Bazar ertəsi , 6 Aprel 2026

autor

Avstriya şirkəti Azərbaycanın dəmir yollarından istifadə etmək istəyir

Boyukmillet.com xəbər verir ki “Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın “Rail Cargo Group” şirkətinin İdarə Heyətinin üzvü Tomas Karql ilə görüş keçirilib. Bu barədə səhmdar cəmiyyətindən bildirilib. Məlumata görə, qurumun sədri Cavid Qurbanov daşımaların təhlükəsizliyinin artırılması, respublikamızdan keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycan beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşmasında aktiv iştirak edir. Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb …

Read More »

Əli Əsədovdan yeni QƏRAR – Bu təşkilatlar vergidən azad edildilər

“Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları” təsdiq edilib Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərarla aidiyyəti dövlət orqanlarına tapşırıq verilib.Tapşırıqda deyilir ki, bu qərarla təsdiq edilmiş meyarlara cavab verən müəssisə, idarə və təşkilatların siyahısı hər il üzrə rəsmi internet səhifələrində yerləşdirilməlidir.Vergi …

Read More »

ÜST Koronavirusla bağlı son nəticələri açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı son statistik məlumatları və risk göstəricilərini yayımlayıb. Məlumata əsasən, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.Dünya üzrə yoluxma sayı ümumilikdə 127 ölkə/ərazi üzrə 134 768 nəfərdir. Son yoluxma sayı 102 nəfərdir. Onların içərisində 8-i yeni olmaqla 4983 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 70 387 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1300 nəfər yeni …

Read More »

Milli Məclis bu gün toplaşır – Deputatlara vəsiqə veriləcək

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib. İclasda Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı, “Əmanətlərin tam sığortalanması haqqında” və Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi barədə və digər qanun layihələri müzakirəyə çıxarılacaq.  /Modern.az/

Read More »

Bakıda dollar ajiotajı – Banklardan reportaj

“Dollar məsələsinə görə bu camaatın yadından koronavirus çıxıb, nədir? Heç kəs spirtlənmir, maska taxmır. Başqa yerdə isə hamı bir-birindən qaçır. Burada dollara görədir, nədir, hamının koronavirus yadından çıxıb”. Boyukmillet.com bildirir ki, bu sözləri “Yeni Müsavat”a Bakıda banklardan birinin qarşısında dollar almaq üçün növbədə dayanmış orta yaşlı qadın deyib. Metronun “Neftçilər” stansiyası həndəvərində əksər bankların filialları var. Həmin filiallara baş çəkib infeksiyanın …

Read More »

Türkiyədə daha bir nəfərdə koronavirus aşkarlandı

Türkiyədə daha bir nəfərdə koronavirus aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.  “Dünən axşam nəticələri məlum olan test bizi kədərləndirdi. Daha bir koronavirus xəstəmiz var”, – nazir “Twitter”də bildirib. Beləliklə, Türkiyədə koronavirus daşıyıcılarının sayı 2-yə çatıb.

Read More »

Təşkilat sədrindən Fuad Muradova şok müraciət: “Qohumbazlığa, yerlibazlığa, dostbazlığa son qoyun”

“Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan diaspor siyasəti dünyada yaşayan azərbaycanlıların təşkilatlanması və azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsi məqsədilə gündəmə gəldi. Bu məqsəd ilə Xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Diaspor Komitəsi yaradıldı. Bunun üçün o zaman Ümummilli Lider böyük əmək sərf etdi. Lakin təəssüflər olsun ki, sonrakı illərdə diaspor sahəsində nəinki görülən işləri irəliyə aparmaq, hətta qurulanların dağılmasını …

Read More »

Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadıldı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilən İran ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılıb. Bu barədə “Report”a Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.

Read More »

Bahar Muradova komitə sədri təyin olundu

Prezident İlham Əliyev Bаhar Muradovanı yüksək vəzifəyə təyin edib.Boyukmillet.com xəbər verir ki, Prezidentin imzaladığı sərəncamla Bahar Əvəz qızı Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Read More »

Gəncənin icra başçısı Argentinanın Azərbaycandakı səfiri ilə görüşüb

Boyukmillet.com-a verilən məlumata görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşıqdan danışılıb, gələcəkdə qurula biləcək kənd təsərrüfatı, sənaye, mədəni və iqtisadi əlaqələr haqqında geniş müzakirələr aparılıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncənin ölkənin ikinci ən böyük sənaye şəhəri olduğunu qonağın diqqətinə çatdırıb. O …

Read More »