Şənbə , 28 Dekabr 2024
Drone Cameras

Avropanın 400 kilometrliyində qul hərracı – Liviya

Qədim dövrlərin kabusu geri dönür; İspaniya qəzeti dəhşətli faktlar açılqadı

Avropanın cənub sərhədlərində, Liviyada əsl quldarlıq rejimi hökm sürür.

Bununla bağlı İspaniyanın “El Pais” qəzetində tükürpədici faktların açıqlandığı məqalə dərc olunub. Məqalənin müəllifi Naço Karratero Liviya bazarlarında kölə olaraq satılan immiqrantların artdığını qeyd edib.

Müəllif Afrika ölkələrindən Avropaya getmək istəyən, lakin Liviyada müxtəlif yollara aldadılaraq Liviyada şəxsi azadlığından məhrum olmuş insanlardan müsahibə alıb.

Qambiyalı 18 yaşlı Əbu Bakar adlı gənc Korreroya Liviyanın Sabha şəhərində “Əlinin gettosu” deyilən həbsxanada keçirdiyi dəhşətli günləri anladıb. Onun sözlərinə görə, bu həbsxanaya “Liviyanın tubu qəbiləsindən Əli adlı birisi başçılıq edir. Sabhanın özündə isə mərkəzi dövlətin hakimiyyəti yoxdur. Burası hərbiləşdirilmiş dəstələrin, qaçaqmalçıların, mafiyanın hökm sürdüyü yerdir. Şəhərdə hər kəs, hətta uşaqlar belə silahla gəzir.

“Burada heç kimi nə xeyir, nə də şər maraqlandırır”, – Əbu Bakar bildirib.

Qambiyalı gənc Liviyanın paytaxtı Triopoliyə gəlmək üçün ailəsinin bütün sərvəti sayılan 381 avro pul ödədiyini söyləyir.

Lakin səhradan keçdikdən sonra Sabhada sürücü hər kəsi gettoya aparıb. Onlara bildiriblər ki, guya yol xərclərini ödəmədikləri üçün burada qalacaqlar.

Əbu Bakar gettoda iki ay qalıb. Onun bildirdiyinə əsasən həbsxanada 300 insan var imiş. Onlara sadəcə bir tikə çörək və su veriblər. Ölən əsirləri həbsxananın kənarına gətrirərək yandırmalıymışlar.

Əbu Bakar hər gün ərəb dilində danışan insanların düşərgəyə gələrək onların arasından güclüləri seçdiyini söyləyir:
“Ayaq üstə qala bilən ən güclüləri seçirdilər. Sanki bazarda meyvə alırdılar”. İki ay sonra isə Əbunun özü satılıb. O qiymətinin neçə olduğunu bilmir. Əbu Bakar yalnız min bir əziyyəltlə qaçıb canın qurtardığını deyib.

“Bütün bunlar Avropanın cəmi 400 kilomerliyində, bir zamanlar turistik məkan sayılan şəhərdə baş verir”, – jurnalist yazır.
Jurnalistin fikrincə, bütün bunlara səbəb Liviyada 2011-ci idlə baş verən müharibədir.

Liviya həmişə Afirka qaçqınlarının Avropaya axını üçün əsas dayanacaq sayılıb.

Qəzzafi devrildikdən sonra burada əsl xaos hökm sürür. Bunun sayəsində miqrant axınına nəzarət mafioz qrupların əlində keçib. Hazırda ölkədən şimlala, Avropaya keçmək istəyən 330 mindən çox miqrantın olduğu deyilir. Bu cür nəzarət olunmayan situasiyada isə minlərlə kişi və qadın kölə alverçiləri üçün asan qənimətə çevrilir.

BMT Beynəlxalq Miqrasiya Missiyası (OİM) Liviyada artıq bir neçə aydan bəri qul bazarlarının olduğunu təsdiqləyib.

