Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Avropa İttifaqı: Azərbaycan doğru inkişaf yolundadır

Azərbaycan doğru inkişaf yolundadır.

Boyukmillet.com-ın məlumatına görə, bunu Bakıda keçirilən İnsan kapitalı üzrə Forumda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O vurğulayıb ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi üzərində cəhdlə işləyir və müasir cəmiyyət yaratmaq istəyir.

Bu baxımdan o, ölkənin ticarət tərəfdaşı və iri investoru olan Aİ-ninn rolunu qeyd edib. Məşğulluq sahəsində Azərbaycanın qarşısında böyük çağırışların dayandığının bildirən K.Yankauskas bildirib ki, Aİ 28 üzv ölkənin ən yaxşı praktika və təcrübəsini təklif edə bilər.

Onun sözlərinə görə, Azərbaycanda reallaşdırılan layihələr arasında Aİ ən çox təhsil sahəsindəki layihələrə vəsait xərcləyir.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir