Avstraliyanın cənub-şərq sahilində yerləşən Sidney şəhərində öz mənzilindən atəş açan yaşlı kişi saxlanılıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Sky News Australia” xəbər yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində ən azı 16 nəfər yaralanıb, bir neçə avtomobilə, o cümlədən taksi və polis maşınına ziyan dəyib.
İri çaplı tüfəngdən ətrafa 100-dən çox atəş açan kişi artıq həbs edilib. Onun evindən bir neçə odlu silah götürülüb. Atəş açan şəxs hazırda polis nəzarəti altında xəstəxanadadır.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