“Liviyadan qaçıb gələn miqrantlar qul alveri, qadınların alqı-satqısı, hərracı kimi bizə dəhşətli şeylər deyirlər”, – OİM-in Nigerdəki missiyasının rəhbəri Cüzeppe Loprete məqalə müəllfinə danışıb.

Jurnalist qeyd edir ki, burada söhbət təkcə pul almaq üçün girov götürmədən, əmək istismarından, habelə öz azadlığını almaq imkanından getmir. Liviyanın əhalisi Səhraaltı Afrika bölgəsindən olan adamları alaraq onları öz fermalarında, evlərində, heç bir maaş ödəmədən, sadəcə, yemək və su verərək kölə kimi çalışdırılar. Dünya isə qədimlərdən geri qayldan bu kabusu sadəcə seyr etməklə kifayətlənir.

Nigerdən çıxan 39 yaşlı Açaman Agahlinin başına gələn əhvalat xüsusilə təsirlidr.

Agahli də pul qazanmaq üçün Avropaya can atanlardan olub. Qaçaqmalçılar müqaviləni pozaraq onu və yoldşlarını Liviyaya zorla götürüblər. Sabhada həbsxanada qaldığı 27-cü gündə bir liviyalı gəlib və getto rəhbərliyi ilə görüşüb. Agahli ərəb dilini bildiyi üçün onların nə danışdığını başa düşdüyünü deyir.

“Onlar 12 nəfərlik partiyanın satışından danışırdılar. O adam elə belə də dedi: “12 nəfərlik partiya”… Partiyadakı hər adama görə isə 5 min Liviya dinarını ödəyəcəyini söylədi”. Agahli özünün 3200 avroya satıldığını bildirib.

Lakin onun bəxti gətirib. Ərəb dilini bildiyi üçün ağası müəyyən işlərdə ona etibar edib. Bu da onun bəzi vaxtlarda evdən çıxmasına şərait yaradıb. Bir gün bazarda nigeriyalı sürüünün ona yazığı gəlib və Avropaya qaçmasına kömək edib.
Nigeriyanın Laqos şəhərindən gələn 23 yaşlı Mariaananın da taleyi o birilərindən fərqlənmir. Onu İtaliyaya götürrmək bəhanəsi ilə zorla Liviyaya aparıblar. Tripolidə7 ay ərzində isə ondan seks köləsi kimi istifadə ediblər.

Mariannanın sözlərinə görə, onun kimi qadınlardan yenidən öz azadlıqlarını almaq üçün böyük məbləğ tələb oluub. Bu məbləği ödəmək üçün isə onları qapalı zirzəmilərdə fahişəliyə məcbur ediblər.

“Orada bir qadın var idi. Bizə deyirdi ki, əgər azadlığımızı qaytarmaq istəyiriksə mütləq öz bədənimizi satmalıyıq. Qızlardan biri dözməyib etiraz etdikdə isə həmin qadın onun qazancını göstərən vərəqləri cırırdı və həmin qız hər şeyə yenidən başlamalı olurdu…”.

Naser Əbdül Kader…Nigerdən olan və insan qaçaqmalçıları tərəfindən zorla Sabhaya gətirilən kölələrdən biridir. O və digərləri quş fermasında işlədilmək üçünxəbərləri olmadan satılıblar. Naser fermanın mühafizəçisinə maaşlarının nə qədər olduğunu xəbər aldıqda işgəncəyə məruz qaldığını deyir. Orada onlara satın alınan kölə olduğunu başa salıblar.. 5 ay ərzində qandallarla işləməyə məcbur olan Naser sonradam qaçmağa müvəffəq olub.

“Mən indi də Avropaya getmək istəyən uşaqlara deyirəm: “Etməyin, Oralara getməyin. Ya həlak olacaqsınız, ya da kölə kimi satılacaqsınız”. Lakin heç kim qulaq asmır. Hamısı deyir ki, başqa çarəmiz yoxdur”, -Naser deyib.

Musavat.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir