Bazar ertəsi , 6 Aprel 2026

autor

Əli Kərimlinin sürücüsü narkotik satdığını etiraf etdi – VİDEO

https://www.youtube.com/watch?v=ZMd6ip31YLM Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizami rayon Təşkilatının sədri və partiya sədri Əli Kərimlinin sürücüsü Paşa Umudov istintaqa narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 2013-cü ildən AXCP-yə üzv olduğunu bildirən Paşa Umudov deyib ki, 2014-cü ildən AXCP Nizami rayon Təşkilatının sədri olub. O bildirib ki, 2014-cü ilin sonlarından etibarən Əli Kərimlinin sürücüsü kimi çalışıb: …

Read More »

YAP bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib

Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək Bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Partiyadan APA-ya verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib. İdarə Heyətinin qəbul etdiyi qərarda göstərilir ki, Yeni Azərbaycan Partiyası 23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə …

Read More »

İSBAM sədri Nəşət Doğanla görüşüb.

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Ankaraya səfər edib. Boyukmillet.com İSBAM mətbuat xidmətinə istinadən xəbər verir ki, Samir Adıgözəlli səfər çərçivəsində bir sıra görüşlər keçirib. İSBAM sədri Türkiyə siyasətinə yeni qədəm qoyan Ölkəm partiyasının sədri Nəşət Doğanla da görüşüb. Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri, Qarabağ məsələsi və Türk dünyasını əhatə edən bir sıra mövzular müzakirə olunub.

Read More »

İslahatların daha bir üstünlüyü – yeni dünya böhranına qarşı Azərbaycanın müqaviməti artır…

Son dövrlərdə dünya iqtisadiyyatında baş verən proseslər yeni böşranın baş verə biləcəyinə dair çoxsaylı xəbərdarlıqlar edilməsi ilə müşayiət edilməkdədir. Mümkün yeni böhranın dünya dövlətlərinə təsirinin də fərqli olacağı gözlənir. Böhranın isə istənilən halda baş verəcəyi, bunun hətta gələn il ola biləcəyi proqnozlaşdırılır. Beynəlxalq Valyuta Fondu məsələ ilə bağlı bildirir ki, elə bu il qlobal iqtisadiyyatın artımı 2008-2009-cu illərin maliyyə böhranından sonra …

Read More »

Qoşqar Təhməzlinin bacısı oğlu laborantları niyə kütləvi şəkildə işdən azad edib? – Mehriban Bağırova faktoru…

Qida Təhlükəsizliyi Agentliyi yanında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimlərlə işlər üzrə sektor müdiri Mehriban Bağırovanın iş fəaliyyətindən yeni narazılıqlar var. Azinforum.az-ın əldə etdiyi məlumata görə, bugünlərdə Mehriban Bağırova 10-a yaxın laborantı heç bir ciddi səbəb olmadan tutduqları vəzifədən azad edib. Müqavilərinə xitam verilən laborantları gözlənilmədən çağrıb ki, gəlib işdən azad olunmaları ilə bağlı əmrlərinin sürətini götürsünlər. Əsasız yerə kütləvi …

Read More »

QHT Şurası 2020-ci il 1-ci qrant müsabiqəsi ilə bağlı təklifləri qəbul edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2020-ci il 1-ci qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi prosesində ictimai iştirakçılığı təmin etmək məqsədilə QHT-ləri, media, dövlət və özəl qurumları, eləcə də vətəndaşları cəmiyyət üçün aktual olan ictimai əhəmiyyətli məsələlərlə bağlı təkliflərini təqdim etməyə dəvət edir. Müsabiqə mövzuları ilə bağlı təkliflərinizi 2019-cu il noyabr ayının 14-dək SƏLİS-in innobank.az saytının ideya bankı …

Read More »

Naxçıvanda sosial layihələr çərçivəsində 673 cərrahi əməliyyat aparılıb – FOTOLAR

Sosial layihələr çərçivəsində 2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 673 cərrahi əməliyyat aparılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Şərur rayonunun Kərimbəyli, Babək rayonunun Kültəpə, Ordubad rayonunun Dəstə kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Şərur Rayon Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılıb. Şərur …

Read More »

Böyük şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasından 137 il ötür

Dünya nizamındakı gərginlikdən doğan hadisələrlə zəngin XX əsrin əvvəlləri həm də türk millətinin sınağa çəkildiyi illər idi. Türk dünyasının nəhəng simalarından olan İsmayıl bəy Qaspıralının “İşdə bir, fikirdə bir, əməldə bir”, Əli bəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq, müasirləşmək” çağırışları öz bəhrəsini tədricən versə də, görüləsi işlər hələ çox idi. Belə bir dövrdə, eləcə də Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonrakı illərdə …

Read More »

“Əli Kərimli təxribatla məşğul olur” RƏY-ÖZƏL

““Milli Şura” adlanan qondarma qurum müvafiq icra hakimiyyəti orqanlarına sərbəst toplaşmaqla bağlı müraciət olundu və bu müraciətə müsbət cavab verildi”. QHT.az saytının rəhbəri, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib. Onun sözlərinə görə, amma dağıdıcı ünsürlər Lökbatanda deyil, şəhərin mərkəzində, əhalinin gur gedib-gəldiyi yerlərdə aksiya keçirmək istəyində olduqlarını bildirdilər: “Bunların sosial bazası yoxdur. Sosial bazası olan bir siyasi …

Read More »

İstanbulda böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin büstü qoyulub

Oktyabrın 24-də İstanbulun Böyükşəhər Bələdiyyəsinin nəzdində yerləşən Nilüfər Parkında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin büstünün açılışı olub. Boyukmillet.com xəbər verir ki, büstün yerləşdirilməsi Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, SOCAR-ın və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutub. Abidə azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayev tərəfindən hazırlanıb. Tədbirdə konsulluğun əməkdaşları, ictimaiyyət və media nümayəndələri, eləcə də tələbələr iştirak ediblər.

Read More »