Bazar ertəsi , 6 Aprel 2026

autor

Fransa portalı: Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər

“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin pilotları hava gəmisini təhlükəsiz endirmək üçün mümkün olan sona qədər mübarizə aparıblar. Boyukmillet.com xəbər verir ki, bu fikir Fransanın “La Voix du Nord” portalındakı xəbərdə yer alır. Xəbərin müəllifləri azərbaycanlı pilotların yüksək peşəkarlıq nümayiş etdirdiklərini bildirirlər. Məqalədə qeyd olunur ki, AZAL-ın 8432 saylı reysinin uçuş heyəti həqiqi möcüzə göstərərək hava gəmisindəki sərnişinlərin yarısının həyatını …

Read More »

Kadırov, təyyarəni vurmamısansa, matəm niyə elan etdin?

Çeçenistan rəhbəri Ramzan Kadırovun Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması və çoxsaylı insan tələfatı ilə bağlı bu gün (28 dekabr) Çeçenistanda matəm elan etməsi birmənalı qarşılanmayıb. Boyukmillet.com  xəbər verir ki, politoloq Turab Rzayev etiraf və üzrxahlıq olmadan matəm elanının məqsədinin bəlli olduğunu deyib. “Çeçenistan niyə matəm elan edir? Quş sürüsü Dağıstandan uçduğu üçün? Bizim təyyarə Aktauda qəzaya düşübsə, …

Read More »

“Haber Global”: AZAL-ın zədəli təyyarəsinin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı?

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzası ilə bağlı çoxlu cavabsız suallar var. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının hazırladığı süjetdə qeyd olunub. Süjetdə bildirilir ki, hadisənin arxasında Rusiyanın olduğu üzə çıxıb, indi xeyli sual var: “İçərisində 67 nəfər olan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə çərşənbə günü Qroznıya getmək üçün Bakıdan havaya …

Read More »

BMT Baş katibi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın nəticəsini gözləyir

BMT Baş katibi Antonio Quterreş “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin hansı səbəbdən qəzaya uğraması ilə bağlı araşdırmanın nəticəsini gözləyir. Bunu “Report”un ABŞ bürosuna açıqlamasında Baş katibin sözçüsünün müavini Florencia Soto Nino bildirib. O, qeyd edib ki, Baş katib faciəvi təyyarə qəzasının səbəblərini müəyyən etmək üçün araşdırmaların aparıldığından məlumatlıdır: “Biz Qazaxıstan Respublikasının hakimiyyət orqanlarının Azərbaycan Respublikası ilə əməkdaşlıq çərçivəsində faciəli hadisənin …

Read More »

İsrail Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib

İsrail hərbçiləri Yəmən tərəfindən atılan raketi hava məkanına çatmamış zərərsizləşdirib. Boyukmillet com-un məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti xəbər yayıb. “Qüds və Ölü dəniz bölgələrində sirenlər işə salındıqdan sonra Yəməndən atılan raket ölkə ərazisinə keçmədən zərərsizləşdirilib”, – məlumatda bildirilir. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı …

Read More »

AMB 2025-ci il üçün pul siyasətinin məqsədini və çərçivəsini açıqlayıb

2025-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasəti onun başlıca mandatı olan qiymət sabitliyinin təmin edilməsinə, inflyasiyanın müəyyən edilmiş hədəf daxilində sabitləşməsinə yönəldiləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə AMB-nin 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir. Bəyanata əsasən, pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcək. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq pul siyasətinin hədəfi …

Read More »

BMT Baş katibinin müavini Azərbaycana başsağlığı verib

Azərbaycan hökumətinə və faciəvi təyyarə qəzasında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Boyukmillet.com xəbər verir ki, bunu BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd “X”dəki hesabında Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yazıb. “Bu kədərli vaxtda sizinlə birlikdəyik və sağ qalanlara şəfa və tam sağalma üçün dua edirik”, – BMT Baş katibinin müavini əlavə edib. Xatırladaq …

Read More »

AZAL-ın təyyarəsi fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb. Boyukmo Boyukmillet.com bu barədə AZAL-a istinadən xəbər verir. Belə ki, aparılan araşdırmaların ilkin nəticələri və uçuşların təhlükəsizliyində yarana biləcək risklər nəzərə alınıb. Buna görə də Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən AZAL Azərbaycandan Rusiyanın 10 şəhərinə (Qroznı, Mahaçqala, Mineralnıye …

Read More »

Baş Prokurorluğun əməkdaşları Qroznıya ezam olunub, istintaq hərəkətləri aparılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Qazaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı başlanmış cinayət işi üzrə obyektiv həqiqətin müəyyən olunması istiqamətində təxirəsalınmaz və zəruri tədbirlər davam etdirilir. Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Prokurorluğun bir qrup əməkdaşı Qroznı şəhərinə ezam olunaraq Rusiya Federasiyasının Baş Prokurorluğu ilə …

Read More »

AZAL Rusiyanın daha 5 şəhərinə uçuşları dayandırır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Rusiyanın 5 hava limanlarına reysləri dekabrın 28-dən dayandırır. Boyukmillet.com AZAL-a istinadən xəbər verir ki, bu qərar “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan ilkin araşdırmaların nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən verilib: Sabahdan Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına uçuşlar dayandırılır: • …

Read More »