
Kiyev şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü ilə əlaqədar “Azərbaycan,Ukrayna: tarixi paralellər“ mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib. Boyukmillet.com xeber verir ki Ukraynadan daxil olan məlumatda bildirilir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada Ukrayna Ali Radasının deputatları Sergey Taruta, Andrey Nikolenko, Svyatoslav Yuraş, Vadim Struneviç, Aleksandr Dubinskiy, Aleksandr Kunitskiy,Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov, diaspor nümayəndələri və ziyalılar …
Read More »“Şuşanın 270 illiyi yüksək səviyyədə qeyd olunmalıdı”
Azərbaycanın qədim şəhəri Şuşanın əsasının qoyulmasının 270 illiyinin yüksək səviyyədə keçirilməsi məsələsi gündəmə gəlib. Qondarma rejimin qanunsuz liderinin tarixi Azərbaycan şəhərində andiçmə məsələsindən sonra bu məqama ictimaiyyətdə xüsusi diqqət göstərildi. Şuşa şəhərinin 270 illiyinin keçirilməsinə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlıdan da dəstək gəlib. O bildirib ki,, Şuşanın əsasının qoyulmasının 270 illiyinin keçirilməsi istiqamətində tədbirlərin gerçəkləşdirilməsi yaxşı olardı: “Vaxti …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar