Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Avropa liderləri Ukraynada müharibənin başlanmasının üçüncü ildönümündə Kiyevdə toplaşıb

Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib

Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta Kiyevə səfər ediblər.

Siyasətçilərin səfəri Ukraynada hərbi əməliyyatların başlanmasının üçüncü ildönümünə təsadüf edir.

Bu gün, fevralın 24-də Kiyevdə Rusiya ilə münaqişəni müzakirə etmək üçün sammit keçiriləcək.

Kiyevə gəlişi ilə bağlı Ursula fon der Leyen “X” sosial şəbəkəsində paylaşım edib.

“Rusiyanın qəddar işğalının üçüncü ildönümündə Avropa Kiyevdədir. Biz bu gün Kiyevdəyik, çünki Ukrayna Avropadır. Yaşamaq uğrunda bu mübarizədə təkcə Ukraynanın taleyi təhlükə altında deyil. Bu, Avropanın taleyidir”, – Avropa Komissiyasının sədri bildirib.

Aİ rəsmiləri ilə yanaşı, Ukrayna ilə həmrəylik nümayiş etdirmək üçün Kiyevə gələnlər arasında Baltikyanı və Skandinaviya ölkələrinin dövlət və hökumət başçıları, İspaniyanın Baş naziri ilə yanaşı, Kanadanın Baş naziri Castin Trüdo da var.

Ukrayna mətbuatı yazır ki, liderlərin bugünkü səfərinin məqsədi həm də Ukraynanın mümkün danışıqlar strategiyası və təhlükəsizlik təminatlarını müzakirə etməkdir.  

Samimitdə 13 ölkənin liderlərinin iştirakı gözlənilir. Daha 24 siyasətçi isə onlayn rejimdə iştirak edəcək.

Bu arada Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib.

Aİ “qara siyahı”ya 48 fiziki və 35 hüquqi şəxsi daxil edib. Sanksiyalar həmçinin Rusiyanın “kölgə donanmasına” aid olduğu iddia edilən 74 gəmiyə qarşı tətbiq olunub.

Rusiya 2022-ci il fevralın 24-dən Ukraynaya qarşı müharibəyə başlayıb.

Check Also

Ərdoğan Putin qarşısında ŞƏRT QOYDU: Lavrova verilən SƏRT CAVAB – Türkiyə prosesin MƏRKƏZİNDƏ!

*Ukrayna üçün şad xəbər: Almaniya “qayıtdı” *Rusiyadan uçan daha bir təyyarə geri qayıtdı *Xersonda ardıcıl …