Bazar ertəsi , 6 Aprel 2026

autor

Günəşdə partlayış qeydə alındı

SOHO kosmik rəsədxanası Günəşin əks tərəfində partlayış qeydə alıb.  Boyukmillet.com AMEA-nın rəsmi səhifəsinə istinadən xəbər verir ki, NASA və Avropa Kosmik Agentliyi tərəfindən yayımlanan kadrlarda Günəşin şərq kənarı üzərindən uçan qırıntılar görülüb. Astofiziklər bu partlayışın səbəblərinin müəyyən olunması üzərində işləyirlər.  Onun Günəş ləkələrinin formalaşması nəticəsində baş vermədiyi artıq məlumdur.

Read More »

Bəzi media orqanları və sosial şəbəkə fəallarından yüksək karantin şəraitlərini gözdən salmağa yönəlik təxribatçı yalanlar…

Məlum olduğu kimi, koronavirus pandemiyasının qarşısının alınması üçün Azərbaycan dövləti silsilə tədbirlər görür. Onlardan ən başlıcası ölkəyə xaricdən gələn vətəndaşlarımızın müvəqqəti olaraq karantin rejimində saxlanmasıdır. Qeyd edək ki, bəzi media qurumları və sosial şəbəkə fəalları məqsədli şəkildə karantində saxlananlarla bağlı yanlış məlumatlar dövriyəyə buraxır. Həmin məlumatlarda qeyd olunur ki, güya vətəndaşlara yemək vaxtlı-vaxtında verilmir. Hətta bəziləri bir qədər də irəli …

Read More »

Səfir: Saxta “erməni soyqırımı” mövzusundan bəhs edənlər Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotolara baxsınlar ki, bəlkə vicdanları oyana

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı aktlarına hüquqi-siyasi qiymət vermək dünya ictimaiyyətinin mənəvi borcudur. 1918-ci il martın son günlərindən başlayaraq təxminən aprelin 4-nə qədər Azərbaycan xalqına qarşı törədilən qanlı hadisələr heç vaxt unudula bilməz. Ermənilər bu hadisələrə dair gerçəkləri etiraf etməyə borcludurlar. Bu fikirləri açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib. Azərbaycanın paytaxtı daxil olmaqla, Bakı quberniyasının …

Read More »

Yaşı 65-dən yuxarı olan deputatlar bugünkü iclasa qatılmayıblar

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir. Yaşı 65-dən yuxarı olan deputatlar Milli Məclis rəhbərliyinin tövsiyəsinə əsasən xüsusi karantin rejiminə əməl edərək bugünkü iclasa qatılmayıblar. İclasda iştirak edən bəzi deputatlar tibbi maskalardan istifadə edirlər. İclasda əvvəlcə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Read More »

Fizuli Məmmədov bunu da etdi-FOTOLAR

Tanınmış iş adam,xeyriyyəçi və diaspor rəhbəri Fizuli Məmmədov soydaşlarımız üçün hər kəsə örnək olacaq daha bir addım atıb. Boyukmillet.com Kanal32.az-a istinadən xəbər verir ki,məlum koronavirus pandemiyası ilə bağlı Rusiya Federasiyasında da müxtəlif səpkili qərarlar qəbul olunub.Bir çox ölkələrə aviareyslər dayandırılıb.Məhz bu addımdan sonra ölkənin müxtəlif şəhərlərindəki,o cümlədən paytaxt Moskvadakı aeroportlarda minlərlə insan qalıb.Bunların içərisində xeyli sayda azərbaycanlılar da var.Neçə gündür hava …

Read More »

Umayra Tağıyeva: “Bakıda hava nəzərəçarpacaq dərəcədə təmizlənib”

“Pandemiyanın havanın keyfiyyətinə təsiri barədə sualın qoyuluşunu korrekt  hesab etmirik. Biz həmişə atmosferə atılan tullantıların azaldılması ilə bağlı çağırışlar etmişik. İstər bu nəqliyyatdan və ya sənaye müəssisələrindən atılan tullantı qazları  olsun, istərsə də  müasir təmizləyici qurğulardan istifadə etməyən ictimai-iaşə obyektləri olsun”. Boyukmillet.com-un xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva “pandemiya atmosfer havasının keyfiyyətinə …

Read More »

Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı

“Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovda koronavirus testinin nəticəsi pozitiv çıxıb”. Bunu mediaya açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov deyib. Deputat əvvəlcə icra başçısının müavini ilə əlaqə saxladığını bildirib: “A.Dilavərovla əlaqə saxlayan zaman bildirdi ki, icra hakimiyyətinin bütün işçiləri koronavirusla bağlı test yoxlanışından keçirilib. A.Dilavərovun test yoxlanışının nəticəsi pozitiv …

Read More »

Koronavirusun səthlərdə qalma müddəti açıqlandı – VİDEO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) koronavirusun (COVID-19) səthlərdə qalma müddəti ilə bağlı videoçarx hazırlayıb. Boyukmillet.com xəbər verir ki, görüntülərdə virusun plastik qablarda 5 gün, şüşədə 4 gün, dəmirdə 48 saat, alüminiumda 2-8 saat, kağızda 4-5 gün, rezin əlcəkdə 8 saat, taxtada 4 gün qaldığı əks olunub. Qeyd olunub ki, evlərinizdə gündəlik toxunduğunuz səthləri tez-tez təmizləyin: “Unutmayın sağlamlığınız üçün gigiyena əsas şərtdir.

Read More »