Cümə , 26 Aprel 2024
Drone Cameras

Avropa Liqası: “Ferentsvaroş”dan darmadağın, “Fənərbağça” qələbə qazanıb

Boyukmillet.com xəbər verir ki, 10 oyunun hamısı eyni gündə baş tutub.

Türkiyənin turnirdəki təmsilçilərindən “Sivasspor” İsveçdə “Malmö”yə 1:3 hesabı ilə uduzub. “Fənərbağça” isə Avstriyada “Austriya” (Vyana) komandasına qalib gəlib – 2:0.

“Qarabağ”ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı “Sürix” İsveçrədə “Harts”ı, “Ferentsvaroş” isə Macarıstanda İrlandiyanın “Şemrok Rovers” klubunu məğlub edib.

UEFA Avropa Liqası
pley-off mərhələsi, ilk oyunlar
18 avqust

20:00. HİK (Finlandiya) – “Silkeborq” (Danimarka) – 1:0

Qol: Devid Braun, 80

Qırmızı vərəqə: Andre Çalişir, 68 (“Silkeborq”)

20:30. “Ferentsvaroş” – “Şemrok Rovers” (İrlandiya) – 4:0

Qollar: Karlos Auski, 13. Adama Traore, 35; 48. Eldar Çiviç, 90+3

21:00. “Sürix” (İsveçrə) – “Harts” (Şotlandiya) – 2:1

Qollar: Adria Gerrero, 32. Blerim Cemayli, 34 – Lourens Şeklend, 22 (penalti)

21:00. “Malmö” (İsveç) – “Sivasspor” (Türkiyə) – 3:1

Qollar: Musatafa Zeydan, 18. Anders Kristiansen, 37. Niklas Moysander, 68 – Leke Ceyms, 30

21:00. “Apollon” (Kipr) – “Olimpiakos” (Yunanıstan) – 1:1

Qollar: Rangelo Yanqa, 18 – Xvan In Bom, 29

21:00. “Pünik” (Ermənistan) – “Şerif” (Moldova) – 0:0

21:45. “Lüdoqorets” (Bolqarıstan) – “Jalgiris” (Litva) – 1:0

Qol: İvan Tatomiroviç, 2 (avtoqol)

Qırmızı vərəqə: Donatas Kazlauskas, 90+4

22:00. “Dnepr-1” (Ukrayna) – AEK (Larnaka, Kipr) – 1:2

Qollar: Aleksandr Svatok, 90 – Omri Altman, 16. Aleksandr Svatok, 29

Qırmızı vərəqə: Eduard Sarapi, 90+4

22:30. Gent (Belçika) – Omoniya (Kipr) – 0:2

Qollar: Haralambos Haralambus, 20. Brendon Barker, 76

23:00. “Austriya” (Vyana, Avstriya) – “Fənərbağça” (Türkiyə) – 0:2

Qollar: Coşua Kinq, 8. Serdar Dursun, 89

Qırmızı vərəqə: Lukas Qalvan, 83 (“Austriya”)

Qeyd edək ki, cavab qarşılaşmaları avqustun 25-də olacaq.

Check Also

Samir Abasov: “Barselona” mənim üçün həddindən artıq maraqlıdır

Bu klub mənim üçün həddindən artıq maraqlıdır. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında İspaniyanın “Barselona” …