Bazar ertəsi , 6 Aprel 2026

autor

Çində koronavirusdan ölənlərin sayı üç minə yaxınlaşır

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 422, bu virus səbəbindən ölənlər isə 2 min 984 nəfərə çatıb. Boyukmillet.com Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində 119 yoluxma, 39 ölüm faktı qeydə alınıb. İndiyədək 49 min 914 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 6 min 416 xəstənin vəziyyəti kritikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş …

Read More »

Koronavirusa görə Azərbaycana qarşı yeni QADAĞA

Qazaxıstan Azərbaycan və İrandan gələn gəmilərə öz limanlarında xidmət göstərməyəcək. Boyukmillet.com Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, ölkənin İnfrastuktur İnkişafı Nazirliyi bu barədə məlumat yayıb. “Koronavirusun yayılmasına qarşı tədbirlər çərçivəsində martın 5-dən Aktau və Kurık limanlarında Azərbaycan və İrandan gələn, sərnişin yaxud avtomobil daşıyan gəmilərə xidmət dayandırılacaq”.

Read More »

Generallar Od çərşənbəsini əsgərlərlə birlikdə qeyd etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyin rəhbər heyəti Od çərşənbəsi və hərbi hissənin yaranmasının 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev bayram şənliyində iştirak edərək Müdafiə nazirinin təbrikini …

Read More »

Imam Rza türbəsini “koronavirusdan qorxmamaq üçün” yalayan şəxs həbs edildi…-VİDEO

İranın Məşhəd şəhərindəki İmam Rza ziyarətgahının  qapı-pəncərəsini  guya “koronavirusdan qorxmazlıq” əlaməti kimi  yalayan  şəxsin bu hərəkəti  hakimiyyət tərəfindən dəstəklənməyib.Boyukmillet.com xəbər verir ki, “İrna” xəbər agentliyinin yaydığı məlumata görə, İranın Məhkəmə Sistemi Məşhəd şəhərində  bəhs edilən  vətəndaşın həbs olunması ilə bağlı qərar verib. Adı çəkilməyən həmin şəxsin həbsindən sonra hadisəni “anormal hal” kimi xarakterizə edən Məhkəmə Sistemi məsələ ətrafında araşdırmaların başladığını da …

Read More »

Dövlət başçısı: “Bizim kifayət qədər maska ehtiyatlarımız var”

“Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə çıxışı zamanı bildirib. Dövlət başçısı deyib: “Bütün hüquq …

Read More »

İlham Əliyev: “Azərbaycanda koronavirusun yayılması ehtimalı o qədər də yüksək deyil”

“Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur. Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi …

Read More »

Ruslar Gümrüdə Qarsı fəth edən padşaha büst qoydu – Moskva nəyə işarə edir?

Gümrüdəki 102-ci Rusiya hərbi bazasının ərazisində rus çarı I Nikolayın büstü qoyulub (1796-1855). I Nikolay taxt-taca 1825-ci ildə qanuni varis imtina etdikdən və olduqca şübhəli şəraitdə sahib olub. Üstəlik, o, taca sahib olmaq istəməyib. İki dəfə imtina etməyə çalışıb, amma uğursuz olub. Taclandığı gün, dekabristlərin üsyanı baş verib. Həmin üsyan da yatırılıb. Konkret.az erməni mediasına istinadən xəbər verir ki, I …

Read More »

Sabir Rüstəmxanlı İdlib hadisəsindən danışdı: “Bu Türkiyə üçün ölüm-dirim məsələsidir” – VİDEO

Məlum olduğu kimi, Türkiyə silahlı qüvvələrinin Suriyanın İdlib şəhərində hava hücumuna məruz qalması və 33 hərbçisinin şəhid olması Rusiya-Türkiyə münasibətlərinə təsir göstərib. Bundan əlavə, bu hadisə Türkiyə cəmiyyətində də fikir müxtəlifliyinə səbəb olub. Türkiyə əsgərlərinin Suriyada şəhid olması səbəbindən Ərdoğan hökumətini tənqid edənlər də az deyil.Bu mövzunu dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, bu məsələ …

Read More »

“Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib

Martın 3-də “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə kompleks barədə məlumat verib. Dövlətimizin başçısı kompleksin işə salınmasını bildirən düyməni basıb. Sonra Prezident İlham Əliyev kompleksin kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

Read More »

Prezident İlham Əliyev Şəmkir rayonuna səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şəmkir rayonuna səfərə gedib. boyukmillet.com xəbər verir ki, dövlət başçısı əvvəlcə Şəmkir şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Read More »