Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının etibarlı təmin olunması, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin artırılması məqsədilə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, hüquq sisteminin müasirləşdirilməsi, məhkəmələrin və prokurorluq orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi istiqamətində ardıcıl islahatlar aparılır. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, …
Read More »ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirdi
Çində ortaya çıxan və artıq dünyanın bir neçə ölkəsində də aşkarlanan koronavirusla (“2019-nCoV”) bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ehtiyat tədbirlərini davam etdirir. Bu barədə ASCO-dan məlumat verilib. ASCO sədri Rauf Vəliyevin tapşırığı ilə şirkətin balansında olan gəmilərdə, struktur idarələrin ərazilərində, keçid-mühafizə postlarında və yeməkxanalarında mütəmadi olaraq aparılan dezinfeksiya işlərinə nəzarət gücləndirilib. Müəyyənləşdirilmiş qrafikə əsasən, 24 fevral 2020-ci il …
Read More »20 Yanvar qırğınının baş icraçısı öldü
Sovet İttifaqı marşalı Dmitri Yazov Moskvada ölüb. D.Yazov 2019-cu ilin noyabr ayında 95 yaşı tamam olmuşdu. Dmitri Yazov 1924-cü ildə Omsk vilayətində dünyaya gəlib. Böyük Vətən Müharibəsi illərində Leninqrad cəbhəsində atıcı bölüyün komandiri olub, 1987-ci ildən isə SSRİ Müdafiə naziri vəzifəsini tutub. 1990-cı ildə Dmitri Yazov Sovet İttifaqının Marşalı adına layiq görülüb. 20 Yanvar 1990-cı ildə Bakıya qoşun yeridlməsinə baş …
Read More »Rafael Ağayev Avstriyaya olimpiya lisenziyası üçün yollandı
Azərbaycan karateçiləri fevralın 28-də Avstriyanın Zaltsburq şəhərində start götürəcək Karate1 Premyer Liqa turnirinə yollanıb. Boyukmillet.com Milli Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 3 gün davam edən yarışda 14 idmançı çıxış edəcək. Baş məşqçilər Bahəddin Kandaz (kişilər) və Denis Morozov (qadınlar), eləcə də böyük məşqçi Şahin Xudaverdiyev kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev …
Read More »Hökumət saytının adının dəyişdirilməsinin səbəbi məlum oldu
Azərbaycan Nazirlər Kabineti (NK) qurumun rəsmi saytının adının dəyişdirilməsinə aydınlıq gətirib. Boyukmillet.com xəbər verir: NK-nın Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlamasında deyib ki, saytın adının dəyişdirilməsi təkmilləşdirmə işləri ilə əlaqədardır: “Hazırda Nazirlər Kabinetinin saytı yeni və əvvəlki adla paralel olaraq fəaliyyət göstərir”. Qeyd edək ki, Nazirlər Kabinetinin rəsmi internet resursunun adı dəyişdirilib. Bununla da qurum nk.gov.az domeni ilə fəaliyyətə başlayıb. Bundan əlavə Nazirlər Kabinetinin …
Read More »İndoneziyada Xocalı soyqırımına həsr olunmuş poçt markası buraxıldı
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin tərkib hissəsi olaraq Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt” dövlət şirkəti tərəfindən poçt markaları nəşr edilib. Boyukmillet.com bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə istinadən xəbər verir. Azərbaycanın İndoneziyadakı səfirliyindən şirkətə bildirilir ki, nəşr edilən poçt markasının üzərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” kampaniyasının loqosu olan badam çiçəyi …
Read More »Sabah Bakıda bir sıra yollar bağlanacaq
Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi önündə anım tədbiri keçiriləcək. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə Yusif Səfərov küçəsi kəsişməsindən Xocalı …
Read More »Koronavirusla bağlı Təhsil Nazirliyindən qərar
Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov fevralın 24-də koronavirusla bağlı rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) tapşırıq verib.Boyukmillet.com xəbər verir ki, tapşırığa görə, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) tabeliyindəki təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaranıb. Aparat rəhbəri …
Read More »İcra başçılarını izləyən gizli kameralar
Gizli kameralar Azərbaycanda fəaliyyətdə olan əksər məmurların qorxulu yuxusuna çevrilib. Dövlət Təhlükəsizlik Xidmətinin ard-arda Ağstafa və Neftçala İcra Hakimiyyətlərində gerçəkləşdirdiyi əməliyyatlarda gizli kameralardan istifadə edilməklə təsbitedici faktlar toplaması diqqətin bu qurğulara cəmləşməsinə də səbəb olub. Bu gün gizli kameralar icra başçılarının başı üzərindəki “Damokl qılıncı”na çevrilib.Bəs ölkə gündəmini dəyişdirən gizli kameraların texniki funksiyaları nədir? Onların hansı növləri və nə kimi …
Read More »Naxçıvan yenə də sabitlik və inkişafı – Vasif Talıbovu seçdi
Bu gün – fevralın 24-də keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Vasif Talıbov yenidən Ali Məclisin Sədri seçdi. Bu seçim həm də fevralın 9-da keçirilən parlament seçkilərində seçicilərin böyük etimadını qazanaraq ölkə üzrə namizədlər arasında ən yüksək nəticə göstərən (94,6 faiz) cənab Vasif Talıbova muxtar respublika sakinlərinin dərin inam və etimadının növbəti təzahürü kimi yadda qaldı. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar