Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Türküstan yelləri öpüb alnınıSöyləyir dərdini sana, bayrağım!Üçrəngin əksini Quzğun dənizdənƏrməğan yollasın yara, bayrağım!Əhməd Cavad Görkəmli istiqlalçı şair Əhməd Cavadın bir zamanlar bu misralarla qürbətdən oxşayıb əzizlədiyi, doğma yarına- Azərbaycanına ərməğan kimi yollamaq istədiyi üçrəngli bayraq bu gün bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının qürur mənbəyinə, milli-mənəvi kimliyinə, millətin siyasi vizit kartına, ölkə …
Read More »Bakıda dəhşətli qəza: bir maşın vurdu, digəri üstündən keçdi
Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb. Boyukmillet.com xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Sürücü avtomobili yolun kənarında saxlayıb və qapını açaraq avtomobilin yanında, yolun hərəkət hissəsində dayanıb. Bu zaman arxadan gələn maşın onu qapı ilə birlikdə vuraraq yolun ortasına atıb. Digər avtomobil isə onun üstündən keçib. Nəticədə, sürücü yerindəcə keçinib.
Read More »Xüsusi əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Poti şəhərində xüsusi əməliyyat keçiriblər.Əməliyyat zamanı dələduzluq yolu ilə xüsusilə böyük həcmdə əmlakın mənimsənilməsində şübhəli bilinən Poti Şəhər Şurasının sədri və daha dörd şəxs saxlanılıb.Saxlanılan şəxslərin üçü vəzifəli şəxs, digəri isə Potinin keçmiş meridir.Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 11 ildən 15 ilədək həbs cəzası gözləyir.
Read More »Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il keçir
“Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə …
Read More »Fizuli Məmmədov: “İnanıram ki, tezliklə respublikamızın ərazi bütövlüyü bərpa ediləcək və üçrəngli Azərbaycan bayrağı bu gün Ermənistanın işğalı altında olan Azərbaycanın şəhər və kəndləri üzərində dalğalanacaq”
Boyukmillet.com Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmədov Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Newscenter.az-ın xəbərinə görə, təbrikdə qeyd edilir ki, hər il 9 Noyabrda qeyd olunan müstəqil Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı xalqımızı bir olmağa çağıran əsas rəmzdir. Fizuli Məmmədov bildirib ki, bu gün dünyadakı bütün azərbaycanlılar yaşadıqları ölkədən asılı olmayaraq, xalqımız üçün …
Read More »Azərbaycanda yanacağın qiyməti bahalaşdı
“Azpetrol” LPG (maye qaz) yanacağın satış qiymətini qaldırıb. Boyukmillet.com xəbər verir ki, əvvəl 1 l. 45 qəpiyə olan maye qaz hazırda 65 qəpiyə satılır. “Azpetrol”dan qiymət artımı ilə bağlı məlumatı təsdiq ediblər. Qeyd edək ki, son bir ayda avtomobillərin işlətdiyi LPG (maye qaz) təchizatında qıtlıq kəskinləşib. Bildirilir ki, bu da bir tərəfdan tələbatın artımı, digər tərəfdən isə Heydər Əliyev adına Neft …
Read More »ISBAM-ın Zaqatala nümayəndəliyi yaradıldı.
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) Zaqatala Regional Nümayəndəliyinə Arif Abdullaevi rəhbər təyin edib. Bununla bağlı boyukmillet.com-a İSBAM mətbuat xidmətindən məlumat verilib. Mərkəz sədrinin verdiyi sərəncamla Zaqatala Regional Nümayəndəliyini yaradılıb və Arif Abdullaev nümayəndəliyə rəhbər təyin olunub.
Read More »DSX sosial şəbəkələrdə yayılan videoya mübasibət bildirib
Dövlət Sərhəd Xidməti (DSX) Fərid Əzizli ilə bağlı sosial şəbəkələrdə yayılan videoya mübasibət bildirib. DSX-nin Mətbuat Mərkəzindən boyukmillet.com-a daxil olan məlumata bildirilib ki, son günlərdə bəzi sosial mediada və “youtube” kanalında Dövlət Sərhəd Xidmətinin zabiti leytenant Əzizli Fərid Ceyhun oğlunun Dövlət Sərhəd Xidmətinin bir sıra vəzifəli şəxslərini hüquqa zidd əməllərdə ittiham etməsi barədə video yazısı yayılıb: “Bununla əlaqədar olaraq bildiririk …
Read More »İSBAM Zaqatalada “Bayrağımız qürurumuzdur” adlı tədbir keçirib
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbərliyi bayraq günü münasibətilə Zaqatalaya səfər edib. Mərkəzdən boyukmillet.com-a verilən xəbərə görə, ilk olaraq Zaqatalada Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Daha sonra Dövlət İqtisad Universitetinin Zaqatala Filialı ilə birlikdə tədbir keçirilib. “Bayrağımız qürurumuzdur” adlı tədbiri Dövlət İqtisad Universitetinin Zaqatala Filialının direktoru prof. Orucəli Rzayev açıq elan etdikdən sonra dövlət himni səsləndirilib. Sonra …
Read More »Prezident İlham Əliyev Dövlət Bayrağı Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib – VİDEO
Prezident İlham Əliyev özünün rəsmi sosial şəbəkə hesablarında 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə videoçarx paylaşıb. Boyukmillet.com-un məlumatına görə, videoçarx “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!” cümləsi ilə təqdim olunub. Videonu təqdim edirik.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar