Çərşənbə , 11 Fevral 2026
Drone Cameras

Avropa Gürcüstana vizasız səyahətə “yox” DEDİ

Avropa Birliyi ölkələrinin əksəriyyəti Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız səyahətin dayandırılmasına səs verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Avropa Bürosunun redaktoru Rikard Yozviak özünün “X” səhifəsində bildirib.

Təşəbbüsün lehinə 25 Aİ ölkəsi, əleyhinə isə yalnız Macarıstan və Slovakiya səs verib.

Martın əvvəlində qüvvəyə minəcək qərara əsasən, Gürcüstanın diplomatik pasport sahibləri ittifaq ölkələrinə vizasız giriş hüququnu itirəcəklər.

Xatırladaq ki, Gürcüstan və Aİ arasında vizasız səyahət 2017-ci ilin mart ayından etibarən qüvvədədir.

Ötən il ondan çox Aİ ölkəsi  Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız səyahəti dayandırıb.

Check Also

Avropa İttifaqından Paşinyana gözlənilməz dəstək: Ermənistanda mühüm sammit hazırlığı

Qərb mediası Ermənistanda siyasi gedişatı dəyişə biləcək şok məlumat yayıb. Verilən xəbərlərə görə, may ayında …