Cümə , 13 Mart 2026
Drone Cameras

Avtomobil arakəsməyə çırpıldı, 4 nəfər xəsarət aldı

Ucar rayonunda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

“Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə istiqamətində hərəkətdə olan” Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq arakəsməyə çırpılıb. Nəticədə Göyçay rayon sakinləri – 1997-ci il təvəllüdlü Rəsul Kamal oğlu Məmmədli, 1994-ci il təvəllüdlü Elgün Şakir oğlu Qasımov, 1960-cı il təvəllüdlü Şahin Əlhüseyin oğlu Qasımov və 1987-ci il təvəllüdlü Fariz Şahin oğlu Qasımov müxtəlif xəsarətlər alıblar. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …