Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 qızıl medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov Albaniyanın Dürres şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 3 qızıl medal qazanıb.

Boyukmillet.com xəbər verir ki, 67 kq-da çıxış edən pəhləvan yaşı 23-dək olan idmançılar arasında qüvvəsinı sınayıb.

Birdən qaldırma hərəkətində 131 kq çəkinin öhdəsindən gələn atlet bütün rəqiblərini qabaqlayaraq, qızıl medala sahib çıxın.

Təkanla qaldırmada 162 kq-ı ram edən “Qartal” klubunun təmsilçisi bu hərəkətdə də birinci yeri tutub. Rüstəmov toplam 293 kq (131+162) nəticə göstərərək, yekun sıralamada da hamıdan güclü olub.

Qeyd edək ki, daha əvvəl Tehran Məmmədov Avropa birinciliyində 3 medal qazanıb.

Check Also

Güləş üzrə Avropa çempionatının gümüş medalçısı Turan Bayramov: Hədəfim qızıl medal idi

Hədəfim qızıl medal idi, amma minimal fərqlə məğlub oldum. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın paytaxtı …