Cümə , 3 May 2024
Drone Cameras

Avropa Liqası və Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər bəlli olub

UEFA Avropa Liqası və Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.

Boyukmillet.com xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində bu ada Almaniya “Bayer”indən Adam Qlojek, İtaliya “Yuventus”undan Adrien Rabyo, İspaniya “Sevilya”sından Yussef En-Nesiri və İtaliya “Roma”sından Nemanya Matiç iddia edir.

Konfrans Liqasında isə həftənin ən yaxşısı olmağa namizədlər İtaliya “Fiorentina”sından Yesper Kalström, İngiltərə “Vest Hem”indən Maykl Antonio, İsveçrə “Bazel”indən Jan Kevin Oqyüsten və Niderlandın “AZ Alkmaar” komandasından Vangelis Pavlidisdir.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Check Also

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin “Konyaspor” futbol komandası baş məşqçisi Fahrudin Omeroviç ilə yollarını ayırıb. Boyukmillet.com xəbər verir ki, …