Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Avropa ölkələri müsavatçılara oturum izni verməyi dayandırdı

“Bunu yalnız müsavatçılarla əlaqələndirmək doğru deyil”

Müsavat Partiyasında saxta arayış qalmaqalı daha da böyüməkdədir. Təşkilatın adı tez-tez saxta arayış qalmaqalında hallanır.

Bu arada məlum olub ki, artıq Avropada müsavatçılara oturum verilməyəcək. Bununla bağlı Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi 22 fevral 2019-cu il tarixində rəsmi qərar verib. Bu barədə mühacirətdə olan araşdırmaçı jurnalist Yafəz Əkrəm oğlu Həsənov sosial şəbəkə hesabından məlumat verib. Onun yazısından məlum olur ki, bundan sonra oturum almaq üçün səbəbi olan müsavatçılar da geri qaytarılacaq: “Tәqdim olunan partiya bileti vә arayış sizin şikayәtin tәmin olunması üçün uyğun deyil”.

Almaniya, Münster şәhәr mәhkәmәsinin müsavatçı Rahid Bəşirov haqda çxardığı neqativ qәrarda Müsavat Partiyası vәsiqә vә arayışlarına münasibәt bu cür tәqdim olunub. Rahid Bәşirov Miqrasiya idarәsinin onun haqda çıxardığı mәnfi qәrardan mәhkәmәyә şikayәt edib.

Mәhkәmә yazır ki, Almaniya Xarici İşlәr Nazirliyinin 22 fevfal 2019-cu il tarixli, “Azәrbaycan: mühacirlik vә deportasiya işlәri üzrә…” adlı sәnәdinә istinad edәrәk belә hesab edir: “Rahid Bәsirov 1999-cu ildәn Müsavat Partiyasının üzvüdür. O, partiya gәnclәr tәşkilatının sәdr müavini olub. Müxtәlif vaxtlarda tәzyiqlәrə mәruz qalıb, sutkalıq hәbs dә olunub. 2015-ci ildә NİDA-dan deputatlığa namizәdliyi irәli sürülsә dә, MSK qәbul etmәyib.

Müsavat Partiyasının onun tәzyiqlә üzlәşmәsilә bağlı verdiyi arayış, әslindә, fәaliyyәtinә uyğun gәlir. Bәs onda niyә mәhkәmә bu arayışı inandırıcı saymayıb? Qurunun oduna yaş da yanır? Qәrardan vә Almaniya Xarici İşlәr Nazirliyinin partiyaya aid olan arayış vә vәsiqәlәr haqda mәlumatından belә çıxır ki, onlar indiyә kimi verilәn arayışlar haqda araşdırmalar apardıqdan sonda bu nәticәyә gәliblәr. Yәni o boyda nazirlik durub havadan belә nәticәyә gәlmәyib. Onlar vәsiqә vә arayışları saxta saymır, lakin arayışda yazılanları ciddiyә alıb, hәqiqәtә uyğun hesab etmirlәr”.

Yafəz Əkrəmoğlunun fikrincə, nazirliyin bu sәnәdi artıq partiyanın bütün arayışlarına münasibәtdә tәtbiq oluna bilәr: “Yәni mәhkәmә, yaxud miqrasiya idarәsi istәnilәn arayış haqda yoxlama aparmadan belә, bu sәnәdә әsaslanıb bütün müsavatçılara eyni münasibәti sәrgilәyә bilәr. Son zamanlar Almaniyada azәrbaycanlı siyasi mühacirlәrә soyuq münasibәtin fonunda belә görsәnir ki, elә ucdantutma bu sәnәdә әsaslanıb arayışların әksәriyyәtini hәqiqәtә uyğun saymayacaqlar ( 8-10 il әvvәl isә heç tәzyiqә mәruz qalmağı sübut etmәyә belә ehtiyac yox idi. Partiya vәsiqәsini göstәrmәk bәs edirdi). Artıq Almaniyadakı Müsavat Partiyası üzvlәrinin çoxuna vәsiqә vә arayışların hәqiqәti әks etdirmәdiyi haqda qәrar vә bildiriş göndәrilib. Bu statusla onu çatdırmaq istәyirәm ki, aldanıb siyasi mühacir kimi Avropaya gәlmәyin. Gәlirsinizsә özünüzlә daha tutarlı faktlar gәtirmәlisiniz”.

Belə məlum olur ki, artıq müsavatçılara Avropada oturum icazəsi verilməyəcək. Bu minvalla onların Avropaya gedən yolu bağlanır. O da məlumdur ki, sözügedən məsələdə çoxsaylı saxtakarlıq halının olması barədə fikirlər var.

Maraqlıdır, sözügedən məsələ ilə bağlı nə baş verir?

  • Gülağa Aslanlı: “Bu səbəbdən deyilənlərlə razılaşmıram”

Deyilənlərlə bağlı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı ilə əlaqə saxladıq. O bizə açıqlamasında qeyd etdi ki, Almaniya Məhkəməsinin verdiyi qərar təkcə müsavatçılarla bağlı deyil: “Məndə belə bir sənədin olması barədə oxumuşam, amma həmin sənədi hələ görməmişəm. Burada söhbət, sadəcə, müsavatçılardan getmir. O üzdən, bunu yalnız Müsavat Partiyası ilə əlaqələndirməyi qəbul etmirəm. Sadəcə olaraq, Avropada miqrasiya siyasəti sərtləşdirilir. Çünki Avropada miqrantların sayı artır. Hər bir ölkənin qəbul edə biləcəyi qədər miqrant var. Hamıya məlumdur ki, Suriya, Liviyada qaçqınların sayı artıb və onlar Avropaya gedirlər. Son zamanlar Avropa ölkələrində qaçqınların sayı xeyli artıb. Bu səbəbdən Avropada miqrasiya siyasətinin sərtləşəcəyi gözlənir. Ona görə də bunu yalnız müsavatçılarla əlaqələndirmək doğru deyil. Söhbət müsavatçıdan, cəbhəçidən və yaxud da Azərbaycandan gedəndən getmir. Fərz edək ki, ötən il Azərbaycandan Almaniyaya 3 min nəfər gedib. Tutaq ki, bunlardan 40-ı müsavatçı, 40-ı da cəbhəçidir. Bəs qalanları kimlərdir? Azərbaycandan təkcə müxalif fikirli adamlar getmir. Ona görə də kimlərsə bunu yalnız Müsavat Partiyası ilə əlaqələndirmək istəyirsə, bu doğru deyil. Bu səbəbdən deyilənlərlə razılaşmıram”.

Vidadi ORDAHALLI 

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …