Koronavirus xəstəliyinin ölkə ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək olaraq Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdən tibbi ləvazimatlar gətirilib. Boyukmillet.com-un məlumatına görə, xüsusi tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr müvafiq tibb müəssisələrinə verilib.
Read More »Putindən dünyaya mesaj: “Virusun yayılmasını dayandırdıq!”
Rusiya Prezidenti Vladimir Putin, ölkədə koronavirusun yayılmasının qarşısını ala bildiklərini bildirib. Rusiya Prezidenti Vladimir Putin, ölkədə 93 nəfərdə tapılan koronavirusla əlaqədar görüş keçirib. İlk dəfə Moskvada qurulan Koronavirus Müşahidə Mərkəzini ziyarət edən Putin, jurnalistlərə açıqlamasında koronavirusun aşkar edilməsi üçün Rusiyanın yeni bir cihazı sınaqdan keçirdiklərini biıdirib. “Bilirik ki, virus müəyyən yaş meyarlarına görə insanlar arasında yayılır. Virus daha çox yaşlılarda görülür. …
Read More »İlham Əliyevdən xalqa koronavirusla bağlı ÇAĞIRIŞ
“İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında deyib. Ölkə başçısı söyləyib ki, Azərbaycan bu istiqamətdə (koronavirusa qarşı mübarizə sahəsində) önləyici tədbirlər görüb. “Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər …
Read More »SOCAR Mübariz Mənsimovun həbsi ilə bağlı açıqlama yaydı: “Bu, bizim “Palmali”yə qarşı qaldırdığımız…”
Son günlərdə Türkiyədə “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan müxtəlif fərziyyələrdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) adı hallandırılıb. Boyukmillet.com xəbər verir ki, iddialarla bağlı SOCAR açıqlama yayıb. Bildirilib ki, Mübariz Mənsimovun Türkiyə Cümhuriyyətində hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının SOCAR qrupuna qarşı London və Dubayda keçiriləcək arbitraj prosesləri ilə heç bir əlaqəsi yoxdur: “Mübariz Mənsimovun Türkiyədə saxlanılması, …
Read More »Prezidentin yeni hədəfləri – Azərbaycanın növbəti inkişaf kursu
Müstəqillik və tərəqqi yolu ilə irəli Son aylarda Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzu – Milli Məclisə VI çağırış növbədənkənar seçkilərin keçirilməsi söhbətləri artıq arxada qalmışdır. Buna birinci səbəb Azərbaycan Respublikasının müstəqillik tarixində ən çox namizədin iştirak etdiyi deputat seçkilərinin uğurla başa çatmasıdır. Azərbaycan beynəlxalq ictimaiyyətin gözü qarşısında ölkəmizdə çoxpartiyalı əsaslarla azad və demokratik seçkilərin keçirilməsinə nail olmuşdur. Azərbaycan …
Read More »DOLLAR BAHALAŞIR: Səbəblər və doğuracağı nəticələr
ABŞ dolları sürətlə bahalaşmaqda davam edir. Hazırda dünyanda dolların məzənnəsi son 3 ilin ən yüksək səviyyəsinə çatıb. Boyukmillet.com Sfera.az-a istinadən xatırladır ki, dolların ortaq dəyərini dollar indeksi müəyyənləşdirir. Dollar indeksi ABŞ dollarının dünyanın 6 əsas valyutasından ibarət valyuta səbətinə nisbətini göstərir. Bu valyutalar avro (səbətdə payı 57,6%), yapon yeni (13,6%), funt sterlinq (11,9%), Kanada dolları (9,1%), İsveç kronu (4,2%) və İsveçrə frankıdır …
Read More »Mehriban Əliyevadan koronavirusla bağlı xalqa MÜRACİƏT
“Dünya qlobal çağırışla üz-üzədir. Hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlövhcəsinə güman edirdik ki, pandemiya, bugünədək bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəliklər dövrü keçmişdə qalıb. İnanırdıq ki, biologiya elminin, tibbin, əczaçılığın və texnologiyaların müasir inkişaf səviyyəsi, o cümlədən bəşəriyyətin kollektiv intellekt səviyyəsi bizi müəyyən “sürprizlərdən” sığortalayıb. Reallıq isə fərqli oldu. Nassem Talebin müzakirələrə səbəb olan “Qara …
Read More »Azərbaycanda məscidlərə giriş qadağan olundu
Azərbaycanda koronavirus infeksiyasının törədə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa məhdudiyyətlər tətbiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrlə birlikdə bu gün keçirilən iclasında qərar qəbul edilib. Qeyd olunub ki, hazırda bütün dünyada sürətlə yayılmaqda olan koronavirusun bilavasitə təmaslar vasitəsilə yoluxaraq insan həyatına ciddi təhlükə yaratmasını, Azərbaycan ərazisində bütün kütləvi …
Read More »Bakı-Naxçıvan reysi də dayandırıldı
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri davam etdirilir. Bu məqsədlə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır. Boyukmillet.com- xəbər verir ki, BAKU.WS-nin məlumatına …
Read More »Türkiyədə koronavirusdan ilk ölüm qeydə alındı
Türkiyədə koronavirusdan ilk ölüm halı olub. Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahreddin Koca məlumat verib. Ankarada keçirdiyi mətbuat konfransında nazir açıqlayıb: “Yeddi gün əvvəl mən ilk koronavirusa yoluxma barədə bildirdim. Bu gün kədərli xəbərim var – xəstələrdən biri öldü. Onun 89 yaşı var”. Nazir bildirib ki, koronavirusa yoluxanların sayı daha 51 nəfər artıb. Hazırda ölkədə koronavirus xəstələrinin ümumi sayı 98 nəfər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar