MSK-nın qarşısında seçkisonrası hay-küy salanların tərkibinə baxmısınızmı?
Ən anlaşılmaz seçki təzahürlərindən biri MSK-nln qarşısında cürbəcür xarakterli toplantılar keçirərək hay-küy salmaqdır.Sanki məqsədli şəkildə bir neçə nəfər oturaq vəziyyətdə və ya ayaq üstündə ucadan nəsə qışqırır,kimlərsə də kənardan bunu çəkib sosial şəbəkələrdə tirajlayır.Mən başa düşürəm ki,seçki sonucda hər kəsin razı qalacağı bir proses deyil.Bu prosesdə sözsüz ki,narazılar olacaq,belə hallar dünyanın hər yerində olur.
Ancaq dünyanın heç də hər yerində olmayan əcaiblik bilirsinizmi nədir? -Seçkidən sonra narazıların MSK qarşısında toplaşıb kənardan diqqət cəlb etmək cəhdləridir.Normalda məhkəmələrlə mübahisələrə aydınlıq gətirmək mümkün olduğu halda MSK-nın qarşısını mitinq meydanına çevirmək cəhdləri nə demək?Bu qanunsuz toplantıların qarşısını da alanda “bizə təzyiq göstərilir”kimi yersiz hay-küylər baslayır.Normalda MSK-nın qarşısına gələn narazılar MSK-da müvafiq qapıları açaraq dərdlərini bölüşə bilərlər.Əksinə, MSK qarşısında əsl biabırçılıq sayıla bilən davranışlar gördük.Üzdən publikaya çox tanış olan bir “qadın”MSK işçisindən hay-qışqırıqla tələb edir ki,”get kreslonu gətir ,burda mənim yanımda qoy və əyləş”.Əməkdaşın israrlı və həqiqətən etik jestlərlə bu “qadını”MSK binasına söhbət üçün dəvət etmək cəhdləri bir nəticə vermir.
Çünki ictimaiyyətin əvvəlki aylardakı hadisələrdən yaxşı tanıdığı bu “qadınlar”bəzi Avripa strukturlarının diktəsi ilə idarə olunan “partiya “sədrindən belə sifariş alıblar.MSK qarşısında məqsədli şəkildə hay-küy salmaq üçün gəlmiş həmin şəxslər və əsasən də həmin “qadınların” bir neçə ay əvvəl Bakının məşhur yerində keçirdikləri piket zamanı çox abırlı bir polis zabitinin üstünə necə “nalyot”etdiyini göstərən kadrlar yada düşür.Onları sakit davranışa dəvət edən polislərdən tələb edirdi ki, ATƏT-in İstambul konvensiyasını Azərbaycan niyə imzalamır?Təsəvvür edirsinizmi ki,polis zabiti bu hayqırtılara necə təəccüblə baxırdı?Axı hansısa konvensiyanı imzalamaq və ya imzalamamağın polislik olmadığını kim bilmir ki?!həm də həmin İstambul konvensiyası deyilən ATƏT sənədinə qarşı ermənilər rəsmi üsyan edirlər ki ,bu sənəd təsdiqləndiyi halda bizim ailə dəyərlərimizi dağıdacaq.Baxın,ermınilərin daş-qalaq etdikləri sənədin Azərbaycanda parlament tərəfindən təsfiqlənməsini tələb edən “qadınlar”hərəkatı gedir. Bu hərəkatı idarə edən partiya sədri də var.Ən maraqlısı odur ki,MSK-nın qarşısında bu günlərdə hay-qışqırıq salanların arasında həmin “qadınlardan “olanlar daha çox fəallıq edirlər…
İndi bildinizmi MSK -nın qarşısında “seçki saxtalaşdırıllb ” deyənlərin arasında kimlər var? Mən iddia etmirəm ki,seçkidə pozuntu və qanunsuzluq halları olmayıb.Dediyim odur ki ,hər pozuntunun öz qanuni araşdırılma üsulları var.Bu üsulların içində isə MSK -nın işçisini kreslosu ilə birlikdə küçədə oturmağa çağırmaq kimi bir şey yoxdur…..
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …