Ictimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri, diasporla iş sahəsində ciddi təcrübəsi olan Samir Adıgözəlli Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini ciddi tənqid edən videomüraciət paylaşıb. Boyukmillet.com həmin videomüraciəti təqdim edir. Səslənən ittihamlarla bağlı adları çəkilən şəxslərin də mövqeyinə yer verməyə hazırıq.
Read More »Azay Quliyev QHT və qrant haqqında qanunun dəyişdirilməsini TƏKLİF ETDİ
QHT və qrant haqqında qanunlara dəyişiklik edilməsi, ümumiyyətlə QHT qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı həm Milli Məclisdə, həm cəmiyyətdə mütəmadi olaraq aparılan müzakirələrə münasibət bildirmək istəyirəm. Mən prinsip etibarilə bu istiqamətdə qanunvericiliyə yenidən baxılmasında və günün tələbinə uyğun dəyişiklərin edilməsində problem görmürəm. Boyukmillet.com-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev bildirib. A.Quliyev qeyd edib ki, …
Read More »Koronavirusla mübarizədə medianın rolu və yeni çağırışlar
Koronavirus pandemiyası ilə apardığımız mübarizə bizə media institutlarının əhəmiyyətini daha yaxşı anlamağa kömək etdi. Sosial şəbəkələrin yaratdığı şərait çərçivəsində fərdlərin xəbər mənbəyi kimi çıxış etməsində müxtəlif imkanların olmasına baxmayaraq, bu dövrdə biz peşəkar, institutlaşmış media qurumlarının rolunu bir daha başa düşdük. Xalqımıza vəziyyətin və ondan irəli gələn qərarların operativ formada çatdırılmasında, mövcud vəziyyətin ciddiliyinin əhalimiz tərəfindən başa düşülməsində media institutlarının …
Read More »Siyavuş Novruzov nöqtəni qoydu: “Maska tax, cərimə olunma”
Deputat Siyavuş Novruzov karantin qaydalarının pozulmasına görə təklif olunan cərimələrin məbləğinin azaldılmasına qarşı çıxıb. Boyukmillet.com-un məlumatına görə, o, Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, burada söhbət cərimənin miqdarından getmir: “Söhbət ondan gedir ki, maska taxmayan cərimələnəcək. İnsanlar qanuna tabe olmalı, ona …
Read More »Prezidentin hədəfi Xalq Cümhuriyyətimizə qarşı ideoloji dava aparmaq deyil
Prezident İlham Əliyevin 28 mayda “Qobu Park-3” kompleksinin açılışındakı nitqi hələ çox müzakirə olunacaq. Çünki Prezident öz çıxışında müzakirə üçün həqiqətən də geniş imkanlar açıb, mövzular verib. Ancaq bu mövzulara kimlər necə reaksiya verir və hansı yöndən dəyərləndirmə aparır, bu da qalıb hər kəsin öz vicdanına. Prezidentin fikirlərinə müxtəlif cür don geyindirmək və bu fikirləri qəsdən təhrif etmək istəyənlər də …
Read More »Cavab verdiyim üçün daha çox təhqir edilirəm – Adil Əliyev
Boyukmillet.com xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında vitse-spiker Adil Əliyev deyib. Vitse-spiker bildirib ki, sosial şəbəkələrin bir çoxu ABŞ-da yaradılıb və ofisləri də oradadır: “Lakin ABŞ-da sosial şəbəkələrlə bağlı qanun layihəsi hazırlanıb. Layihənin əsas məqsədi terrorçuluqla və digər hallarla bağlı çağırışların qarşısını almaqdır. Sosial şəbəkə istifadəçisi təbii ki, fikrini ifadə etməlidir. Lakin Konstitusiyanın …
Read More »Samir Şərifov Əbülfəs Qarayevin pulunu niyə “kəsmişdi”?
Samir Şərifov Əbülfəs Qarayevin pulunu niyə “kəsmişdi”?01 İyun 2020 “Son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq. Halbuki, əvvəllər bu istiqamətdə ildə 8 milyon manata yaxın vəsait ayrılırdı”. Bu sözləri 2 il əvvəl maliyyə naziri Samir Şərifov Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı demişdi.Nazir birbaşa ittiham etməsə də, dolayısı ilə kino sahəsinə ayrılan vəsaitlərin “yeyilməsi” mesajını vermişdi.Demişdi ki, hər il …
Read More »“İrəvan xanlığının bölgə mətbəxi” kitabı İstanbulda nəşr olunub
“İrəvan xanlığının bölgə mətbəxi” kitabı İstanbulda TEAS Press nəşriyyatı tərəfindən çapdan çıxıb. Bu barədə AZƏRTAC-a layihəni rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli məlumat verib. O deyib: “Azərbaycan torpaqlarına və mədəni irsimizə zaman-zaman göz dikən ermənilər, çox vaxt mətbəx və yeməklərimizi də özününküləşdirməyə çalışırlar. Buna görə Azərbaycan gerçəkliklərini beynəlxalq aləmdə yaymaq, erməni yalanlarını ifşa etmək və onların gerçək simasını açıb göstərmək …
Read More »Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR — Hələ 5-6 ay…
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda bir çox karantin məhdudiyyətlər götürülüb. Paytaxtda və eləcə də rayonlarda artıq həyat normal qaydada davam edir. Ancaq Bakı ilə rayonlar arasında, o cümlədən Naxçıvana gediş-gəliş hələ də bərpa olunmayıb. Bəs, qarşıdakı günlərdə rayonlar arası gediş gəlis bərpa oluna bilərmi? boyukmillet.com xəbər verir ki, bununla bağlı danışan deputat Cavanşir Paşazadə bildirib ki, karantin rejiminin yumşaldılması ilə bağlı …
Read More »Maskasızların cərimə məbləği 20-25 manata endirilməlidir – Musa Quliyev
“Layihədə nəzərdə tutulan 50 manat uyğun cərimə məbləği deyil”. boyukmillet.com xəbər verir ki bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib O bildirib ki, cərimə məbləği 20-25 manata endirilməlidir: “Qanunu pozanlar çox vaxt elə pulu olmayan insanlar olur. Digər tərəfdən, kurslarla bağlı məsələyə də baxılmalıdır. Ara məsafəsi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar