“Məhkəməyə verməyəcəm, baxmayaraq ki, mənim haqqımda yalan məlumatlar yaydıqlarına görə təzminat tələb edə bilərdim”. Boyukmillet.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin qızı, Moskva vilayətinin qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru Nərmin Şirəliyeva bildirib.Azərbaycan KİV-lərində onun haqqında yayılan “Oqtay Şirəliyevin qızı xristianlığın erməni təriqətini qəbul edib” kimi informasiyaları şərh edən Nərmin …
Read More »Berdiməhəmmədov koronavirusdan qorunmağın ASAN YOLUNU AÇIQLADI
Türkmənistən prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumət iclası zamanı vətəndaşlara koronavirusdan qorunmaq üçün üzərlik yandırmağı tövsiyə edib. Ölkə lideri türkmən xalqının əsrlər boyu zərərli vərdişlərdən qorunmaq və müxtəlif infeksion xəstəliklərdən müdafiə üçün qədim xalq təbabətindən istifadə etdiyini xatırladıb. “Müdrik əcdadlarımız ənənəyə sadiq qalırdılar: mühüm hadisələr zamanı üzərlik yandırırdılar”, – deyə o bildirib. Berdiməhəmmədov vurğulayıb ki, müqəddəs bitki hesab olunan üzərliyi yandırmaq ənənəsi …
Read More »Yol Polisindən sərt xəbərdarlıq: Sabahdan bu sürücülər cərimələnəcək – RƏSMİ
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtomobil idarə edən zaman kəmər taxmayan sürücülərə xəbərdarlıq edib. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, mart ayının 15-dən respublika üzrə keçiriləcək təhlükəsizlik tədbirləri zamanı konstruksiyasında təhlükəsizlik kəmərləri nəzərdə tutulmuş avtomobil saxlanılarkən kəmərlərin çıxarılması halları müəyyən edilərsə, məsuliyyətə cəlb ediləcəklər. Belə ki, həmin nəqliyyat vasitəsini idarə edən sürücü kəmərlərin mövcud olduğu, lakin …
Read More »Benzinin qiyməti o qədər düşdü ki, indi dizeldən də ucuz satılır – Türkiyədə
Türkiyədə benzinin qiyməti yenə ucuzlaşıb. Boyukmillet.com Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Türkiyədə benzinin qiyməti 0.51 lira ucuzlaşıb. Bununla da, benzinin indiki qiyməti 5.54 Türk lirəsi olub. Lakin, dizelin qiyməti ucuzlaşmadığına görə hazırda benzindən daha baha qiymətə satılır. Belə ki, hazırda Türkiyədə dizelin qiyməti 5.75 lirədir. Qeyd edək ki, dünya bazarlarında neft qiymətlərinin azalması ilə əlaqədar olaraq Azərbaycanda da “Premium Euro-95” və …
Read More »Gürcüstanda koronavirusa yoluxanların sayı 30-a çatdı
Gürcüstanda koronavirus diaqnozunun qoyulduğu pasiyentlərin sayı 30-a çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda yerləşdirilib. Qeyd olunub ki, karantində 418, stasionar nəzarətdə isə 54 nəfər saxlanılır.
Read More »Azərbaycan nefti bahalaşdı
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,79 ABŞ dolları, yaxud 2,44% artıb. Boyukmillet.com bildirir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 33,14ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Read More »“Xalq kasıbdır, insanlar zülmlə dolanır” – Bilal Əliyev
“İllərdir eyni nömrəni istifadə edirəm, hər kəsdə nömrəm var, mənimlə istədikləri vaxt əlaqə yarada bilirlər. Bəzən kasıb bir adam zəng vurub deyir ki, “Bilal müəllim, bir şəhid ailəsində toy məclisi var, gəlib yarım saat oxuyarsınızmı?” Belə olanda deyirəm ki, baş üstə, təbii ki, gələrəm. Şəhid ailələri üçün biz hamımız təmənnasız oxumalıyıq”. Boyukmillet.com xəbər verir ki,bu sözləri Yenisabah.az saytına açıqlamasında Xalq …
Read More »“Milli Qəhrəmanamızı təhqir edən Nərmin indi də küçələrdə əxlaqsızlığı təbliğ edir”-VİDEO
Beynəlxalq Sülh Səfiri, İSBAM sədrinin müşaviri Yasəmən xanım Möhübbətqızı “Bakı-Xəbər TV”də qonaq olub. Jurnalist Məhəmmədəli Qəribli ilə olan müsahibədə söhbət feministlərin Bakıdakı son aksiyasından gedib. Azinforum.az həmin videomüsahibəni təqdim edir.
Read More »İşdən çıxarılan nazir müavini salyanlı Mirpaşanın başına hansı oyunları açıb? -VİDEO
Martın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib. Qeyd edək ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin olunub. Bundan əlləki dövrlərdə – 2003-2008-ci illərdə Mərkəzi Bankın Bank nəzarətinin hüquqi təminatı şöbəsinin rəisi, 2008-ci ildən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru olub. Ş.Abdullayevin adı mediaya əsasən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru …
Read More »İbrahim Məmmədov: “Hazırda koronavirusa yoluxan 15 nəfər var”
“Bizim ölkədə virus pandemiya vəziyyətində deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O bildirib ki, virusa yoluxanlardan yalnız biri dünyasını dəyişib: “İndiyə qədər 3 nəfər sağalıb”. “Hazırda koronavirusa yoluxan 15 nəfər var”, – deyə İbrahim Məmmədov qeyd edib. İ.Məmmədov bildirib ki, Nazirlər Kabineti yeni qaydalar tətbiq edib: “Ölkədə bir çox kütləvi tədbirlər qadağan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar