Bazar , 5 Aprel 2026

autor

Qəzzada qoşunların atəşə tutulmasından sonra İsrail ordusu HƏMAS komandirinə zərbə endirib

İsrail Qəzza zolağının cənubunda HƏMAS hərəkatının səhra komandiri Bilal Əbu Assiyə zərbə endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. “Terrorçular Qəzza zolağının şimalında İsrail qoşunlarına atəş açdıqda, İsrail ordusu atəşkəs haqqında razılaşmanın pozulmasına cavab olaraq zolağın cənubundakı terrorçuya zərbə endirib”, – deyə məlumatda bildirilib. İsrailin Müdafiə Ordusunun məlumatına görə, Bilal Əbu Assi HƏMAS-ın “Nuxba” …

Read More »

“Qarpız” yükündə gizlədilən külli miqdarda narkotik aşkar edilib

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, narkotik vasitə “Cənub-Astara” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb. Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi …

Read More »

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana göndəriləcək taxılın həcmi açıqlanıb

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Ermənistana göndəriləcək. Bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib. Bildirilib ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl (bugünkü 560 ton daxil olmaqla) göndərilib.

Read More »

Rusiya taxılı daşıyan yük qatarı Azərbaycandan keçməklə Ermənistana göndəriləcək

Rusiya taxılı daşıyan növbəti yük qatarı Azərbaycandan tranzit keçməklə Ermənistana göndəriləcək. Boyukmillet.com xəbər verir ki, 8 vaqondan ibarət qatar fevralın 4-də yola salınacaq. Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu (19 min 900 tona yaxın) taxıl göndərilib.

Read More »

Əbu-Dabidə gizli zirvə: Dünya bu görüşdən xəbərsiz qalacaq-Masada torpaq məsələsi var

QAPALI QAPILAR ARXASINDA KRİTİK SAATLAR: JURNALİSTLƏR BURAXILMADI Rusiya və Ukrayna arasında vasitəçilərin iştirakı ilə keçirilən növbəti danışıqlar raundu tam məxfi şəraitdə baş tutur.Boyukmillet.com xəbər verir ki, “RİA Novosti”nin öz mənbələrinə istinadən verdiyi məlumata görə, Əbu-Dabidə keçirilən bu kritik görüşlər mətbuata tam qapalı elan edilib. Görüşün əhəmiyyəti və müzakirə olunan mövzuların həssaslığı səbəbindən jurnalistlər prosesə yaxın buraxılmır. Mətbuat konfransı yoxdur, nəticə …

Read More »

Maaşlar, pensiyalar ARTIR, bəs niyə PROBLEMLƏR AZALMIR? – Natiq Cəfərli və Musa Quliyev ÜZ-ÜZƏ

Dünən parlament Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını birinci oxunuşda qəbul edib. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Maraqlıdır, minimum əməkhaqqına hər il baxılması zəruri olacaqmı və bu …

Read More »

Qəddafinin oğlunun cəsədi YOXA ÇIXDI

Liviyanın qərbindəki Ez-Zintan şəhərinin xəstəxanası Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin cəsədinin daxil olması barədə məlumatı təkzib edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Liviyanın “Al Wasat” portalı məlumat yayıb. Bundan əlavə, qonşu Əl-Rəcbandakı tibb müəssisəsində də mərhumun harada olması barədə heç bir məlumat yoxdur. Qeyd edək ki, dünən Liviyanın paytaxtı Tripolinin cənubunda Seyf əl-İslam Qəddafinin ölüm xəbəri yayılıb. …

Read More »

Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirilib – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Boyukmillet.com xəbər verir ki, tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar. Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini qeyd ediblər. …

Read More »

ABŞ Rusiyaya görə Əlcəzairə sanksiya TƏTBİQ EDİR

Vaşinqton administrasiyası Rusiyadan qırıcı təyyarələr aldığına görə Əlcəzairə qarşı sanksiyalar tətbiq edə bilər. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Departamentinin Yaxın Şərq İşləri Bürosunun rəhbəri Robert Palladino ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib: “Biz bu barədə mediada xəbərlər gördük və onlar narahatedicidir. Dövlət Departamenti Amerikanın Düşmənlərinə Sanksiyalar Vasitəsilə Qarşı Mübarizə Qanununun (CAATSA-red.) tətbiqinə sadiqdir və qeyd etdiyiniz əməliyyatlar bu qərara səbəb …

Read More »

Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb

Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanova məlumat verib. “Ölkədə qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlara giriş və çıxış bağlıdır. Yerli və xarici bayraq altında üzən gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara yerləşdirilib”, – o vurğulayıb.

Read More »