Cümə , 30 Yanvar 2026
Drone Cameras

Avropa dövlətləri Fələstinin müstəqilliyini tanıyıblar

Belçika Krallığı Fələstinin müstəqilliyini tanıyıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Krallığın Baş naziri Bart de Vever BMT Baş Assambleyasının sessiyası çərçivəsində bildirib.

“Belçika həmişə iki dövlətli həll yolunu müdafiə edib və bu gün Nyu-York Bəyannaməsini imzalayanlara qoşulub. Yalnız belə bir həll İsrail və Fələstin xalqlarına sülh və təhlükəsizlik şəraitində yan-yana yaşamağa imkan verəcək. Baş nazir Benyamin Netanyahu da daxil olmaqla İsrail siyasətçilərinin Fələstin Dövlətinin olmayacağı ilə bağlı son açıqlamaları bu məsələdə fələstinliləri dəstəkləmək üçün əlavə səbəblərdir.

Ona görə də Belçika bu gün BMT Baş Assambleyasının sessiyası çərçivəsində Fələstin Dövlətini tanıdığını elan edən ölkələr qrupuna qoşulmaqla dünyaya güclü siyasi siqnal göndərir”, – Baş nazir qeyd edib.

Belçika ilə yanaşı, Lüksemburq, Malta, Andorra və Monako da Fələstini rəsmi olaraq tanıdıqlarını elan ediblər.

Check Also

Gürcüstanda hərbi xidmətdən yayınma ilə bağlı qanunsuz sxem ifşa edilib, 21 nəfər saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən ölkənin müxtəlif bölgələrində keçirilən …