Bazar , 8 Fevral 2026
Drone Cameras

AVRO-2024: Azərbaycan millisi səfərdə Belçika ilə üz-üzə gələcək

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

Boyukmillet.com xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektivdə Belçika yığmasının qonağı olacaq.

“Kinq Baudouin” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

Qrupun digər oyununda İsveç Estoniyanı qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ oyunu

21:00. Belçika – Azərbaycan
Baş hakim: Gerqo Boqar (Macarıstan)
Brüssel. “Kinq Baudouin”

Check Also

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb. Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, “Qarabağ”ın təcrübəli …