Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Avropa Komissiyasının rəhbəri: Ukrayna Avropa Birliyinə üzv olacaq

Ukrayna Avropa Birliyinə daxil olmalıdır.

Boyukmillet.com xəbər verir ki, bunu “Euronews” telekanalına müsahibəsində Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

Müxbirin Avropanın hər yerində on minlərlə insanın küçələrə çıxaraq Ukraynanın Avropa Birliyinə qəbul olunmasını tələb edərək ona dəstək ifadə etməsinə Aİ-nin necə reaksiya verməsi ilə bağlı sualına fon der Leyen belə deyib:

“Ukrayna bizim tam həmrəyliyimizi istəyir və bunu görəcək. Ukrayna artıq bəzi proseslərə daxildir, məsələn, Ukrayna bazarının vahid bazara inteqrasiyası. Biz digər sahələrdə, məsələn, enerji və digər sahələrdə sıx əməkdaşlıq edirik. Zamanla Ukrayna da bizə qoşulacaq, bu ölkə bizim ailəmizin bir hissəsidir, bizdən biridir və biz onu Avropa Birliyində görmək istəyirik”.

Check Also

İran daha 20 neft tankerinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ABŞ-a 20 tanker neft verəcək. Boyukmillet.com xəbər …