Bazar , 5 Aprel 2026

autor

Azərbaycanda qazlaşdırma ilə bağlı yeni dövlət proqramı hazırlanır

Azərbaycanda 2026-2030-cu illəri əhatə edən qazlaşdırma ilə bağlı yeni dövlət proqramı hazırlanır. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Asif Əsgərov bildirib. Onun sözlərinə görə, ən əsas məsələlərdən biri, xüsusilə də Zaqatala bölgəsində qazlaşdırma ilə bağlı olan problemin hər dəfə komitə iclaslarında qaldırılmasıdır: “Bu müəyyən qədər bizim bu komitənin …

Read More »

ABŞ-nin müdafiə büdcəsi 2026-cı ildə 1 trilyon dolları keçir

ABŞ-nin müdafiə büdcəsi 2026-cı ildə 1 trilyon ABŞ dollarını keçir. “Report”un Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması mərasimində çıxışı zamanı bildirib. O qeyd edib ki, 2027-ci ildə bu məbləğin 1,5 trilyon ABŞ dollarına çatdırılması planlaşdırılır. Onun sözlərinə görə, son bir ildə dünyanın vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib: “Bu gün …

Read More »

Avropa İttifaqının qadağan etdiyi uşaq qidaları Bakıda apteklərdə satılır?

İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisi aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub. Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə …

Read More »

Rusiyanın dondurulan aktivləri ilə bağlı ŞOK MƏLUMAT

Prezident Vladimir Putin Rusiyanın Donald Trampın təklif etdiyi sülh sazişinə qoşulmasının mümkün olub-olmadığı barədə danışarkən şərt kimi görünən fikir səsləndirib. O qeyd edib ki, Moskva dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolları Sülh Şurasına göndərməyə hazırdır. Putin deyib ki, Rusiya ABŞ ilə dondurulmuş Rusiya aktivlərindən xüsusi hərbi əməliyyatlar zonasının bərpası üçün istifadə olunması imkanlarını da müzakirə edir. Bəs Ukrayna müharibəsi başlayandan …

Read More »

İlham Əliyev Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb

Prezident İlham Əliyev Davosda Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb. “Report”un İsveçrəyə ezam olunan müxbirinin məlumatına görə, imzalama mərasimində ABŞ Prezidenti Donald Tramp və onun Sülh Şurasına qoşulmaq üçün dəvətini qəbul edən ölkələrin liderləri iştirak edib.

Read More »

KİV: ABŞ Sülh Şurasının yaradılmasında 35 ölkənin iştirakını gözləyir

Vaşinqtonda Sülh Şurasının yaradılmasına həsr olunmuş mərasimdə tədbirə dəvət edilmiş 50 ölkədən 35-nin nümayəndələrinin iştirak edəcəyi gözlənilir. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb. “Davosda (22 yanvar – red.) ABŞ Prezidenti Donald Trampın Sülh Şurası təşəbbüsünə həsr olunmuş imzalanma mərasimində dəvət olunmuş 50 ölkədən təxminən 35-nin iştirakı gözlənilir”, – ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi telekanalа bildirib. Trampın …

Read More »

Sağ cibdən sol cibə: Borc verən AZAL-ın öz borcu necə silinir?

“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Bakı Gəmiqayırma” MMC-yə 5 milyon ABŞ dolları (təxminən 8,5 milyon manat) məbləğində faizsiz borc verib. Bu barədə məlumat AZAL-ın 2024-cü il üzrə maliyyə hesabatında əksini tapıb. Hesabatdan məlum olur ki, 8 dekabr 2025-cü il tarixində AZAL ilə “Bakı Gəmiqayırma” MMC arasında borc müqaviləsi bağlanıb və borcun 31 yanvar 2028-ci il tarixinədək tam ödənilməsi nəzərdə tutulub. …

Read More »

Ərdoğan Trampın Sülh Şurasına qoşulmaqla bağlı dəvətinə cavab verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına qoşulmaqla bağlı dəvətinə cavab verib. Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti jurnalistin “ABŞ Prezidenti Donald Tramp sizi Qəzza Sülh Şurasına dəvət etdi, qatılacaqsınızmı?” sualına cavabında Şuraya ölkənin xarici işlər naziri Hakan Fidanın qatılacağını deyib. “Sülh Şurasına Türkiyə xarici işlər naziri Hakan Fidan qatılacaq”, – Ərdoğan əlavə edib.

Read More »

Minimum əməkhaqqı ilə bağlı yeni QAYDA

Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Boyukmillet.com xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi …

Read More »

Trampdan dünyanı silkələyən açıqlama: Qrenlandiya raketləri “kibrit kimi” məhv etmək üçündür

ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı niyyətlərini açıq şəkildə ortaya qoyaraq, adanın Vaşinqton üçün həyati əhəmiyyət daşıdığını bildirib. Boyukmillet.com xəbər verir ki, Tramp Qrenlandiyanın ABŞ-ın qlobal raketdən müdafiə strategiyasında əsas rol oynadığını və yeni qurulan “Qızıl Qübbə” (Golden Dome) sisteminin effektivliyini kəskin artıracağını deyib. ABŞ prezidenti qeyd edib ki, Vaşinqton ölkə üzərində tam müdafiə qalxanı yaratmaq niyyətindədir. Onun sözlərinə …

Read More »