QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimai Birliyi”nin sədri Emin Həsənlinin birgə əməkdaşlığı sayəsində Türkiyə Respublikasının Milliyyətçi Həkimlər Dərnəyi tərəfindən Qarabağdan məcburi köçkün düşən qaçqınlara, şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirənlərə Qurban bayramı münasibətilə qurban sovqatları paylanılıb. boyukmillet.com Musavat.com-a istinadən xəbər verir ki, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İB”-nin sədri E. Həsənli Azərbaycan xalqını müqəddəs bayram münasibətilə …
Read More »Xəzərdən Azərbaycana qaz kəməri: İran da qarşıdır, Rusiya da…
Türkmənistanın Xəzər sahilindəki Avaza şəhərində ötən gün işini yekunlaşdıran beynəlxalq iqtisadi forum zamanı “Transxəzər” qaz kəməri ideyası da gündəmə gəlib. Forumda həm Rusiya, həm İran nümayəndələr bu layihəyə qarşı olduqlarını nümayiş etdiriblər. “İran Xəzər dənizində şərqdən qərbə qaz kəmərlərinin tikintisinə qarşı çıxır, çünki bu regionun ekologiyasına ciddi zərər vura bilər”,-İranın “National Gas Company” şirkətinin nümayəndəsi Bəhruz Namdari Xəzər forumunda çıxışı …
Read More »Azərbaycan ordusu Ermənistanla sərhəddə yeni əraziləri nəzarətə götürüb
“Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkərək, neytral ərazidəki yüksəkliklərdə yeni mövqelər yaradıb və böyük bir ərazini tam nəzarət altına götürüb”. Bunu hərbi ekspert, “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov bildirib. Bu gün Qazax rayonunun Ermənistanla sərhəd mövqelərinə səfər edən R.Süleymanov deyib ki, düşmənlə döyüş aparılaraq, irəli çəkilən mövqerlərimizdən Ermənistan Respublikası …
Read More »Yaqub Mahmudov: Dədə Qorqudun məzarının Dərbənddə olmasına şübhə etmirəm
Qürur hissi keçirirəm ki, ulu öndər Heydər Əliyev “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyini keçirərkən bu barədə mövqeyimi bildirmişəm və “Dədə Qorqud dünyası” adlı fundamental tədqiqat toplusunda Ulu Öndərin giriş sözündən sonra mənim “Milli varlığımızın mötəbər qaynağı” adlı məqaləm ikinci sırada gəlir. Bununla belə Dədəmiz Qorqud və Bayat elinin Dərbənddəki izləri ilə bağlı öyrənilməyən məsələlər çoxdur və bunlar məni …
Read More »PKK-çı qadın dəhşətli faktlar açıqladı
Türkiyənin Van şəhərində hərbçilərə təslim olan PKK-çı qadın sözügedən terror təşkilatı ilə bağlı bəzi faktları danışıb. boyukmillet.com xəbər verir ki, adı açıqlanmayan terrorçu qadın PKK-nın edam siyasətinə başladığını bildirib. “Təşkilat liderləri öz bacarıqsızlıqlarında sadə üzvləri ittiham edirlər və müxtəlif işgəncələrə məruz qoyurlar. PKK-çılar təşkilat liderlərinin bu amansız hərəkətlərindən xilas olmaq üçün qaçmaq yolunu seçirlər. Liderlər yaşı 18-dən az olan uşaqları …
Read More »TÜRKİYƏDƏN NAXÇIVANA BİRBAŞA HAVA DƏHLİZİ
Avqustun 10-da Türkiyənin Hürriyyet qəzetinin elektron versiyasında Türkiyə Dövlət Hava Limanları Operatoru (Devlet Hava Meydanları İşletmesi (DHMİ) baş direktoruHüseyn Keskin`in Twitter hesabından etdiyi paylaşımına istinadən xəbər yaydı ki, avqustun 15-dən etibarən Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizi açılacaqdır. Azərbaycanın əsas ərazisinin Türkiyə ilə sərhəddi olmadığında bu dəhlizin Türkiyə ilə Naxçıvan muxtariyyəti arasında qurulacağı məlumdur. Hüseyn Keskin əlavə etmişdir ki, uzun müddət türk tərəfinin Benəlxalq …
Read More »Nüfuzlu azərbaycanlı həkim Kalininqradda faciəli şəkildə həlak oldu
Rusiyanın Kalininqrad vilayətinin cənubunda bazar günü avqustun 11-də səhər saatlarında baş vermiş avtomobil qəzası zamanı nüfuzlu azərbaycanlı həkim həlak olub. boyukmillet.com “Komsomolskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, 63 yaşlı otorinolarinqoloq Tengiz Hüseynağa oğlu Axundovun idarə etdiyi “Folksvagen Polo” avtomobili idarəetmədən çıxaraq qarşı hərəkət zolağına keçib və eyni markadan olan digər avtomobillə toqquşub. İlkin məlumatlarda qəzanın avtomobilin təkərinin partlaması nəticəsində baş verdiyi …
Read More »Nüvədiyə SON SƏFƏR – Ermənilərə əsir düşməkdən necə xilas olduq… – FOTOLAR
Nüvədinin işğalından 28 il ötdü… 1991-ci ilin avqustunda ölkə jurnalistləri Prezident Aparatı tərəfindən niyə təcili olaraq Zəngəzurda sonuncu olaraq qalmış Azərbaycan kəndi Nüvədiyə ezam edilmişdilər? Erməni daşnakları ötən əsrin əvvəllərindən başlayaraq, qoynunda Dədə Qorqudu, qoç Koroğlunu, Babəki və neçə-neçə digər igid ərləri-ərənləri, müdrikləri yaşatmış qədim Oğuz yurdlarını hiyləgərliklə, hissə-hissə işgal edərək, 1988-ci ildə öz məkrli planlarını bütün Ermənistan – Göyçə-Zəngəzur …
Read More »Oğuzlar və Türk kimliyi – Cahandar Bayoğlunun elmi məqaləsi
“Oğuz” sözünün mənşəyinin əski türklərdə “ok” (ox) kimi anlamının mövcud olması indi heç kimə sirr deyil Oğuz etnoniminin adı bizim eradan öncə II yüzillikdə əski Çin qaynaqlarında “O-kut”, yəni Türklər kimi qeyd olunmuşdur. Bu, təbii ki, çin dilinin qrammatik şərtləri əsasında belə qeyd edilib. Əski türkcədə isə “Oqur kimi” xatırlanır. Doğu Türküstandakı əski türk qaynaqlarında, özəlliklə də Tarbaqatay və Kobdo …
Read More »Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim edilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən boyukmillet.com-a bildirilib ki, avqustun 9-da – müqəddəs Qurban bayramı ərəfəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə, hərbi xidmət vəzifəsinin icrası zamanı sağlamlığını itirmiş 2 şəxsə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə fərdi yaşayış evi və mənzillər təqdim olunub, eyni zamanda, sağlamlıq imkanları …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar