Bazar , 15 Noyabr 2026
Drone Cameras

Avropa çempionatının bombardiri məlum oldu

Futbol üzrə Avropa çempionatının ən yaxşı bombardiri müəyyənləşib.

Boyukmillet.com-un məlumatına görə, bu ada Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu 5 qolla layiq görülüb.

Çexiya yığmasından Patrik Şik də eyni sayda fərqlənməyə müvəffəq olub. Lakin Ronaldu Şiki əlavə göstəricilər hesabına üstələyib. 36 yaşlı forvardın aktivində 1 məhsuldar ötürmə də olub. Digər tərəfdən, o, meydanda 360 dəqiqə, Şik 404 dəqiqə keçirib.

Bu, Ronaldunun karyerasında 5-ci Avropa çempionatı olub. O, ümumilikdə 14 qol vuraraq, UEFA-nın fransalı sabiq prezidenti Mişel Platiniyə məxsus rekordu yeniləyib.

Qeyd edək ki, Avropa çempionu adını finalda İngiltərəni penaltilər seriyasında məğlub edən İtaliya qazanıb.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …