Son günlər bir iki xəbər saytında “Naxçıvanlıları İstanbuldan qovurlar” başlıqlı xəbərlər dərc olundu. Bu xəbərin yalan olduğu Türkiyənin ölkəmizdəki səfiri tərəfindən bəyan edildi. Heç bir əsası olmayan yalan məlumatın yazılıb tirajlanması əlbəttə ki, jurnalist əxlaqı ilə daban-dabana ziddir. Amma burada təəssüf doğuran daha ciddi məqam var. Belə bir başlıqla xəbər yaymaq hansı milli vicdana sığır? Bir media mənsubu necə ola …
Read More »Bakı metrosunda HADİSƏ – Qatar TÜSTÜLƏNDİ – Sərnişinlər təxliyə olundu
Bu gün günorta saatlarında “Bakı Metropoliteni”QSC-nin “Gənclik” stansiyasında həyəcanlı anlar yaşanıb. Sərnişinlərin Modern.az-a verdiyi məlumata görə, qatar platformaya daxil olarkən, tüstüləmə başlayıb: “Tüstü vaqonlara dolmuşdu, göz-gözü görmürdü, tüstü bogucu idi. Bizi qatardan düşürtdülər.Sonra metopolitenin əməkdaşları müdaxilə etdi, elə həmin qatarla da yola davam etdik”. Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a faktı təsdiqləyib: “Qatarda tüstüləmə baş verib. Sərnişinlər …
Read More »Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava
Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib. Hadisə şəhərin Frunzen rayonunda 04:30 radələrində baş verib. Davada ümumilikdə 20-yə yaxın insan iştirak edib. Hadisə zamanı beş nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq, xəstəxanaya yerləşdirilib. Dava zamanı bıçaq və travmatik silahdan istifadə edilib. Hadisənin dəqiq səbəbləri məlum deyil. Saxlanılanlar var.
Read More »Hərbi qulluqçumuz həlak olub
Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!
Read More »İğdırdakı Azərbaycan sevdalı ailənin dramı: bacı – qardaş Azər və Baycan
İrəvandan, erməni zülmündən qaçan kişinin nəvəsi: “Zeynəb Xanlarovanın adı çəkiləndə atam ağlayırdı” Türkiyənin Azərbaycanın Naxçıvan diyarına açılan qapısında, İğdır vilayətində adam özünü elə Azərbaycandakı kimi rahat hiss edir. Haraya gedirsənsə, kiminlə həmsöhbət olursansa, əslən azərbaycanlı olduğunu deyir, yaxud Azərbaycan türkləri ilə əlaqələrindən bəhs edir. 91 min əhalisi olan İğdırda məskən salan soydaşlarımızın dədə-babaları Arazın o tayından, Qərbi Azərbaycan torpaqlarından, əsasən …
Read More »Yumurta bahalaşdı
Sosial şəbəkələrdə yumurtanın qiymətinin qalxması ilə bağlı məlumatlar yayılıb. Marketlərdə əvvəl 9-10 qəpiyə satılan yumurta indi isə 14 qəpiyədir. Məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev qiymətlərin qalxmasını təsdiqləyib: “Doğrudur, yumurtanın qiyməti 15 günə yaxındır qalxıb. Cəmi 1 və ya 2 qəpik artım olub. Bu da mövsümi xarakter daşıyır. Çünki tələbatı ödəyən yem və digər …
Read More »Samir Adigözəlli: Naxçıvanlıların Türkiyədə guya deportasiya olunduğu barədə yayılan şayiələrdə düşmən əli var.
Bir neçə gündür ki, guya naxçıvanlıların İstanbuldan kütləvi deportasiya olunduğu ilə bağlı yalan məlumatlar tirajlanır. Məlumatın ilkin mənbəyini araşdırdıqda məlum olur ki, həmin informasiya heç bir konkret qaynağa əsaslanmır, sadəcə, fərziyə kimi ortaya atılıb. Məsələnin ən maraqlı aspekti isə budur ki, bəzi saytlar həmin məlumatı belə başlıqla veriblər: “Naxçıvanlıları Türkiyədən kütləvi şəkildə qovdular”. Gəlin bir anlıq götürək ki, məlumat doğrudur. …
Read More »Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində müşavirə keçirildi – FOTOLAR CƏMİYYƏT 19:00 20.09.2019
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub. Müşavirədə Daxili işlər naziri general-leytenant Fazil Ələkbərov bildirib ki, muxtar respublikamızda ümummilli lider Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Ali Məclisin Sədri cənab Vasif Talıbovun həyata keçirdiyi siyasi strategiya nəticəsində hərtərəfli inkişafa nail olunub. Uğurla tətbiq edilən idarəetmə sistemi …
Read More »Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib – YENİLƏNDİ
Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı tədbirdə söylədiyi nitqində əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın dünyada sənaye üsulu ilə, həmçinin dənizdə neft hasil edən ilk ölkə olduğunu vurğulayan dövlət başçısı o vaxtdan bəri neftçilərimizin ölkənin iqtisadi qüdrətinin artırılmasındakı rolunu yüksək qiymətləndirib. Prezident İlham …
Read More »Azərbaycanın İsraildə öz səfirliyini açması indi realdırmı?
Hatəm Cabbarlı: “Ölkəmiz üçün belə bir addımın atılması heç bir risq tələb etmir” Xəbər verdiyimiz kimi, Ermənistan İsraildə səfirlik açmaq üçün hərəkətə keçib. İsrail Xarici İşlər Nazirliyi rəsmi İrəvanın səfirlik açmaq qərarını alqışladığını bildirib. Bu barədə İsrail XİN-i rəsmi açıqlama da yayıb. Azərbaycan isə İsraillə daha isti münasibətlərə malik olsa da, nədənsə, bu ölkədə səfirlik açmağa tələsmir. Azərbaycanın bu addımı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar