Bazar , 5 Aprel 2026

autor

Bu gündən Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslər dayandırılır

Gürcüstanda təyyarə biletini dəyişmək arzusunda olmayan 5 minə yaxın rusiyalı turist qalıb. boyukmillet.com xəbər verir ki, Prezident Vladimir Putinin Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərin qadağan olunması barədə Fərmanı iyulun 8-dən qüvvəyə minir. Bu gündən hər iki ölkənin aviaşirkətləri qarşılıqlı uçuşları dayandırır. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, Gürcüstanda olan rusiyalı turistdən təxminən 5 min nəfəri təyyarə biletini dəyişməyib. Onların tranzit yolla …

Read More »

Pakistanın “Diplomatic Focus” jurnalı Azərbaycan diplomatiyasının 100 illiyinə həsr olunmuş xüsusi buraxılış çap edib – FOTOLAR

Pakistanın “Diplomatic Focus” jurnalı Azərbaycan diplomatiyasının 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılış çap edib. AZƏRTAC xəbər verir ki, jurnalda Pakistanda təntənəli qeyd olunmuş Azərbaycanın milli bayramı – Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi ilə bağlı yazılar, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və tarixi əhəmiyyəti, müasir Azərbaycanın inkişafı, ölkənin iqtisadiyyatı və turizm sektoru, Heydər Əliyev Fondunun fəaliyyəti, Ermənistan-Azərbaycan …

Read More »

Çipras məğlub oldu, “Yeni demokratiya” Yunanıstanda hökuməti ələ keçirdi

Yunanıstanda iyulun 7-də növbədənkənar parlament seçkiləri keçirilib. Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, ilkin açıqlamalara görə, seçkini Kiriakos Miçotakisin rəhbərlik etdiyi müxalif “Yeni demokratiya” Partiyası qalib gəlib. “Yeni demokratiya” 38-42 faiz səslə 26,5-30,5 faiz səs qazanmış hazırkı baş nazir Aleksis Çiprasın başçılıq etdiyi SİRİZA Partiyasını üstələyərək tək başına yeni hökumət qurmaq üçün mandat qazanıb. Seçkinin nəticələrinə görə, “Yeni Demokratiya” …

Read More »

ATƏT PA-nın komitə iclasında erməni deputatların Azərbaycanın 7 rayonu üzərində dolaşdırıcı oyunu…

Lüksemburqda ATƏT PA-nın 28-ci illik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan üçün xüsusi əhəmiyyətli, olduqca vacib məsələ müzakirə edilib. Belə ki, irlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsində dondurulmuş münaqişələr məsələsinə toxunub. Bu məruzədən sonra təklif olunmuş Yekun Qətnaməyə düzəlişlərlə bağlı kəskin debatlar olub. Erməni tərəfi …

Read More »

Polis şəhid ailəsinə təzyiq göstərib? – “Dezinformasiyadır, təxribat xarakteri daşıyır”

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə şəhid ailəsinin Xətai rayon 36-cı Polis Bölməsində döyülməsi ilə bağlı soaial şəbəkələrdə yayılan videosujetə münasibət bildirib. Bakı Şəhər Baş Polis İdarəsindən Modern.az-a bildirilib ki, sosial şəbəkələrdə Xətai rayon 36-cı Polis Bölməsində şəhid ailəsinə təzyiq olunması ilə bağlı sübutsuz, ziddiyyətlərlə dolu qərəzli məlumat xarakterli videogörüntülər yayılıb. “Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, hüquq-mühafizə orqanları …

Read More »

Qardaşının 40 yaşlı xanımını qətlə yetirən şəxs intihar edib

Abşeron rayonunda qardaşının həyat yoldaşını öldürən şəxs intihar edib. APA-nın məlumatına görə, 1963-cü il təvəllüdlü Allahverdiyev Fərhad Mürsəl oğlu 1979-cu il təvəllüdlü Aygünəş Kazımovanı qətlə yetirdikdən sonra elə həmin bıçaqla özünə də ağır xəsarətlər yetirib. Xəstəxanaya aparılan F.Allahverdiyev orada dünyasını dəyişib. Faktın təfərrüatlarını Abşeron rayon Prokurorluğu araşdırır. *** Abşeron rayonunda qətl hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Qaqarin …

Read More »

Aslan İsmayılov nazirdən və prezidentin köməkçisindən pul istəyir – ŞANTAJIN PƏRDƏARXASI

Keçmiş vəkilin dövlət rəsmilərinə qarşı qəzəb püskürməsinin səbəbi ermənilərin tərəf olduğu məhkəmə işindən qazana bilmədiyi böyük pullar və Xəzər sahilində zəbt etdiyi torpağın əlindən alınmasıdır Bəzi dostlar tez-tez soruşurlar ki, sən bilərsən, Allahverdinin (yəni, Aslan İsmayılov kod adlı şəxsin) Ədliyyə naziri Fikrət Məmmədova və Azərbaycan prezidentinin köməkçisi Əli Həsənova püskürdüyü qəzəbin səbəbi nədir? Nədən, hər öynədən qabaq və sonra o, …

Read More »

Hacı İbrahim Nehrəmli: “Mənim dövlətə və banklara 1 manat da borcum yoxdur”

 “560 milyon kreditim vardı, iki əmlakımı verdim, o borc silindi” Azərbaycan Beynəlxalq Bankına (ABB) külli miqdarda borcu olduğuna görə “Avesta Konserni” MMC-nin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “Xəzər Adaları”nın əlindən alınması ilə bağlı informasiyalar yayılıb. İş adamının banklara borcunun məbləği ilə bağlı müxtəlif rəqəmlər yazılır. Bəzi saytlar bu borcun 850 milyon manat olduğunu qeyd edir, bəziləri …

Read More »