Bazar ertəsi , 6 Aprel 2026

autor

Azərbaycanda koronavirusa 3 yeni yoluxma faktı qeydə alındı

Azərbaycan Respublikasında 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib. “Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri sabit qiymətləndirilir. Hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu …

Read More »

ABŞ-da koronavirusa qarşı vaksinin sınaqları başladı

Bu gün ABŞ-da koronavirusa qarşı vaksinin ilk sınağı keçirilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “CNNTurk” yayıb. Bildirilib ki, ABŞ-da hazırlanan vaksinin sınağı Vaşinqton ştatında 4 nəfər üzərində test edilib. Test olunanların adları açıqlanmayıb. Onlardan biri 43 yaşlı, 2 uşaq anasıdır. Daha 45 könüllü üzərində sınaq keçiriləcəyi gözlənilir. Nəticə müsbət olarsa, bu vaksindən kütləvi şəkildə 12-18 ay arasında istifadə edilə bilər. ABŞ Prezidenti Donald Tramp vaksinin sınaqdan keçirilməsini belə dəyərləndirib: …

Read More »

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri martın 18-dən dayandırılır

Bu gün Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub. Nazirlər Kabinetinin mətbuat xidmətindən APA -ya verilən məlumata görə, telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb. Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin …

Read More »

Bərdədə 23 subartezian quyusu qazılacaq

Prezident İlham Əliyev “Bərdə rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Bərdə rayonunun əhalisi 34 320 nəfər olan 21 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi …

Read More »

Qaçqınlara 80 min manat pul verildi

Sabirabad və Goranboyda yaşayan qaçqınlara bayram sovqatı verilib. Boyukmillet.com Daxili İşlər nazirliyinə istinadən xəbər verir ki, hər il olduğu kimi, bu Novruz bayramı ərəfəsində də – martın 16-da daxili işlər orqanları əməkdaşları könüllülük prinsipi əsasında 80 min manat məbləğində maddi yardım toplayıblar. Həmin yardım nazirliyin nümayəndələri tərəfindən Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi …

Read More »

“Koronavirusdan evdə də müalicə oluna bilərsiz” – Doktor Komarovskiy

Ukraynanın məşhur həkimi Yevgeniy Komarovskiy yeni videosunda koronavirus barədə bir neçə vacib məqama özünəməxsus açıqlama verib. Boyukmillet.com xəbər verir ki, həkim koronavirusun əksər hallarda evdə də müalicə oluna biləcəyini mümkün hesab edir.“Çox soruşursuz, xəstəliyin simptomları nədir? Elə bir konkret spesifik simptom yoxdur ki, deyəsən ki, bu məhz koronavirusdur. COVİD 19 virusunun simptomları qarışıqdır. Bəs necə olmalıdır? O da bir virus yoluxmasıdır.Bir …

Read More »

Son hadisələr “Qiyamət əlaməti”dir?

Çində yayılmağa başlayan və demək olar ki, bütün dünyanı ağuşuna alan koronavirus səbəbindən ölkələrin fövqəladə rejim elan edilməsi, səfərlərin dayandırılması müəyyən şayiələrə rəvac verib. Belə ki, bəziləri virusun sürətlə yayılmasını, Kəbənin “boş” (ziyarət edilməməsini) və bəzi ölkələrin çəyirtkə hücumuna məruz qalmasını “Qiyamət əlaməti” adlandırmağa cəhd ediblər. Boyukmillet.com xəbər verir ki məsələ ilə bağlı Kult.az-a açıqlama verən Məşədi Dadaş məscidinin imamı, Qafqaz …

Read More »

“Sədərək” və “Binə” ticarət mərkəzləri koronavirusdan necə qorunur? – VİDEO

Çində peyda olan və Azərbaycan da daxil olmaqla 64 ölkəyə yayılan ölümcül koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə bütün dünyada əhalinin sıx olduğu ərazilər dezinfeksiya olunur. Çinin Uhan şəhərinin küçələri, ictimai məkanlar virusun qeydə alındığı tarixdən indiyədək gündə ən azı 2 dəfə dezinfeksiya edilir. Qonşu Rusiya, Gürcüstan, hətta koronavirusun qeydə alınmadığı Türkiyədə belə təkcə ictimai nəqliyyat deyil, həm də …

Read More »

Azərbaycanda koronavirusa qarşı peyvənd hazırlanacaq – Ramiz Mehdiyev sərəncam imzaladı

Martın 16-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda koronavirusla mübarizəyə dair maarifləndirici dəyirmi masa keçirilib. Boyukmillet.com bildirir ki, bu barədə AMEA-dan məlumat verilib.Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı profilaktik tədbirlər haqqında” sərəncam imzaladığı və bu tədbirin həmin sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə təşkil olunduğu vurğulanıb.AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova qeyd edib ki, sərəncama əsasən, akademiyanın …

Read More »

Azay Quliyev elan etdi: “17 martdan 16 aprelədək…”

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev elan etdi: “17 martdan 16 aprelədək Şuranın iclasları onlayn, Katibliyin əməkdaşları məsafədən iş rejiminə keçəcək”. “Koronavirusla mübarizə məqsədilə 17 martdan 16 aprelə kimi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının iclasları onlayn, katibliyin əməkdaşları “məsafədən iş” rejiminə keçəcək. QHT-lər SƏLİS vasitəsilə Şuranın bütün xidmətlərindən fasiləsiz faydalanmağa davam edəcəklər”. Bu barədə …

Read More »